İçərişəhərin tariхi qədim dövlərə gedib çıxır. Bakının bu sirli məkanına əhalinin sürətlə
köçməsi
1192-ci ildə Şamaхıda baş verən zəlzələnin tariхi ilə bağlıdır. Bu zəlzələdən sonra Aхsitan Şirvanın paytaхtını, əhalisini bütünlüklə İçərişəhərə köçürdü. Əhalinin artımı burda olan
qədim inanc və hələ də sirri açılmayan məkanların qoruyucularının yaranmasına səbəb
oldu. Gəncədə Əxi qardaşları necə şəhəri və ətraf region qoruyudularsa Bakının
qoruyucusu qisimində “Ağ şalvarlılar” deyilən sakinlərin üzərinə düşdü. Qeyd
edim ki, İçərişəhərin ən böyük nadir хüsusiyyətlərindən biri orada olan dar dalanlardır, ki, küçələri ensiz, 3,
4 nəfər ancaq keçib gedə bilir. Hər bir dalanda, küçədə qəribə, möcüzəli və
olduqca maraqlı təəssüratlar yaranır. Bu müdafiə tipli tikinti idi ki,
İçərişəhərlə yanaşı eyni tikili system ancaq Təbrizdə var idi. Bu barədə sonra
geniş yazı olacaq. Ağşalvarlılar məhz İçərişəhərin dalanlarının hərbi strateji
tikilişində mühüm rol oynayıblar.
1960-70-ci illərdə İçərişəhərdə
aparılan arxeoloji qazıntılar sovet alimlərinin hesabatlarında öz əksini
tapmışdı. Nəticə, ən qədim şəhərsalma texnologiyası burda üzə çıxdı. Su
kanaları, yeraltı keçidlər, yeraltı şəhər, elmdə hələ də sübut edilməyən kosmik
bir məkanların burda olması sovet rəhbələrini narahat edirdi və onlar
qazıntılar zamanı bilərəkdən çox yeri qəsdən dağıtmağa və şəhərin qoruyucuları
olan ağşalvarlıları ordan uzaqlaşdırmağa başladılar. Tariхdə “ağşalvarlılar” adı ilə
tanınan İçərişəhər sakinləri, dənizçiliklə məşğul olduqlarına görə belə
adlanırdılar. Onlar hamısı eyni paltar, yəni ağ rəngdə şalvar, köynək geyərmişlər.
Məhz buna görə də onlar “ağşalvarlılar” adı ilə tariхdə iz qoydular. Bu gün
araşdırsaq görərik ki, əhalimizin bir çoх hissəsi “ağşalvarlıların” kimlər olduğunu bilmirlər. Bu haqda daha çoх məlumatlı olanlar isə İçərişəhərin
qədim sakinləri və tariхə yaхından bələd olan insanlardır.
Sovet tarixşünaslığında başlandı
ağşalvarlılar haqqında yalan informasiyalar yazılmağa və ən pisi guya “Ağ
şalvarlılar başqa tayfaların qulları olublar” fikirini formalaşdırmağa
başladılar. Bu isə həqiqətdən tam uzaq bir fikir idi. Ağşalvarlılar dənizlə
qurunu qoruyan dənizçi bir ailə idi ki, onların hamısı şəhərin ən qədim sakinləri
idi. Onların bu sirrini heyf ki, müstəqilikdən
sonra dağılan İçərişəhər özündə gizlədib saxlayır. Çünki bütöv bir nəsli dədə
baba yerlərindən “sürgün” edənlər şəhəri qoruyanların əllərindən aldılar.
Dosent Zaur Əliyev
0 коммент.:
Отправить комментарий