SON MƏLUMATLAR

13.08.2018

Info Post
Qarabağ TV Azərbaycanda ilk dəfə dünyaya erməni vəhşliklərini göstərən videoçarx hazırladı. Videoda ermənilərin əsir düşən və girovluqda olan azərbaycanlılara qarşı törətdikləri işgəncələri ardıcıllıqla sizlərə təqdim edirik.
Bu günə qədər dünya tarixində heç bir insana və millətə qarşı edilməyən işgəncələr bizim xalqın yaşlı, qoca, uşaq, qadın və cavanlarının başlarına gətirilib. Onların yaşadıqları əzab və çəkdikləri əziyyətləri sizin də oxumağınız və düşməni tanımağınız üçün bunu hazırlamalı olduq.Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş - onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış “xaç” nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir. Biz bu rolikdə göstərmək istəyirik ki, faşizmin, ksenofobiyanın, dini və irqi dözümsüzlüyün, ayrı-seçkiliyin Ermənistanın dövlət siyasətidir.
Bacardıqca bu roliki paylaşın, mediada yayın. Biz Qarabağ TV olaraq dünyaya ermənilərin əsl simaların qoymağı qarşımıza məqsəd qoymuşuq.
Ssenari müəllifi Zaur Əliyev, dosent. Hazırlayan Ramin Əliyevdir

0 коммент.:

Отправить комментарий