SON MƏLUMATLAR

16.08.2018

Info Post

GIRIŞ: XVIII-XIX əsrlərdə Xəzər regionu orta və yaxın Şərqdən gedən geosiyasi rəqabət arenasına çevirilir, və bu orbitə Türkiyə və İranla bərabər Rusiya, İngiltərə və Fransa cəlb olunmuşdur. Səfəvi dövlətinin zəifləməsi zamanı Xəzər regionunda hərbi-siyasi vəziyyətı gərginləşdirmiş, və bu da Türkiyə və Rusıyanın regionda möhkənmək istəyindən irəli gəlirdi. Qara dənizə çıxışdan məhrum olan Rusiya Xəzər və Xəzəryani bölgənin üzərində öz hakimiyətini qurmaq və bütün Avropa-Asiya ticarətini Türk-Aralıq dənizindən Baltika-Volqa-Xəzər yoluna keçirmək arzusunda idi. Rusiyanın geosiyasi məqsədləri bu zaman I Pyotr tərəfindən dəqiq müəyyən olunmuşdur: "Bizim maraqlar heç bir dövlətin, hansı olursa olcun, Xəzər dənizində möhkəmlənməsinə yol vermir."
O dövrdə Rusiyanın planların pozmaq üçün Fransa və İngiltərə diplomatiyası çalışırdısa, ən çox İngiltərə, bu məkanın tamamilə Rusiya təsirinə keçməsini əngəlləmək üçün bütün imkanlarını istifadə etmişdir. Öz mənfəətləri uğrunda ikili oynama əsası üzərində qurulmuş siyasətini işə salaraq iqtisadi, siyasi və hərbi baxımdan zəifləmiş Osmanlı Dövləti və İranın torpaqları üzərində hesablamalar aparmağa başlamışdır.
 QISA TARİXİ ARAYIŞ:
Rusiya, İngiltərənin siyasi manevrlərinə səssiz qalmayaraq şərq və cənub istiqamətində yayılmaq istəmişdir. Bir tərəfdən Türküstan marşrutundan Çin, Əfqanıstan və Hindistana çatmaq istəyərkən digər tərəfdən Gürcüstan və Dağıstan üzərindən İstanbul Boğazı və Fars Körfəzinə çatmağı qarşısına məqsəd qoymuşdur. Rusiya, bu hədəflərində iqtisadi, siyasi və bəşəri olmaq üzrə başlıca üç yolu sınaqdan keçirmişdir. Kommersiya olaraq İngiltərənin şərqdə əlində tutduğu bazarlara girmək, siyasi olaraq cənubdakı dənizlərə enmək və bəşəri olaraq da Türküstanda etnik və dini yayılmağı başa çatdırmaq istəmişdir. Ancaq bu siyasətində onun yeganə rəqibi İngilətərə idi ( Pıo-Carlo Terenzıo, Rekabetha-yı Rus ve İngiliz Der İran ve Afganistan (terc. Abbas Azerin), Tahran 1363, s.25)
O dövrlər regionda olan amerikalı Morqan Şuster yazır: "iki güclü dövlətdən İngiltərə və Rusiya, Qafqaz regionunda və Təbrizə qədər olan coğrafiyada xalqlara  zülm etməyə və onların həyatlarına müdaxilə etməyə başlamışlar"(Morgan Shuster, Mission in İran and The Persian Constitutional Revolution, Miniapolice 1974, s. 8 )
Rusiya bu bölgədə möhkəmlənməklə əsas hədfəflərindən biri olan Hindistanı da təsir altına almaq idi.  Rus çarı I Pavel ataman Platova göstəriş vermişdi ki, onlar paraddan birbaşa cənuba, Hindistanı tutmağa yollansınlar. Bu da İngiltərədə çox gərgin qarşılanmışdı. Hətta İngiltərə Qafqaz, İran və Türkiyədəki maraqlarından əl çəkməyə belə hazır idi ki, Hindistan onun nəzarətindən çıxmasın. Məhz 1813-cü il oktyabrın 12-də Qarabağda Gülüstan müqaviləsi imzalanması bu qorxudan irəli gəlirdi. Qeyd edim ki,  İngiltərə indi İran adlandırdığımız corğafiyada  Qacarlar dövlətilə müxtəlif müqavilələr imzalamışdı ki, bu müharibədə qalib gəlmək üçün İrana kömək etsinlər. Ancaq müharibə elə bir vəziyyətə gəldi ki, onu davam etdirmək İran üçün təhlükə yaradırdı. Gülüstan müqaviləsinə gəldikdə, qısaca desəm, bu müqavilə ilə Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan torpaqları Rusiyaya ilhaq edilir.( A. Dirr.  “Gülistan”, İslam Ansiklopedisi (MEB), IV, İstanbul: Milli Egitim Basımevi, 1993 s. 834)
 Lakin Rusiya bununla kifayətlənmirdi. Çünki onun regionda qorxusu var idi ki, iki türk xəndanı: osmanlılar və qacarlar öz aralarında birlik yaradıb regionu tam nəzarətə alsınlar. Lakin gözlənilən Osmanlı dövləti ilə Qacarlar dövləti arasında ittifaq meydana gəlmədi.  Bunu görən Rusiya təklikdə əvvəl Buxarestdə Osmanlı ilə məsələni həll etdi, Gülüstanda isə Qacarlarla məsələni aydınlaşdırdı. Rusiyanın yeni işğalına şərait yaradan 1826-1828-ci illərdə yeni Rusiya-İran müharibəsi başlananda öz xanlıqlarından qaçan xanların 1826-cı ildə Ümummüsəlman üsyanına qoşulmaları oldu.  Rusiya İvan Paskeviç Fyodorovu regiona göndərilir.  Paskeviçin gəlişi ilə Rusiya qüvvələri də artırıldı, Şəmkir və Gəncə altındakı gərgin döyüşlərdən sonra, Abbas Mirzənin qoşunları məğlubiyyətə uğradı.  Rus qoşunları Naxçıvan və İrəvanı tutaraq, Arazı keçdilər. Ruslar Təbrizə kimi gedərək, onu da ələ keçirdilər.
1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da "İsanın anadan olmasının 1828-ci ilində" gecə münəccimin təyin etdiyi vaxtda, saat 12-00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı. (Второе полн. собр. законов, т. III, № 1794, СПб, 1830; Акты, относящиеся до.заключения мира с Персией. Изд. Лазаревского ин-та, СПб, 1828.)

 Türkmənçay müqaviləsinin gizlinləri: 
 Müqavilənin əsas müddəaları Peterbuqrda hazırlanmışdır. Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynamışdır. İlk olaraq 1826-cı ildə ilk müddalar yazılmış, daha sonra Cəlaloğlu lagerində 24 may 1827-ci ildə Qirbayedov bə Obresk tərəfindən əlavələr edilibdir.  Türkmənçay müaviləsinin Peterburq variantında ermənilərin köçürülməsi və ermənilərə aid heç bir cümlə olmamışdır.  Müqavilənin orjinal nüsxəsi olan “1826,1827 və 1828-ci illər ərzində Paskeviç və onun yavəri Buturlin arasında gizli və hərbi yazışmalar” adlı sənədə bir cümlə belə ermənilər haqqında olmamışdır. (Л. С. Семенов, “О некоторых источниках по истории русско-персидских отношений первой трети XIX в”., „Вестник Ленингр. у - т а \ 1959, У.)
Türkmənçay müqaviləsi Peterburqdan Qirbayedov və digər rus hərbiçi və diplomatlarına çatandan sonra 4-cü və 13-cü maddələr tamamilə dəyişmiş, 14-cü maddəyə “ermənilərin” (əslində cümlədə erməni sözü yoxdur. Tam cümlə belədir: “hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər.” Bu isə  sırf qaçqınlarla bağlıdır ki, qaçqınların az hissəsi ermənilər idilər. Qalanı xanlıqlardan İrana köçən türklər idi) hüquqları əlavə edilir. 12-və 15-ci maddələr isə Peterburq nüsxəsində yox idi. (ЦГИАЛ, ф. 1018, оп. 2, д. 81, лл. 343—.343 об)
 Ermənilər haqqında bəndlərin müqaviləyə əlavə edilməsi erməni keşişi Nersesin sayəsində olmuşdur. Nerses Aştaraklı  60 min nəfərlik bir erməni ordusu ilə 1827-1828-ci illərdə baş verən Rus - İran savaşında  ruslar tərəfdən müharibəyə qoşuldu. Rusların Osmanlı ermənilərini ələ alması da Eçmiədzin kilisəsinin çağrışı ilə olmuşdu. O, Qafqazdakı rus komandanlığı ilə danışıqlar aparıb  ərazidə əgər yaradılsa “Ermənistanın” Rusiyaya birləşdirilməsi barədə razılığa belə gəlmişdir. (Тайные известия ог 13. 15, 17 ноября 1827 г. ЦГВИА, ф. 476, а. 1, л. 5.)
Erməni keşişi  Nerses Aştaraklı ermənilərin zəbt olunmuş qədim Azərbaycan torpaqlarına mərhələlərlə köçürülməsi planını hazırlamışdı. Həmin planın ərsəyə gətirilməsində və həyata keçirilməsində Rusiyanın İrandakı səfiri şair A.S.Qriboyedov yaxından iştirak etmişdi. Keşiş Nerses 1827-ci ilin noyabr ayında Lazarev (Lazaryan) adlı bir imkanlı məmuru Peterburqdan Təbrizə çağırıb onun erməniləri Azərbaycan torpaqlarında məskunlaşdırılmasına yardım göstərməsini xahiş etmişdi. 1827-ci ilin 9 noyabrında Dehqarqanda keçirilən danışıqlar vaxtı Qriboyedovla Paskeviç görüşərkən keşiş Nersesin Xoydan göndərdiyi nümayəndələri onlardan ermənilərin köçürülməsi qayğısına qalmağı xahiş etmişdilər. Bu xahişin məzmunu aşağıdakı kimidir: “İndi bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir düşmüş xristianlar haqqında mənim xahişimi unutmamasını və onları rus ağalığının qüdrətli bayrağı altına qəbul etməsini rica etdim. Mən həmçinin İranda olan bütün ermənilər haqqında zati-alidən xahiş etdim və indi cənaba bu barədə yazaraq cənabınızdan da rica edirəm İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın şəhər və kəndlərində yaşayan ermənilərin böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni (?) Ermənistana qayıtması haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın.”( Allen-Paul Muratoff, Kafkas Harekâtı, 1828-1921 Türk-Kafkas Sınırındaki Harplerin Tarihi, Ankara 1966, s. 3-17.)

Erməni varlı ailələri ilə Tiflisdə tanış olan, onlardan böyük miqdarda pul alan Qriboyedov da erməni katalikosunun bu xahişinə əməl etməyi unutmamışdı. Türkmənçay müqaviləsinin 15-ci maddəsi bütünlüklə ermənilərin xeyrinə yazılmışdı. (Sir Percy Sykes, A History of Persia, c.II, London, 1921, s. 314)

Müqavilənin əsas orjinalı fransı dilində yazılıb, onun sonrada rus və fars dillərinə tərcüməsində çoxsaylı səhvlər var idi. Elə IV bəndə yazılır: “sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir” Lakin fars və fransız variantında  yazılır: “sərhəd xətti Türkiyə torpaqlarının ucundakı  kiçik Ağrı zirvəsindən”İkinci müqavilənin orjinal Peterburq nüsxəsində yazılır: “İran və Türkiyə sərhəddinində kazaklar yerləşdiriləcək” (ЦПIАЛ, ф. 1018, оп. 2, д. 248, л. Содержание письма неустановленного лица к Аббасу-мирзе с предложением мира. Вез даты).

Təəssüf ki, burada tarixçilərin çox az diqqət etdiyi bir məqam da var. Bu da Türkmənçay müqaviləsinin mətnində coğrafi yer adlarımızın bilərəkdən təhrif edilməsi, onların əsl adlarının dəyişdirilərək tarix səhnəsindən silinib çıxarılmasıdır. Hər halda Türkmənçay müqaviləsində Azərbaycan yer adlarının saxtalaşdırılması istiqamətində araşdırmaların aparılması tarixçilərimiz üçün bir mövzudur…

 Bu bəndin müqavilədə olması ilə  Rusiya istəyirdi ki, İran və Türkiyə sərhəddini xristianlaşdırsın və yuxarıda deyildiyi kimi bu ərazilərə kütləvi şəkildə kazakların köçürülməsi planlaşdırılırdı. Ermənilər olmasaydı ora kazaklar gətiriləcəkdi. Ermənilər yaxında olduğu üçün onlardan istifadə olunması daha sərfəli sayılırdı. Ermənilərin bu tarixi hadisəni də özününküləşdirməyə çalışması, çox əsrlik arzuları kimi qələmə vermələri  əslində başdan ayağa yalanlardan ibarətdir.
Müqavilənin orjinal və sonradan dəyişikliyə uğrayan maddələrində  “Ermənistan” sözü yoxdur. Və ola da bilməzdi. Çünki o zaman Cənubi Qafqazda “Ermənistan” adlanan ərazi və ya dövlət yox idi. Erməni “tarixçiləri” bütün bu real tarixi faktları saxtalaşdıraraq İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunması faktını bütün dünyaya guya “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi təqdim edirlər.

Erməni vilayəti

II Rus-İran müharibəsi 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatdı. İşğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya birləşdirilməsi rəsmiləşdirildi. Martın 21-də Rusiyaya ilhaq edilmiş iki Azərbaycan xanlığı - İrəvan və Naxçıvan xanlıqlarının "erməni vilayəti" adlandırılması haqqında çar fərmanı verildi. ( Полное собрание законов Российской империи. Собр. второе, т. III. 1828. СПб., 1830, с. 272-273)
 Gürcü knyazı, general-mayor Çavçavadze bu vilayətə rəis təyin olundu. (sonradan Çavçavadze yazacaqdı: "Onlar bizim adımızı biabır etməklə, bizi milli ləyaqətimizdən məhrum etməklə kifayətlənməyib, bizi dünyadan sıxışdırıb çıxarmaq üçün qanla boyanmış tariximizi də, salnamələrimizi də, tarixi xatirə və abidələrimizi də, tarixi sərvətlərimizi də danırlar, müxtəlif fırıldaqlarla öz adlarına çıxırlar".)
Çavçavadzenin qızı Rusiyanın İrandakı səfiri və ermənilərin Cənubi Qafqaza köçürülməsi planının əsas müəlliflərindən biri olan A. Qriboyedovun həyat yoldaşı idi.
Qeyd edim ki, “Erməni vilayəti”ndə olan 1125 kəndin 1111-də Azərbaycan türkləri yaşayırdı. Süni ərazi bölgüsü ilə, əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Erməni vilayəti”nin tərkibinə daxil olan ərazilər İrəvan əyaləti, Naxçıvan əyaləti və Ordubad dairəsi adlanırdı. “Erməni vilayəti”nin ümumi sahəsi 24 min kvadrat verst (26.966,4 kvadratkilometr) idi.
1828-ci ildə "erməni vilayəti" adlandırılan bu qurum 1840-cı ildə ləğv olundu və 1849-cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil edildi

QİRBOYEDOV amili:

Ermənilərin ideoloqlarından sayılan Zori Balayan. “Ocaq” kitabında yazır: “1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçmüşdür”.
 Bəli, Qirboyedov ermənilərin tarixi qəhramanı kimi bu gün də onların yaddaşlarında qalıbdır. XIX əsr Rusiya ədəbi mühitində yetişmiş yazıçı, eyni zamanda siyasətçi Aleksandr Sergeyeviç Qriboyedov1 795-ci ildə polyak əsilli zabitlər ailəsində anadan olmuşdur. Təhsil aldığı müddətdə fransız, ingilis və italyan, alman, daha sonra yunan, latın, fars, ərəb və türk dillərin öyrənir. 1818-ci ildə rus missiyasının katibi kimi İrana göndərilir və burada iki il işləyir. Onun İranda yaşadığı həyat, əsərləri və gündəliklərində yer alır. 1821-ci ildə İrandan qayıtdıqdan sonra Qafqaz generalı A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilir.  Müraciət etdiyimiz mənbələrdə görürük ki, Qriboyedovun ermənilərə xüsusi sevgisi və pərəstişi olmayıb. O, Rusiya təəssübkeşi idi.
Onun üçün Rusiyanın cənubunda iki böyük müsəlman ölkəsi sayılan Osmanlı və İranla sərhəddə xristianlardan ibarət bufer zonanın olması vacib idi və o, bu planı canla-başla yerinə yetirirdi.
A.S.Qirboyedov təkcə Cənubi Qafqazda və İranda deyil, Yaxın və Orta Şərqdə Rusiyanın mövqelərinin möhkəmlətmək üçün dəridən qabıqdan çıxırdı. Onun tərtib etdiyi «Təlimat layihəsi» də bu məqsədlərə xidmət edirdi. A.S.Qirboyedov Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərini Rusiya müstəmləkiçilərinin malı etmək məqsədilə 1827-ci ildə Tiflisdə Rusiya – Zaqafqaziya kompaniyası yaradılması haqqında təkliflər vermiş və bu işə rusiyanın tanınmış iş adamlarını, sahibkarları cəlb etmişdi. Gələcəkdə tanınmış gürcü və erməni iş adamlarının da bura cəlb olunması nəzərdə tutulmuşdu. Onun bu layihəsində yerli müsəlman iş adamlarının nəzərə alınmaması bu əhaliyə qarşı düşmən mövqeyindən irəli gəlirdi.

 Kazakların bu əraziyə köçürülməsi planı pozulduqdan sonra onun erməni varlı ailələri ilə tanışlığı, onlardan aldığı külli miqdarda pullar Türkmənçay müqaviləsinə məhz  ermənilərlə bağlı müddəaların əlavə edilməsinə şərait yaratdı.
 Türkmənçay müqaviləsinin hazırlanmasında danışıqların aparıldığı və yazıldığı sənədlərin redaktoru idi.  Demək olar ki, müqavilənin yazılı formada hazırlanması onun işi idi. Paskeviçin Çara yazdığı məktubda qeyd edilir ki,  Türkmənçay müqaviləsinə 12, 14 və 15-ci bəndləri məhz Qirboyedov özü əlavə etmişdir. Onların hüquqi və bədii yazılması prosesində məhz erməni məsələsi onun sayəsində baş vermişdir. (О. И. Попова , Грибоедов в Персии в 1818—23 гг., М. (1929), стр. 73—74.)
Sonradan Tehranda diplomat kimi vəzifə daşıyan Qriboyedov elə  İngilis kəşfiyyatına xidmət edən ermənilər tərəfindən qətl edilmişdir. 1829-cu ili yanvar ayının 30-da Tehranın din xadimi Mirzə Məsihin Adinə məscidində camaatı cihada çağırmağından sonra başlanan hadisələr zamanı erməni əsili Mirzə Yaqub, İran şahının sarayında xacə, onu mühafizə edən iki erməni zabitin birliyi sayəsində səfirlikdə Qriboyedovla birlikdə olan 37 nəfər vəhşicəsinə qətlə yetirildi.

Türkmənçayın hüquqi qüvvəsi

Türkmənçay müqaviləsi Rusiya və Qacarlar arasında  90 il ərzində bağlanılıb. Artıq 200 ilə yaxın bir dövr keçməkdədir. Müqavilə hüquqi qüvvəsini itirib. Müqaviləni bağlayan dövlətdən biri olan Rusiya bir imperiya olaraq yoxdur. Təbiidir ki, Rusiya bu dövrdən sonra Türkmənçay və Gülüstan müqavilələrindən əl çəkib. O zaman Azərbaycanın torpaqları Araz çayından şimala Rusiyaya Cənubu isə İrana qaldı. Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli hesab edir ki, hazırda Şimali Azərbaycanda müstəqil Azərbaycan Respublikası yaradılıb, Azərbaycan xalqı müstəqil dövlət qurub. Güney isə İranın himayəsi altındadır. Əgər müqaviləni bağlayan tərəflərdən biri öz müqaviləsindən əl çəkmişsə, avtomatik olaraq digər tərəf də əl çəkməlidir.
 Beynəlxalq hüquqa görə Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından hüquqi qüvvəsini çoxdan itirmişdir. Türkmənçay müqaviləsini imzalayan Rusiya və Qacar dövləti olub. İndi bu müqavilənin heç bir hüquqi-siyasi əhəmiyyəti yoxdur. Şimalı Azərbaycan öz azadlığını əldə edib və ona görə Türkmənçay müqaviləsi qüvvədən düşmüş hesab edilir. İndi nə Qacarlar, nə də ki, çar Rusiyası var. Çünki məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq özünü Rusiya imperiyasınının varisi kimi tanımadı. Müqavilənin hüquqi tərəfin incələdikcə məlum olur ki, İran gərək bəzi əraziləri Azərbaycana qaytarmalı olsun. Abbas-Abad məntəqəsi və Muğan düzünün bir hissəsi buna aiddir. Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtonmatik olaraq itirilir və mahiyyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur.


Zaur Əliyev
Siyasi elmər üzrə fəlsəfə doktoru, dosent 

0 коммент.:

Отправить комментарий