Bu gün bizim diqqətdən kənar qalan bir ciddi problemimiz var. Bizim ALBAN kilsələrimiz. Tarixən Azərbaycana məxsus olan kilsələrimizin "erməniləşdirilməsi" saat mexanizmli bombadir. Bir gün necə ki, İrəvana, Naxçıvana və Qarabağa tarixi "iddialar" sürən ermənilər bu partlamayan bombalar vasitəsilə gələcəkdə ümumi tariximizə ziyan edə bilər.
Xristianlıq ölkəmizdə çox qədim tarixi köklərə malikdir. Bu səmavi
din Şimali Azərbaycan torpaqlarında hələ İsa Məsihin həvariləri dövründə təşəkkül tapmağa başlayıb. Xristian dininin ölkəmizdə yayılması İsa Məsihin apostolları - Müqəddəs Fadey, Müqəddəs Yelisey və Müqəddəs Varfolomeyin adları ilə bağlıdır. O da bir tarixi həqiqətdir ki, islamaqədərki dövrdə Xristianlıq torpaqlarımızda hakim din olub. Belə ki, 313-cü ildə Alban hökmdarı Urnayr Xristianlığı dövlət dini elan edib. Günümüzədək gəlib çıxmış qədim alban məbədləri də Xristianlığın ölkəmizdə necə zəngin ənənələrə malik olduğunu bariz şəkildə göstərir. Lakin ermənilərin Qafqaza köçürülməsindən sonra və eyni zamanda İslamın Azərbaycanda hakim dinə çevrilməsindən sonra Qafqazda üç kilsə arasında güclü dini-ideoloji müstəvidə müharibə başlanır. Ermənilər gürcü və albanların, Gürcülər erməni və albanların, Albanlar isə erməni və gürclərin üzərində ağalıq etmək öz kilsəsini digərinə zorla qəbul etdirmək istəyirdilər. Hər üç dini qrum arasında davam edən şiddətli mübarizənin birinci raundu 1836-cı ildə yekunlaşır. Həmin Erməni Qriqoryan Kilsəsi Çar Rusiyasının əli ilə Alban Həvari Kilsəsinin ləğv edilməsinə nail olurlar. Bu tarixdən etibarən mübarizə erməni və gürcü kilsələri arasında davam etməyə başlayır. Hal-hazırda tərəflər arasında elə bir güçlü mübarizə yoxdur, ancaq yenədə hər iki kilsə digərinin ibadət üsulunu və fikirlərini tam qəbul etmir. Alban kilsəsi ləğv olunmasının bir sıra səbəbləri vardı. Ən önəmli səbəb kimi şəxsən mən Azərbaycan ərazisində həmin dövrdə xristian inancına sahib qeyri ermənilərin az olmasında görürəm.
Yəni kilsə ləğv olunanda ona ibadət edən şəxslərin sayı barmaqla sayılacaq qədər idi. Elə bu səbədəndir ki, bu addım heç bir ciddi rezonansa səbəb olmadı. Ermənilər XIX əsrin ortalarından etibarən Alban kilsələrini erməniləşdirməyə və bu kilsələri erməni kilsəsi kimi təqdim etməyə başladılar. Alban kilsələri üzərində gizli şəkildə erməni xaç işarələrinin çəkilməsi və erməni dilində məlumatarın yazılmasına Erməni Qriqoryan Kilsəsi şəxsən rəhbərlik edirdi. 1988-ci ildən sonar başlanan müharibə təkcə Azərbaycanın qədim torpaqlarının işğalı ilə deyil, milli-mədəni və dini abidə və dəyərlərin də işğal olunmasına səbəb yaratdı. Kəlbəcər, Zəngəzur, İrəvan, Şuşa, Cəbrayıl və digər bölgələrimizdə yaşı mindən çox olan Alban monastrları ermənilər tərəfindən kilsə elan edilərək “özününküləşdirildi”
Rmənilər bütün dünyaya albanlara məxsus monastrları öz kilsələri kimi təqdim edirlər. Bu kimi onlarla erməniləşdirilmiş kilsə və monastr göstərmək olar. Mila Avraam "İnternational Society Projects"də yazır ki, əgər Gürcüstanda əvvəlcə katolikos Kirion, sonra da xəzər türkləri və Bizans imperatoru İrakli sayəsində gürcülər erməni keşişlərin həyasızlığını dəf etmişdilərsə (o zamanda xəzərlər Tiflisi ələ keçirərək oradakı bütün pars hakimiyyəti məhv etmişdilər), alban kilsəsinin taleyi daha faciəli oldu. Gürcü kilsəsindən fərqli olaraq alban kilsəsi Qafqaz Albaniyasında "eyni dindənik" deyərək albanları erməniləşdirməyə çalışan erməni keşişlərin təzyiqlərindən azad deyildilər.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda alban kilsələrinə qarşı ermənilərin işğalçı hücumları üç dövrə bölünür. Əlbətdə Azərbaycanda qədimdən ermənilərin yaşaması fikri absurddur. Bu fikir rus və erməni müəllifləri tərəfindən tariximizə soxuşdurulan yalançı informasiyadır. Əsl həqiqətdə isə ermənilərin Qafqazda güc əldə etməsi tarixi Səfəvilər dövründən başlanır.Bu dövrlərə nəzər salaq:
1) Qaraqoyunlu, Ağqoyunlu və sonra da Səfəvi xanədanları Avropaya tez-tez səfər edən erməni tacirlərindən xəfiyyə kimi istifadə edirdilər. Bunun qarşlığında isə ermənilərin bir istəyi var idi. Alban kilsələrinin ixtiyarını onlara verilməsini. Səfəvilər dönəmində alverdən çox böyük gəlirlər əldə edən erməni tacirlərin maliyyələşdirdikləri erməni kilsəsinin hücumlarına, təzyiqinə, təbii ki, heç bir siyasi gücü olmayan albanlar davam gətirə bilməzdilər.
2) İkinci dövr Rusiya və Sovet imperiyaları dövründə başlandı. Rusların təyziqi ilə Alban kilsələrinin idarəçiliyi ermənilərin əlinə keçdi və nəticdə Alban Həvari Kilsəsinin ləğv edilməsinə nail olundu.
3) Qərbi Azərbaycanın və Qarabağın işğalından sonra ermənilər ələ keçirdikləri monsatları açıq-aşkar erməniləşdirdilər.
Biz bunun qarşısın almasaq sabah tariximizdə bizə qarşı yeni müharibə başlayacaq
Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Qarabağ TV-nin direktoru
0 коммент.:
Отправить комментарий