Eşq olsun Qafqazın ən güclü ordusuna malik , 25 ildən artıq 20 faiz torpağının işğalına göz yuman 1 milyondan artıq məcburi köçkünü olan yenilməz şərəfli xalqımıza. Eşq olsun Qarabağ işğalına qarşı vuruşmaq əvəzinə erməniylə dost olan, ortaq olub biznes quran, 1905-1906-cı, 1914-cü, 1918-ci (mart soyqırımı), 1992-ci (Xocalı) illərdə dəfələrlə azərbaycanlılara qarşı soyqırım törətmiş erməni xalqıyla düşmən deyilik deyib tolerantlıq göstərən xalqımıza. 25 ildən artıq müddətdə Qarabağın işğaldan azad olunmasına əylancəli verilişləriylə, əxlaqsızlığı təbliğ edən proqramlarıyla, vətənpərvərliyi xalqdan silməklə canı-könüldən çalışan jurnalistlərə, mətbuat oraqnlarına , maddi faydası olmadığıyçün Qarabağ mövzusundan qaçaraq dəstək olan ziyalılardan, məllimlərdən tutmuş millət vəkillərinədək hər kəsə vicdanlı salam göndərirəm.
Bu illər ərzində işğal altında olan dünyanın ən gözəl təbiətinə və zəngin təbii sərvətlərinə sahib yurdumuz, ən əsası qan bahasına ata babalarımızın göz bəbəyi kimi qoruduğu, uğrunda saysız-hesabsız şəhid verdiyimiz doğma Qarabağımız üçün bircə dəfə də hərəkət etməyən xalqımızın içində məcburi köçkün güzəşti və digər sosial problemlərdən doğan ehtiyaclar üçün özünü binadan atan məcburi köçkünlər, dövlətdən pul qoparmaq üçün yol kəsənlər, obyekt üçün özünü yandıranlar, vəzifə üçün yaltaqlanaraq dəridən-qabıqdan çıxanlar, var-dövlət uğrunda xalqıyla hər yolla müharibə aparanlar, fahişə uğruna bir-birini söhbətə çağıranlar və saysız-hesabsız nöqsanlarla zəngin digər insanlar daha çoxluq təşkil edir. Amma Qarabağımız üçün bu addımları görmədik.
Hər il açıq-saçıq geyimlər uğrunda əldən-ayaqdan çıxan jurnalistlərimizdən , artistlərimizdən tutmuş ziyalılarımıza qədər axan şəhid qanlarına səssiz qalırlar. Şortikli və çılpaq geyinən qadınların hüquq və azadlıqlarıyçün böyük mübarizə aparanlar əsir qadınlarımız, şəhid analarımız üçün tüklərini qımıldatmırlar.
Şəhid anasını deyil çılpaq gəzən qadınları, bədənini reklam edib “model” adında gizlənən fahişələri cəsarətli qadın adlandırıb müsahibə alaraq təbliğat aparan media əhli bəlkə qeyrətə gələsiniz? Bilirəm Şəhid anası daha çox oxucu toplayıb sizə çoxlu pul, reklam qazandırmasada bizə lazımsız da deyil. Onlar böyütdüyü oğlanların şəhid olması sayəsində bizlər rahat nəfəs alırıq. Nə olar şəhid ailələrini, cəbhədə xidmət edən oğulların valideyinlərini ziyarət edib onların müsahibələrini təbliğ etsək? Yoxsa sağlam, vətənpərvər cəmiyyətin formlaşmasında geylərin, ruhi sağlamlığı yerində olmayan transların çoxalması, rəğbət bəslənməsinin rolu daha çoxdur?
Məcburi köçkünlərə verilən mənzillərin sayının çoxaldığını gördükcə içim parçalanır. Axı mən başda olmaqla məcburi köçkünlər doğma yurduna qayıtmalıdır, yoxsa digər yerlərdə ev alıb məğlubiyyətlə barışmağa bərabər olan həyatı yaşamamlıyıq.
Buna baxmayaraq Mübariz İbrahimovumuzun getdiyi, bizim üçün açdığı yolu görüb sevinirəm. Aprel döyüşlərində bu yolun boş qalmadığını, hər an düşməni məhv etməyə hazır olan igidlərimizin olduğunu gördükdən sonra bizlər də yuxudan oyanmalı və qisasımızı almaq üçün yaşamalıyıq. Hər yolla bu yolu boş qoymamalıyıq.
Bəlkə xalq olaraq sağlam gələcək, dövlət, millət naminə birləşək və çatışmazlıqlardan qurtulaq? Milli birlik olub bu istiqamətdə təbliğat aparaq. Yoxsa qorxaq adlandırdığımız haylara bütün müharibələrdə məğlub olub boyun əymək daha şərəflidir?
İşğal illəri ərzində Rusiyadan, Amerikadan, Fransadan digər dünya ölkələrindən imdad istədik. Nəticəsi hələ də işğalın davam etməsidirsə bunu faydası yoxdur deməkdir. 10 il kifayət idi 25 il isə utancvericidir. Bundan sonra gözləməksə dilə gətirmək fəxr edici deyil.
Xocalı soyqırımına Fransa xalqı məruz qalmayıb, ermənilər Amerikalı hamilə qadınların qarnını vəhşiliklə cıraraq uşaqlarını çıxarıb təcavüz etməyiblər, Rusiya torpaqlarını işğal etməyiblər. Əminəm ki, bu dövlətlərə qarşı hər hansı xalq belə etsəydilər, qüruruna toxunsaydılar sonunu düşünmədən xalqının qisasını alar, düşmənini cəzalandırar, hətta dünya müharibəsi edərlər. Hər dəfə insan haqlarından danışan bu ölkələr bir dəfə də olsun insan haqları təcavüzlə, soyqırımla pozulan qaçqımlarımızın doğma torpaqlarına qayıtması üçün Ermənistana təcavüzdən əl çəkməsinə təzyiq göstərmirlər. Xocalıda soyqırıma məruz qalanlar,torpaqları işğal olunan məcburi köçkünlər, 30 mindən çox şəhid olanlar, savaşda əlil olanlar, öz ata yurdunda terrorçular tərəfindən əsir düşən Dilqəm Əsgərov, Şahbaz Quliyev və digər əsirlərimiz insan deyil ?
Deməli özümüz bir olmalı, öz başımızın çarəsinə baxmalı, işğala son qoyaraq qisasımızı alıb bu başıaşağılıqdan qurtarmalıyıq. Avropa dövlətləri nə bizim şəhidlərimizin qisasını alacaq, nə bizim yerimizə müharibə edib ərazi bütövlüyümüzü bərpa edəcək. Erməni savaşla, qanla işğal etdiyi torpağı biz sülh yolu ilə ala bilməyəcəyimizi nə vaxt dərk edəcəyik? Nəsil dəyişdikcə zaman keçdikcə daha da çətinləşdiyini yaxşı bilirik,işğala son qoymaq orada doğulmayan oranı dərk etməyən nəsilə qalırsa deməli özümüz erməni işğalına dəstək veririk.Sadəcə boşuna zaman və pul xərcləyirik.
Azərbaycanda imkanlı şəx kifəyət qədər olsa da çox nadir hallarda pulunu vətən, millət uğrunda xərcləyən görürük. Bunu millətimizin daha çox ehtiyacı olan Qarabağ tv-nin açılmasına dəstəkdən də görürük. Kimlərsə dəstək vermək istədi ancaq sülhü,məğlubiyyəti təbliğ etmək naminə, kimlərsə pul qazanmaq naminə, kimlərsə qorxdu. Axı nədən qorxuruq? Öz ölkəmizdə Qarabağ həqiqətlərini dünyaya çatdıracaq kanalın açılması, dövlətçiliyimiz, milli birliyin başlanğıcına bünövrə olacaq bu informasiya, təbliğat silahımız kimə, nəyə təhlükə törədə bilər? Cavab aydındırki düşmənə. İçimizdə xalq düşməni belə çoxdurmu? Bu qorxaqlıqlardan xilas olmaq vaxtıdır.
Xalqımızın bir olacağın Qarabağa gedən bütün yollarda zəfərə doğru birgə addımlayacağına inanıram...
0 коммент.:
Отправить комментарий