Yer üzünün ilk insan məskənlərindən biri sayılan Azıx mağarası buradadır. Quruçay mədəniyyətinə evsahibliyi edir. Saf hava, bol günəş, bərəkətli torpaqlar, duzlu – məzəli, təmiz ürəkli insanlar, türbələr, karvansaraylar, qəsr, qala və hasar izləri Qarabağ müharibəsinə qədər qalmaqda idi. Məşhur Ərgünəş meşələri 1993-cü ildən bəri hər il yandırılır, ağacları qırılır.
Füzuli rayonu işğal olunmuş rayonlar arasında əhalisinin sayına görə, Ağdamdan sonra ikinci yerdə dayanır. Rayonun sahəsi 1386 kvadrat kilometr, əhalisi isə 136 min nəfərdən çoxdur. Əhalinin bir hissəsi yaşayış məntəqələri işğal edildiyindən müvəqqəti olaraq Bakıda və respublikanın digər rayonlarında məskunlaşıb. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Füzuli rayonu tək Azərbaycanın deyil, dünyaın ən qədim insan məskənlərindən hesab olunur. Dünyanın ən qədim insan məskənləri olan Azıx və Tağlar mağaraları bu rayonun ərazisində yerləşir Azıx və Tağlar mağaralarında aparılmış arxeoloji qazıntılar zamanı məlum olub ki, bu məskənlərdə ilk insanlar təxminən 1 mln. 500 min əvvəl məskunlaşıblar. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal - Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlayır.
Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
Rayonun işğaldan azad olunmuş Arazboyu ərazilərində yol boyu tez-tez kurqan tipli abidələrlə rastlaşmaq mümkündür. Əhmədbəyli və Böyük Bəhmənli kəndlərinin arasında yerləşən Kültəpə, Böyük Bəhmənli kəndində yerləşən Üç təpə kurqanları və bu kurqanların ətrafında qədim yaşayış məntəqələrinin, o cümlədən Alban şəhəri və Bəhmən şəhərinin qalıqları aşkarlanıb. Tarixçilərin sözlərinə görə, ərazidə qədim dövrlərdən etibarən türklərin məskunlaşmasına dair faktlar var. Bu faktlar həm toponimlər, həm də bu xalqlara məxsus spesifik abidələrlə sübuta yetirilib. Bunlardan da ən inandırıcısı nə zərdüştlükdə, nə xristianlıqda, nə də islamiyyətdə olmayan qəbir-kurqanlardır. Məhz bu kurqanlar erməni alimlərinin ciddi-cəhdlə ərazidə tarix boyu ermənilərin yaşaması iddialarını alt-üst edir.
Qüdrət İsmayılov, "Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri", kitabında qeyd edir ki, 1972-ci ilin tədqiqat mövsümündə Qarabulaq nekropolunda axtarış aparılarkən qismən dağıdılmış bir qəbir də qazılmışdır. Tədqiqat zamanı müəyyənləşdirilmişdir ki, bu tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərinə aid torpaq qəbirdir. Qəbir, eləcə də oradakı skelet dağıdıldığından qəbirin formasını və istiqamətini təyin etmək mümkün olmamışdır. Bununla belə buradan nisbətən bütöv olan iki ədəd gil qab, müxtəlif muncuqlar və digər qab nümunələrinə aid qruplar əldə edilmişdir. Bütöv qabların ikisi də eyni formalı olmaqla təkqulp küpələrdən ibarətdir. Onlar bir-birindən yalnız səthlərinin rəngi və naxışlanmasına görə fərqlənir. Bu qəbir Qarabulaq nekropoluna aid yeni dəlildir. Belə ki, əgər əvvəllər nekropolun son tunc və ilk dəmir dövrü qəbir abidələri Yalnız kurqanaltı qəbirlərlə səciyyələnirdisə, indi burada həmin dövrdə torpaq qəbirlərin də mövcud olması müəyyənləşdirilmişdir. Bunlar çox güman ki, yaxınlıqdakı Şəkərcik yaşayış yerinin qədim əkinçi sakinlərinə məxsus imiş. Beləliklə, bütün bu dəlillər bu vadidə e. ə. I minilliyin başlanğıcını əhatə edən son tunc - ilk dəmir dövründə oturaq tayfalara aid özünəməxsus səciyyəvi xüsusiyyətlərə malik olan əkinçilik mədəniyyətinin mövcudluğunu əks etdirir Bu mədəniyyət daha qədim yerli mədəniyyətlə bağlı olmuş və bilavasitə özündən əvvəlki mədəniyyətin bünövrəsi əsasında yeni inkişaf yoluna qədəm qoymuşdu. Böyük Bəhmənli kəndi ərazisində yerləşən Üçtəpə abidəsinin tarixi bizim eradan əvvəl birinci minilliyə dayanır. Qədim türkdilli xalqlardan birinə aid edilən bu kurqanların ətrafında aparılmış qazıntılar zamanı qara gildən düzəldilmiş məişət qabları, həmçinin dəvəgözü daşından müxtəlif əşyalar aşkarlanıb. Ətrafında vaxtı ilə yaşayış məntəqəsi və Alban şəhərinin olduğu iddia edilən bu kurqanların sayının daha çox olduğu söylənilir.
Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyəti mağarada qədim insanlann ilkin məskunlaşmasından xəbər verir. Ibtidai insanların həyatmda mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur. Qədim insanlar əmək alətləri hazırlamaq üçün çay daşlarını məhz Quruçaydan toplayıb Azıx düşərgəsinə gətiraıişlər. Eyni zamanda Azıx düşərgəsinin sakinləri Quruçay dərəsində ovçuluq və yığıcılıqla da məşğul olmuşlar. Hələ ən qədim zamanlardan Quruçay dərəsində ibtidai insanların yaşaması üçün zəruri olan bütün nemətlər olmuşdur. VII-X təbəqələrdə aparılan tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət nümunələri yeni bir arxeoloji mədəniyyətdən xəbər verirdi. Təbəqələrdən tapümış əmək alətlərinin hazırlanma texnikası və tipologiyasmm özünəməxsus xüsusiy-yətlərinə görə yeni aşkar olunmuş maddi mədəniyyət nümunələrinə Quruçayın adı verilmişdir.
Aparılan elmi tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi keçməsi müəyyən olunmuşdur. Mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri hazırlanmağa başlanmışdır. Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay mədəniyyəti dövrü uzun müddətli inkişaf-dan sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur.
Orta əsrlərdə Füzuli rayonu ərazisində bir sıra qala şəhərləri olub. Bura sonralar itib batmış, sovetlərin xalq təsərrüfatını inkişaf etdirdiyi bir dövrdə qalıqları məhv edilərək pambıq tarlasına çevrilmiş Bəhmən şəhəri, Qarabağlar şəhəri və s. daxildir.
Bu məskənin ilk adı Qarabulaq olmuşdur. “Qarabulaq” sözünün açıqlanmasını “qara su”, “qara bulaq” ifadələri ilə əlaqələndirirlər. Meşəlik ərazidə çıxan bulaqlara və yaxud cənubdan şimala, şərqdən qərbə axan bulaqlara, sulara, çaylara “qara bulaq”, “qara su”, “qara çay” deyirlər. Ümumiyyətlə, qədim türklərin yəqin ki, suyun sirrini bilən Xızır peyğəmbərdən başlayaraq, suyun axını haqqında mükəmməl bilikləri olub. Bu günə qədər gəlib çıxmış hidronimlərdə ku, cu, su ifadələri o qədər dəqiq yerinəoturdulub ki, ulu babalarımızın bu sahədə bilikləri heyrət doğurur və insanı istər-istəməz “ümumaxın qanunlarına tabe olan və tabe olmayan” sular haqqında düşünməyə vadar edir.
Kəndin adı – qara (böyük) + bul (tap, tanı, bil) + ak (ok, yurd, yer) – “tanınmış böyük yurd” kimi də açıqlanır. Lakin “qarabulaq” sözü bulaq-oğuz tayfasının adından da yarana bilər. Bu halda “qarabulaq” sözü - “böyük bulaq-oğuz yurdu” kimi açıqlanır. Hökmdarları toğuz-ğuzz ailəsindən olan və “Buğra xan” ünvanı daşıyan yağma-oğuzların böyük bir boyunun adı “bulaq” olmuşdur. Bu barədə “Oğuzlar” kitabında yazılır: “Kaşğarinin “türkcə” və ya “xaqanlı türkcəsi” dediyi türk dili gərək ki, bu yağmaların ləhcəsidir. Yağmalar bir çox boylardan meydana gəlmişlər. Bunlardan biri bulaq boyudur” Fikrimizcə, qədim zamanlardan oğuzların (içquz, quzman) yurdu olmuş Qarabulaq kəndinin adı məhz bulaqoğuz tayfalarının adı ilə bağlıdır.
Ərazidə Dizaq mahalı olubdur. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir. Tarixçi Mirzə Yusif Qarabaği Xəmsə mahallarından danışarkən Dizağı birinci qeyd edir və sınırlarını özü bildiyi kimi cızır. О, yazır: «Birinci Dizaq mahalıdır ki, uzunu Həkəri çayı və Kültəpədən başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat (Ziyarət) dağına kimidir» . Əslində mahalın ərazisi tarixçinin göstərdiyindən bir az qısıq idi. Dizaq mahalı güneydən Xırdapara-Dizaq, günbatandan Dizaq-Cəbrayıllı, quzeydən Vərəndə və gündоğandan Cavanşir-Dizaq mahalları ilə çevrələnirdi.
Dizaq mahalının baş kəndi Tuğ şenliyi idi. Bu mahala Füzuli bölgəsinin Hоğa (Üçbulaq), Cuvarlı, Xələfşə, Rəfəddinli, Arış, Şıxımlı, Gavşatlı kəndləri bağlı idi.
Böyük Bəhmənli və Əhmədbəyli kəndləri arasında yerləşən və bu gün də Alaqarğı adlanan yer vaxtı ilə yaşayış məskəni olub. Hələ də yerli sakinlərin "Pənah xanın yurdu" adlandırdıqları bu yerdə aparılan qazıntılar zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxarılır. Füzuli rayon Tarix Muzeyindən verilən məlumata görə, Qarabağ xanlığının banisi Pənah xanın uşaqlığı və gəncliyi bu yurdda keçib. Bununla bağlı "Qarabağnamələr"də də bir sıra məlumatlar yer alıb. Həmin ərazidən Araz çayına doğru təxminən bir kilometr uzaqlıqda isə Qızılbaş adlı ərazi yerləşir. Rəvayətlərə görə, bu ərazini Şirvanşah Fərrux Yasarı məğlub etdikdən sonra qoşunu ilə Naxçıvana doğru irəliləyən Şah İsmayıl öz sərkərdələrindən birinə bağışlayıb.
Şəhərin yaranma tarixi 1827-ci ildən hesablansa da arxeoloqlara görə burdakı insan düşərgələrinin tarixi 1,5 milyondan əvvələ gedib çıxır.
Bu qəzа 1867-ci ildə Cəbrayıl qəzası кimi yаrаnıb. 1905-ci ildən I Rus-İrаn sаvаşının iştirакçısı pоlкоvniк Pavel Karyaginin şərəfinə Qаryаgin qəzаsı аdlаnıb. Qаryаgin (Cəbrаyıl) qəzаsının 1918-1920-ci illərdə, АDR dönəmində rəisi öncə Bəhrambəyоv, sоnrа Hüsеyn bəy Bеhbud bəy оğlu Mahmudbəyоv idi. Qаryаgin qəzаsınа rəis, nahiyələrə pristаv bаşçılıq еdirdi.
Qаryаgin qəzаsı I–ci Böyüк Bəhmənli pоlis sahəsi, II-ci Hоrаdiz pоlis sahəsi və III-cü Cəbrаyıl pоlis sagələrinə аyrılırdı. 1918-1920-ci illərdə, АDR dönəmində 1-ci sahənin pоlis pristаvı Həbib Məhərrəmоv, 2-ci sahənin pоlis pristаvı Həsən bəy Vəzirоv, 3-cü sahənin pоlis pristаvı Cаmаl bəy Əlibəyоv.
30 avqust 1918-ci ildə yenidən Cəbrayıl qəzası kimi formalaşıb. 1930-cu ildə qəzа ləğv еdilib. 8 аvqust 1930-cu ilədəк rаyоn mərкəzi stаtusunu аlmış Qаrаbulаq 2 mаrt 1959-cu ilə qədər Каryаgin аdı аltındа öz fəаliyyətini dаvаm еtdirir. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişilmiş və Füzuli rayonu adlandırılmışdır.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkmiş, onlardan 155-i yetim qalmışdır. Müharibənin əsas ağırlığını Qacar, Divanallar, Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişdir. 1993-cü il avqustun 23-də ecazkar Füzuli torpaqları da işğal edildi. Hazırda 55 min nəfərə yaxın füzulili məcburi köçkün həyatı yaşayır.
Ekoloji ekspertlər bildirir ki, Füzuli rayonu ərazisinə yaxın olan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidəsi kimi YUNESKO-nun siyahısına düşmüşdür. Azıx poliolit düşərgəsində aşkar olunmuş maddi-mədəniyyət nümunələri 1981-ci il dekabrın 8-də Fransanın paytaxtı Parisin İnsan Muzeyində «Avropanın ilk sakinləri» adlı beynəlxalq sərgidə nümayiş etdirilib. Təəssüf ki, erməni vandalizmi nəticəsində Azıx, Tağlar, Qaraköpəktəpə, Meynətəpə və başqa tarixi abidələr bu gün yararsız hala salınır.
Tarixi və memarlıq abidələri haqda məlumatİşğal altında olan dini və mədəniyyət abidələri
1. Qarğabazar kəndində XVII əsr karvansarayı
2. Qarğabazar kəndində XVII əsr məscid binası
3. Qarğabazar kəndində XVIII əsr Cəlil türbəsi
4. Aşağı Veysəlli kəndində XIII əsr Mirəli türbəsi
5. Qoçəhmədli kəndində XVIII əsr məscid binası
6. Qoçəhmədli kəndində XVIII əsr yaşayış binası
7. Horadiz kəndində XIX əsr məscid binası
8. Horadiz kəndində XIX əsr İmamzadə türbəsi
9. Füzuli şəhərində XIX əsr məscid binası
10. Aşağı Aybasandı kəndində XVIII əsr İbrahim türbəsi
11. Qacar kəndində XIX əsr məscid binası
12. Böyük Pirəhmədli kəndində XIX əsr məscid binası
13. Merdinli kəndində XIX əsr məscid binası
14. Saracıq vəGorazıllı kəndlərindəki XIX əsr körpüləri (Alı körpüsü, Kərəm körpüsü).
15. Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı.
İşğaldan azad edilmiş ərazidə mövcud olan mədəniyyət və dini abidələr:
1. Babi kəndində XIII əsr Şeyx Babi Yaqub türbəsi
2. Əhmədalılar kəndində XIII əsr Arqalı türbəsi
3. Böyük Bəhmənli kəndində XIX əsr məscid binası.
Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
0 коммент.:
Отправить комментарий