Türkü
və kürdü harada və nə vəziyyətdə görürsən öldür!

Əsl erməni
ikiüzlülüyünün burda şahidi oluru. Nə qədər ki, kürdlər türklərə qarşı çıxış
edir onlar “fədakar”, “qorxmaz” ariyan millətidir. O vaxt ki, onlar ermənilərə
qarşı çıxış edirlər onlar “quldur”, “zülmkar”, “qaniçəndirlər”. Məhz bu gün də
ermənilər bir tərəfdən Türkiyədə və Azərbaycanda yaşayan kürdləri də türk millətinə
qarşı qoymaq üçün qabıqdan çıxırlar. Digər tərəfdən isə Ermənistandakı kürdləri
kütləvi surətdə qovurlar.
Qondarma
Dağlıq Qarabağ Republikasının rəhbərinin “mətbuat katibi” David Babayan yaxın
keçmişdə işlətdiyi “Ermənilər ən qədim
xalq, ən sülhsevər, ən ali irqlərdən birinin təmsilçiləridir. Şərqi Avropanın əzəmətli
şəhəri Konstantinopola gələn ermənilər 1453-cu ildən bu yana acılar içərisindədirlər.
Türk qəfəsə salınası vəhşi bir heyvandır. Bir türkün və ya kürdün haqqında hər
hansı bir məsələni aydınlaşdırmaq istəyiriksə o zaman köpəklər, çaqqallar,
qabanlar və buna bənzər heyvanların adlarını çəkmək məcburiyyətində qalarsam
qabaqcadan həmin heyvanlardan üzr istəyirəm ” sözləri ilə türk və kürdlərə
rəsmi Ermənistanın münasibətin göstərmişdir.
Bunun bariz
nümunəsi kimi 1890- cı ildə yaradılan
“Hnçaq” partiyasının şüarı belə qəbul edilib: “Türkü və kürdü harada və
nə vəziyyətdə görürsən öldür. Yalançıları, satqınları, erməni xəfiyyələrini,
xainləri öldür, intiqam al!” (“Хисторама”, № 10, июнь 1895 г ., стр.79)
Bu prinsiplə hərəkət edən ermənilər 3 il
boyunca proqramsız hərəkət etmişlər.
Hnçak,
Daşnaksütun kimi partiyaların maliyyəsi ilə nəşr edilən erməni millətçi qəzetlərdə
açıq şəkildə erməniləri qiyama, türkləri və kürdləri öldürməyə səslənirdi.Qeyd
edək ki, Osmanlıda nəşr olunan 26 qəzetdən 9-u Ermənicə idi. (Nicole and Huqh Pope, “Turkey unveiled”,
New-York, 1996.)
Tədqiqatçı
Qafar Çaxmaqlı "Armenizmdən
terrorizmə erməni tarixində ideoloji və düşüncə sistemləri" kitabında
yazır: Artsruni yazır ki, “...nə türklərin nə də vəhşi kürdlərin keçmişi,
tarixi, ədəbiyyatı, məktəbləri, iqtisadi istehsal ruhu və iş qabiliyyəti
vardır. Təbiət, bütün xalqlara eyni cür qabiliyyətlərə sahib beyin verməmişdir.
Türklərin və kürdlərin mədəniyyətə və sənətə meylləri yoxdur. Dilləri vardır,
ancaq çox geri və primitivdir. Bu dillərdə ən yaxşı ehtimalla orta məktəb təhsili
verilə bilər”
Müraciət
etdiyimiz arxiv və digər sənədlərdə
XVIII əsrə qədər kürdlərin adı heç bir tarixi mənbələrdə çəkilmir. Amma
XIX əsrdə ortaya kürd etnik azlıqları ifadəsi çıxır. Bu daha çox çökməkdə olan
Osmanlını parçalamaq üçün imperialist dövlətlərin siyasətindən qaynaqlanırdı.
Türkiyədə respublika qurulduqdan sonra bu siyasət nisbətən səngisə də, “soyuq
müharibə” dövründə yenidən gündəmə gəlməyə başlayır.
Osmanlı
imperiyası daxilində “Böyük Ermənistan” yaratmaq istəyən ermənilər XIX əsrin
sonlarından kürd və türkləri coğrafiyadan sıxışdırmağa başladılar.
Türkiyənin
Van vilayətindəki vitse konsulu mayor Vilyams 15 may 1896-cı il tarixli
raportunda ermənilərin kürdləri qətlə yetirmələri barədə yazırdı:
"Çatdırmağı özümə şərəf bilirəm ki, bu vilayətdə vəziyyət heç bir cəhətdən
qənaətbəxş deyil. Son həftə ərzində erməni inqilabçıları iki dəfə kürdlərin
üstünə hücum etmişlər. Birincidə üç kürd öldürülmüş və ikisi yaralanmış,
ikincidə iki, ola bilsin, üç kürd öldürülmüşdür. Təsdiqlənmişdir ki, hər iki
halda meyitlər dəhşətli dərəcədə təhqir olunub eybəcər hala salınmışdır"
(Mavi Kitap, 1. Fasikül, 1890, s. 1-4, 7-22)
İran
generalı, səfiri Ərfəüddövlə Həsən xan Mirzə Rza xan oğlu (Həsən xan Ərfə kimi
tanınır) yazır: “1914-cü il Sarıqamış məğlubiyyətindən sonra rus orduları
Türkiyəni işğal edəndə Qafqşaz və Türkiyə ermənilərindən təşkil olunmuş erməni
130 könüllü dəstələri irəlidə gəlirdilər. Bunlardan birisinə qana susamış
Andranik adlı birisi komandanlıq edirdi. Bu ermənilər kürdlər tərəfindən
öldürülmüş soydaşlarının intiqamını almaq məqsədi ilə 1915-1918-ci illər
arasında Türkiyənin şərq vilayətlərində 600.000- dən çox kürdü qətlə yetirdilər”
O illərdə kürdlərə qarşı amansız vəhşilik törədən
iki ermənin adın xüsusi çəkmək olar. Onlardan biri Ağbyur Seropdur. Bitlis
vilayətində anadan olmuşdur. 1891-ci ildə,
iki kürd aşirəti ilə ilə toqquşmasından sonra Rumıniyaya qaçır. Sonra İstanbula yerləşir. Daşnaklara qatılır. 27 nəfərlik qrupla
1895-ci ilin sonunda Şərqi Anadoluya
qayıdır və türklərə qarşı silahlı mübarizəyə
başlayır. Lakin kürd əşirətləri ilə olan qan davasın unutmur və sağ
olduğu müddətdə qətl etdiyi kürdlərə görə
Bşare Halil adlı kürd tərəfindən öldürülür.
Onlardan daha
amansızı Murad Sebastatsi adlı erməni
qulduru, dəstə başçısı və Ermənistanın
milli qəhrəmanı olandır.
XIX əsrin
sonunda Hnçak partiyasına qoşulur, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən
aksiyalarında iştrak edir. Sonradan Daşnaksütuna qoşulur. 1904-cü il Sasun
üsyanı zamanı Osmanlı ordusuna qarşı döyüşlərdə iştrak edir. Sasun üsyanı
yatırıldıqdan sonra, öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk
və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda
başına yığdığı ermənilərdən ibarət dəstə ilə kürd kəndlərinə hücum edir, kəndlər
talan edilir, keçdiyi hər yer yandırılır, əhali kütləvi şəkildə qətlə
yetirir. 1918-ci ildə azərbaycanlı əhaliyə qarşı qətliam törədən daşnaklara kömək
etmək üçün Bakıya qəlir və avqustun 4-ü döyüşlərin birində qətlə yetirilir.
O dövrü təsvir
edən hadisələr zamanı regionda olan Corc
Mason adlı ingilis mayoru yazır: “Rus
qoşunları arasında olan erməni dəstələri bu vilayətdə 5.000 kürd kişiləri,
qadınları və uşaqları qırdılar; süngü ilə onları sürü kimi yüksək Rovanduz qayalarının
zirvəsinə qovub oradan uçuruma itələdilər. Qarşısında köməksiz qurban dayandığı
zaman ermənilərin şirə bəzi oxşarlıqları olur” (Azərbaycan Respublikasi Milli
Arxiv İdarəsi -fond s. 1, iş 1, v. 28-29)
Azərbaycan
Respublikasi Milli Arxiv Idarəsi fond
2898,1, iş 15, vərəq 3-5-də yazılır:
“1914-cü il-də Sarıqamışda türklərin məğlubiyyətindən və ruslar tərəfindən türk
torpaqlarının işğalından sonra tərkibi Qafqaz və Türkiyə ermənilərindən ibarət
çoxlu könüllü alaylar gəldi. Bunlardan birinin komandiri, əvəzi olmayan qaniçən
Andronik idi. Bu ermənilər kürdlər tərəfindən 73 öldürülmüş həmyerlilərinin
intiqamını almaq məqsədilə görünməmiş vəhşiliklər törətdilər. 1915 və 1918-ci
illər arasında onlar tərəfindən Türkiyənin şərq vilayətlərində 600.000 kürd öldürülmüşdür”
Beləliklə,
1988-1989-cu illər ərzində Qərbi Azərbaycanda (Ermənistan) 250.000 əhali
çıxarıldı. Onların 40.000-i SSRİ-nin müxtəlif respublikalarına, 190.000-i isə
Azərbaycana pənah gətirdi ki, bu da o zaman Azərbaycan əhalisinin 2,5 faizini təşkil
edirdi. Müsəlman kürdləri isə 20.000 idi
Azərbaycan
Respublikasi Milli Arxiv Idarəsi fond
894,10, iş 191, vərəq 1-də yazılır: “6
noyabr 1919-cu ildə kürd qaçqınlarını qovalayan ermənilər Xaldal adlı yerdə
onları güllə barana tutdu. 15 nəfər ölü və çoxsaylı yaralıları talan etdilər
ermənilər”
Rusiya Dövlət
Hərbi Tarix Arxivi, fond 2100, bölmə 2, sənəd 460, vərəq 110-da yazılır: “Böyük
qruplarla gəzərək yerli yunanlar və ermənilər kürd kəndləri qarət edir və kürd
qadınları zorlayırlar. Bütün yunanlar və ermənilər silahlı idilər.”
1928-ci ildə Rusiyada nəşr edilən “Böyük
Zaqafqaziya” adlı jurnalın 910-cu sayında, səhifə 65-66-da erməni müəllifi A.B. Karinyanın “Erməni millətçi
cəryanlarının xarekteristikası” məqaləsi dərc edilir. Həmin məqalədə müəllif
yazır: “Vəhşiləşmiş erməni dəstələri qeyri-xaçpərəst əhalini qırmaqla məşğul
idilər. Daşnaksütyun partiyasının planına əsasən ermənilər dinc türk və kürd əhalini
qırmaqla ərazini təmizləməklə məşğul idilər. Bu baş verənlər rus ordusunun gözləri
qarşısında baş verirdi və onların
narazılığın qazanırdı. Biz nə qədər çalışsaq ki, dinc əhaliyə heç nə olmasın
Daşnaksütun fəalları türk və kürdlərə qarşı amansız vəhşiliklər edirdilər.”
Rusiya Dövlət
Hərbi Tarix Arxivi, fond 2100, bölmə 1, sənəd 935, vərəq 20-də general
Oqanovskinin general Nikalayevə teleqramı saxlanılır. 23 may 1915-ci ildə
ünvanlanan teleqramda döyüş bölgəsindən qaçan kürdlərin ermənilər tərəfindən
saxlanıldığı qeyd edir. 500-kürd dinc sakinin Daşnakların əlinə verib sonradan
onların taleyindən xəbərsiz olduğunu yazan general böyük ehtimalla onların
öldürüldüyün qeyd edir.
Rusiya
Dövlət Hərbi Tarix Arxivi, fond 2100, bölmə 2, sənəd 460, vərəq 110-da eyni
zamanda 589-ci piyada drujinalar komandiri
Əhməd Ocalanovun 19 yanvar 1915-ci ildə Qars qalasında dövlət qoşunu komendatına Raportu saxlanılır. Orada yazılır: “Yuxarıda göstərilən haqqında məlumat verərək, öz xidməti borcumdan irəli gələrək yazmağa məcburam ki, yerli yunanlar və ermənilər kürd kişilərinin evlərində olmamasından istifadə edərək, kürd kəndləri qarət edir və kürd qadınları zorlayırlar. Bütün yunanlar və ermənilər silahlıdılar və onların bəziləri silah saxlamaq və gəzdirmək hüququ verən şəhadətnamə var”
Əhməd Ocalanovun 19 yanvar 1915-ci ildə Qars qalasında dövlət qoşunu komendatına Raportu saxlanılır. Orada yazılır: “Yuxarıda göstərilən haqqında məlumat verərək, öz xidməti borcumdan irəli gələrək yazmağa məcburam ki, yerli yunanlar və ermənilər kürd kişilərinin evlərində olmamasından istifadə edərək, kürd kəndləri qarət edir və kürd qadınları zorlayırlar. Bütün yunanlar və ermənilər silahlıdılar və onların bəziləri silah saxlamaq və gəzdirmək hüququ verən şəhadətnamə var”
Kamuran
Gürün “Erməni dosyesi”, s.260-da yazır: Andronikin dəstəsi türk və kürdlərlə
son dərəcə amansız rəftar etmiş, var-yoxlarını talamış, onları qəddarcasına
öldürmüşlər. Bu ermənilər kürdlər tərəfindən öldürülmüş soydaşlarının
intiqamını almaq bəhanəsi ilə 1915-1918-ci illər arasında Türkiyənin Şərq vilayətlərində
600.000-dən çox kürdü qətlə yetirmişlər.
1988-ci
ildən başlayan “Qarabağ muharibəsi” illərində Ermənistan hokuməti “etnik
təmizləmə
siyasəti yeridərək, 200 mindən cox azərbaycanlı ilə yanaşı, 20 minə yaxın musəlman
kurdunu də olkəni tərk etməyə məcbur etdi (mənəvi təzyiq, terzər və silah gucunə).
(1937-ci ildə də 20 minə yaxın musəlman kurd Orta Asiyaya surgun edilmişdi).
Kurdlər
qeyd olunan bu kəndlərdə əsasən azərbaycanlılara birgə yaşadığından (bu
kəndlərin
80%-dən coxunda azərbaycanlılar ustunluk təşkil edirdi) 1988-ci ilin payızında
elə onlarla birlikdə doğma yerlərindən qovuldular. İlk illərdə musəlman
olmadıqları ucun və Ermənistanda qoyunculuq təsərrufatının 80%-dən coxunun zəhmətini
cəkən yezidi kurdlərinə dəyməyən və onları qızışdıraraq musəlman kurdlərinin
ustunə basqına gondərən ermənilər, Dağlıq Qarabağı işğal etdikdən sonra
(1993-cu ildən) onları da sıxışdırmağa başladılar. Nəticədə yezdi kurdlərinin də
xeyli hissəsi (bəzi məlumatlaragorə 20 mindən yuxarı) oz doğma yurdlarını tərk
etməyə və xarici tutmağa məcbur oldu.
Beləliklə,
“monoetnik” (təkmillətli) olkəyə cevrilən Ermənistanda bu gun dağlıq
rayonlarda
ermənilər ucun qoyun surulərini saxlayan bir necə min Ezdi kurdlərindən başqa,
demək olar ki, bir nəfər də olsun azərbaycanlı və musəlman Kurdu qalmamışdır
RF-ə pənah aparan kurdlərin ikinci “axınını” Ermənistandan didərgin salınmış
yezidi kurdləridir. Onların əksəriyyəti Ermənistandakı təzyiq və təqiblərə tab
gətirməyərək,Rusiyanın iri sənaye mərkəzlərinə, hətta, Sibir və Uzaq Şərq
regionuna, Krasnodar və Stavropol diyarlarına və digər vilayətlərə uz tutmuşlar
Hal-hazırda
Ermənistanda bu ölkənin vətəndaşı olan 40,620 nəfər Yezidi Kürd yaşayır. “Dünya
Yezidilər İttifaqı”nın sədri Əziz Tamoyan bildirib ki, yezidilər Ermənistana XX
əsrin əvvəlində köçüblər və sayı 40 mindən artıqdır.
Tamoyanın
sözlərinə görə, Ermənistanda yezidilərin hüquqları kürdlər tərəfindən pozulur. Belə
ki, onları kürd adlandıraraq, kürd dilində oxumağa məcbur edirlər. Əsasən erməni
soyad sonluqlarından istifadə edən yezidi icma işğalçı ölkədə 1990-cı ildən
Yerevanda “Danqs Ezdya” (“Yezidinin səsi”) qəzeti nəşr edirlər.
Yezidilərə
Ermənistanda aşağı millət kimi baxırlar. Misal üçün Yezidlərin adət-ənənələri
yerli ermənilər tərəfindən rişxəndlə qarşılanır. Belə ki, onlarda qız
uşaqlarının 12-13 yaşlarında ərə verilməsi praktikası mövcuddur ki, bu vəhşi adət
bu gün də qorunub saxlanılır. Yezidi icmalarının rəhbərləri 18 yaşlı qızın
“qarımış” olduğunu hesab edirlər və öz xalqlarının bu adətini müdafiə edirlər.
Ermənilər bunu daima onların başına çırpır, yezidləri sivilizasiyadan kənar
millət sayırlar.
Başqa
bir problem isə yezidilərin əsasən dağlıq bölgələrdə yaşamaları və ermənilərlə
az ünsiyyətdə olmalarıdır. Bunun sayəsində bir xalq kimi onlar assimiliyasiyaya
az uğrayıblar. Başqa bir misal yerli televiziya kanallarından birində “Nə?
Harada? Nə vaxt?” verilişində iştirak edən Manvel Badeyan jurnalistlərdən
birinin: “Ermənistan televiziyasında rus dilində aparılan verilişin Ermənistan
hökuməti tərəfindən maliyyələşdirilməsi düzgündürmü?” – sualını cavablandıran
millət vəkili deyib: “Elə bilirsən, jurnalistsənsə axmaq sual verməyə ixtiyarın
var? Doğurdanmı belə səviyyəsizsən? Küçədə dayanan yezid belə sual versəydi təəcüblənməzdim”.
2012-ci
ilin mayın 6-da keçirilən parlament seçkilərində yezidlər Ermənistanın hakim
Respublika Partiyasına 40 min səs verdiklərini iddia edir və öz problemlərinin
həllini Serj Sarkisyanın üzərinə qoyurlar. İqtidar isə “Ermənistan ermənilər
üçün” prinsipini irəli çəkərək, yerdə qalanları ikinci dərəcəli ermənilər
olmağa, heç bir hüququ olmayan qula çevrilməyə vadar edirlər. Hazırda dünya
ictimaiyyəti üçün nümunə kimi etniklərdən ibarət xırda qruplarda milli azlıqlar
olsa da, yezidlərdən başqa digər etnik millət də yoxdur, onların vəziyyəti isə
bu cür acınacaqlıdır. Deməli, Ermənistanda milli azlıqların vəziyyəti ermənilərin
öz vəziyyətlərindən də betərdir. Lakin ermənilər bir bəzək kimi öz etnik tərkiblərini
daima nümunə göstərməyə çalışırlar.
www.ezdixandi.com
saytında yazılır ki, yezidlər ermənilərə
etibar edib və sonda belə sonluqla həyatlarını başa vurublar. Saytda yazılır
ki, ermənilər yezidləri ona görə öldürürlər ki, onları millət kimi saymırlar. Assimiliyasiya olunmayan yezidləri ermənilər
bu cürə qorxu altında saxlayırlar.
Yezidləri
1915-ci il hadisələrində türklərə kömək etməkdə ittiham edən ermənilər onları
ölkələrində Türkiyənin agentləri deyə adlandırılar.
Beynəlxalq
Kommunist liqasının mətbu orqanı olan “Workers Vanguard” qəzetinin 1994-cü il
sayında yazılır
“Qərb
– xüsusilə Amerikan – mediası tez-tez təkcə erməni tərəfinin itkilərindən xəbər
verir. Halbuki 1992-ci ilin mayında ermənilər Laçın qarət edib yandırandan sonra
orda yaşayan kürd aillərin də qovublar”
Son
olaraq qeyd edək ki, tarixən türk milləti ilə yanaşı kürd millətinə qənim kəsilən
ermənilər onları qətlə yetirməkdə davam edirlər.
Zaur
Əliyev
Siyasi
elmlər üzrə fəlsəfə doktoru, dosent
0 коммент.:
Отправить комментарий