15.08.2018

Info Post


28 may 1918-ci ildə müstəqilliyini dünyaya bəyan edən Azərbaycan Cümhuriyyəti 28 aprel 1920-ci ildə süquta uğradılandan sonra uzun müddət ölkə daxilində və xaricində dövlətin bərpası üçün mübarizə aparılıb. Bir çoxları bunu bilməsədə Azərbaycan daxilində ikinci dünya müharibəsindən sonra ziyalıların başda durduğu gizli bir cəmiyyət olub.Yaranan gizli cəmiyyətin üzvləri Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Çingiz Abdullayev, Cahid Hilaloğlu, İlyas Əfəndiyev, Sabir Əhmədli, Sabir Yanardağ, bəstəkar Qara Qarayev, Xan Şuşinski, İsa Muğanna, aşıq Mikayıl Azaflı, Rəsul Rza, Nadir Ağayev, və sairələr var idi. Bu gizli hərakat ədəbiyyatda və elmdə sətiraltı olaraq Azərbaycan Cümhuriyyətini təbliğ edir və sovet rejimin xalqımızın başına gətirdiklərin yazırdılar. Sovet quruluşunun, ideologiyasının, cəmiyyətinin insanı öz qanından, genindən, kökündən ayrı salması məsələsi kəskin olaraq əsərlərdə tənqid olunurdu. Bu cəmiyyətdə Azərbaycanın üç rəngli, ay ulduzlu bayrağı da var idi. 1955-ci ildə M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Kəngərli Londonda elmi ezamiyyətdə olan Xudu Məmmədovla i rastlaşır və ona üç rəngli bayrağı hədiyyə edir. Gizli surətdə bayrağı Azərbaycana gətirən Xudu müəllim Universitetdə yaratdıqları gizli təşkilat üzvlərinə bayrağı göstərir.
Daha sonra Xudu müəllimin təşəbbüsü ilə kağız üzərində həmin bayrağın rəsmin çəkib üzvlərə paylanılır. Bu cəmiyyətin üzvləri gizli şəkildə kommunist diktaturasının doğurduğu eybəcərlikləri pisləyən vərəqələr yazıb divarlara vururdular. Əhalini Beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə,Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar. Vərəqləri yayanlardan biri Çingiz Abdullayev xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Nəticədə Çingiziali məktəbdən qovub, “islah” olunmaq üçün 3 illiyə həbsxanaya yollayır, dəstənin başqa üzvləriniisə tənbeh ediblər. Lakin bu cəza onları yollarından döndərmir. Çingiz Bakıdan uzaqlarda olanda da daim Cahidlə əlaqə saxlayır.
1956-cı ildə qurluşun bütün nöqsanlarının Stalinin adı ilə bağlandığını, böyük və hay-küylübir kampaniya başlandığını görən gənçlər burada sərbəs fəaliyyət göstərməyin mümkünsüzlüyünətam yəqin olaraq xaricə getməyi, mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri iləbirgə fəaliyyət göstərməyi qərəra alırlar.
Bəs xaricə necə getməli? Rejm sərt, sərhədlər bağlı. Giney Azərbaycanda iki il yaşamış Cahidqaçmaq üçün ən münasib yer İranı sayır. Rayonlarda yüksək ixtisaslı kadrlara böyük ehtiyacolmasından istifadə edib Azərbaycan Mədəniyyət Nazirliyinə ərizə yazaraq Lerik rayonundaişləməyə getmək istədiklərini bildirirlər. İstəklərinə də müsbət cavab alırlar.
Onlar Azərbaycanın böyük xəritəsini alır, Lerik dağlarında sərhədin zəif nöqtəsini müəyyənləşdirir, oradan İrana keçməyi planlaşdırırlar. Məqsədləri oradan da Turkiyəyə keçib Çingiz Abdullayevin mühacirətdə olan yaxın qohumu vasitəsilə Azərbaycan Cümhuriyyətinin fəallarına qoşulmaq idi.
Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə Lerikə getməsinə icazə ala bilmir. O, Moskvaya pasport qeydiyatından çıxmağa gedir. Orada Amerikalı skripkaçı İsaak Sternomunkonsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır.Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyitelefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə də istəyinidinləyir və təkrar görüş təyin edir. Dörd gün sonra, yəni 1956-cı il mayın 8-də Cingiz səfirliyinhərbi attaşesi Frenklə görüşsə də üçüncü görüş ərəfəsində DTK əməkdaşları tərəfindən yaxalanır.Beləliklə onların xaricə getmək cəhdi də baş tutmur.
Bu cəmiyyət Azərbaycan bayrağını Bakının ən zirvəsində qaldırmaq qərarına gəlir və bu işi Cahid Hilaloğlu ilə Çingiz Abdullayev öz boynuna götürür. Vaxt da müəyyən edilir. 1957-ci ilin mayın 28-də Cahid Hilaloğlu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırırlar. Xudu müəllim bayrağı ona verib "Dalğalandır bayrağı ən uca zirvədə" deyib xeyir dua verir.
Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu ovaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır. Əli Şamilin dediyinə görə, aşıq Mikayıl Azaflı da yazdığı şeirlərə görə yox, oğurluğa görə tutulmuşdu. Özü də, palto oğurluğuna görə! Gülünc də olsa, bir neçə aydan sonra Cahid Hilaloğlunu da palto oğurluğunda suçlayıb tuturlar. Daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğat və təşviqatda suçlayırlar. İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır...
Bundan sonra gizli cəmiyyət dağılır və üzvləri təqib olunmamaq üçün ayrılırlar. BDU-da keçirilən görüşlər təxirə salınır. Bütün əlyazmalar yandırlır, bayraq gizlədilir. Birdə həmin bayraq 1990-cı il 20 yanvar faciəsindən sonra üzə çıxarılır.

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

0 коммент.:

Отправить комментарий