Qarabağ rayonu həm Qəzni həm də Kabil vilayətində vardır.Qəzni vilayətindəki Qarabağ rayonu 1,800 km² ərazini əhatə edir.Əfqanıstanın Qəznə vilayətininin tərkibində olan 19 əyalətdən biri olan Qarabağa. Bu torpaqlarla bizi təkcə Qarabağ toponimi bağlamır. Vaxtı ilə bir ölkənin, daha doğrusu imperiyanın tərkibi hissəsi olmaqla, yanaşı, eyni qanı daşıdığımız qandaşlarımızın yaşadığı yerdir, bura. Dünyada türklərin yaşadığı bir çox ərazilərdə Qarabağ toponiminə rast gəlinir. Lakin Əfqanıstan vilayətinin məhz bu cür adlandırılması bilavasitə İndiki Azərbaycanın ayrılmaz parçası olan Qarabağ və qarabağlılarla bağlıdır. Üstəlik Əfqanıstan paytaxtı Kabil yaxınlığında da Qarabağ rayonu var. Bu məqamda qısa bir tarixi arayış yerinə düşər. Bu əyalətin bu cür adlandırılması Nadir Şahın yürüşləri zamanı buraya Qarabağdan müxtəlif tayların köçürülməsi ilə bağlıdır. Onsuz da türkmən tayfalarının nəzarətində olan bu torpaqlar Nadir Şaha tabe olmaqdan imtina edirdilər. Lakin Nadirin Otuziki, Cavanşir, Kəbirli ellərini və Qarabağdan digər tayfaları buraya köçürməsi ona burada etibarlı dayaq yaratdı. Öz doğma elini heç vaxt unutmayan Qarabağlılar bu elin də adını Qarabağ qoydular.
Bəzi tarixi mənbələr Qızılbaşların İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar. Əfqanıstanda baş vermiş müharibələr nəticəsində demək olar ki, tamamilə dağıdılan ərazilərdən biri də Qarabagh bölgəsi olmuşdur. Belə ki, bütün təhsil və sağlıq müəssisələri dağıdılmış, kənd təsərrüfatı yararsız hala salınmış və bütünlüklə infrastruktur yerlə yeksan edilmişdir. Bu ərazilər kişmiş istehsalına görə Əfqanıstanda ən önəmli yerlərdən hesab olunur. Birləşmiş Millətlər Təşkilatı 2002-ci ildə bu ərazilər haqqında xüsusi sənəd hazırlamış və dünyada ən çox yardım edilməsi lazim olan ərazilərin siyahısına əlavə etmişdir. Onun yazdığına görə Əfşar, Əfşar-təpə, Əfşar-nənəkçi, Bayat, Şahağası, Qarabağ, Qarabağpalan, Qarabağbazar, Qarabağbibi, Otuzikilər, Şahsevən kimi yer adları var.O yazır ki, Qızılbaş adlandırılanlar Əfqanıstanda əsasən Kabil və ətrafında, habelə Heratda yaşayırlar. Qızılbaşların sayının yarım milyona yaxın olduğu barədə məlumatlar var. Təəssüf ki, tarixən şiə məzhəbli olan qızılbaşlar dini ayrı-seçkilik və siyasi təzyiqlərdən qurtulmaq üçün çoxu özlərini sünni tacik kimi qələmə veriblər. Və bu gün onların böyük qismi azəri türkcəsində yox, tacik dilində danışır. Bir sözlə, dil unudulub gedib.
Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Qarabağ vulusvalisinin oturaq əhalisinin sayı 78.004 nəfərdir (38.282 nəfəri kişilər, 39.722 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. 2002-ci ilin statistikasına əsasən rayonun əhalisinin 60%-ini Azərbaycan türkləri olan qızılbaşlar təşkil edir, qalan 40 %-i isə Puştun xalqlarından ibarətdir. Bəzi tarixi mənbələr Qızılbaşların Səfəvilər İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar.
Bu insanlar danışı ilə, davranışı ilə, düşünmə tərzi ilə, məişəti ilə, yeməyi, içməyi ilə, təndiri ilə, xalçasıyla, üzərik yandırması, ağaca əsgi bağlaması, başına nənələrimizin başında gördüyümüz çalmaları bağlaması ilə təpədən dırnağa kimi Azərbaycanlıdılar. Ən əsası 90-ci illərdə Qarabağa təcavüz olduğunu eşidər eşitməz, Sovet ordusunun tərkibində onlara güllə atmağımıza rəğmən, Qarabağdan Qarabağa könüllü olaraq 300 nəfəri göndərən, Qarabağda 10 şəhid verən Qarabağlılılardır. Sözün hər iki mənasında Qarabağlı.
Radio Qarabağ 94.7 FM fəaliyyət göstərir.
0 коммент.:
Отправить комментарий