Giriş: Azərbaycanda ciddi tədqiqata ehtiyac olunan sahələrdən biri də XIX əsrin ortaları XX əsrin əvvələrinə qədər Qafqazda, xüsusilə Azərbaycanda qaçaqların hərakatıdır. Məlumdur ki, ölkədə olan ədalətsizliyə, məmurlar və onların əlaltıları olan yеrli fеodalların xalqa amansızcasına divan tutmalarına qarşı ciddi bir mübarizə hərəkatı başlanmışdı. Xalqın bir çox igid oğulları silaha sarılaraq, dəstələr düzəldib, dağlara çəkilmiş, “qaçaq” adı ilə milli qəhrəman kimi şöhrət qazanmışdılar. Goranboyun Qarasuçu kəndindən olan Dəli Alı qaçaqlar içərisində ad-san qazanan şəxslərdən biri idi. Onun uzun zaman mübarizə aparmasından sonra birdən birə bağışlanması barədə müxtəlif fikirlər səslənir. Belə fikirlərdən biri də çar II Nikolayın qızı Olqa Nikolayevnanın ona olan xüsusi rəğbətindən(bəlkədə sevgisi) irəli gələrək Çarın ona görə Dəli Alını əfv etməsidir. Rus və Gürcü arxivlərindən əldə etdiyimiz sənədlərlə bu tarixdə uzun zaman gizli qalan sirrə aydınlıq gətirməyə çalışacıq.
Alı Məhərrəm oğlu 1875-ci ildə Şəmkir rayonunun Keçili kəndində anadan olub. Ailəsi əsasən maldarlıq və qoyunçuluqla məşğul idi. Qardaşı, özü və atası kəndin ağasının qoyunların otururdu. Onun qaçaq olmasına isə kəndin yüzbaşısı səbəb olur. “Tüstü pulu” vergisi toplayan starjnikin (kiçik rütbəli məmur) onlardan aylıq pulu almadığı üçün etdiyi şikayət üzrə kəndə gələn yüzbaşı onun atası Məhərrəm kişi təhqir edir və qırmancla üzündən vurur. Ardınca uryadniklərin (kiçik rütbəli məmur) atasını döyməsinə dözə bilməyən Alı tüfənglə yüzbaşının ürəyindən güllə vurub onu öldürür. Ardınca Goranboy ərazisinə ailə köçür, burda da onun axtarmağa gələn hökumət qüvvələri gizli danosu ilə sürünün başı üstündə onu yaxalayırlar. Atışma zamanı Alı sərrast güllə ilə kəndə zülm edən erməni Aşot adlı pristavı atdan vurub salır. Lakin sonda həbs edilən Alı qısa müddətdən sonra həbsdən azad olur və 1898-ci ildə bir neçə dostu ilə dağlara çəkilir.
Onun ardınca düşən hökumətlə yanaşı ermənilər Aşot pristavın öldürülməsin ona bağışlaya bilmirlər. Ermənilər Alının dəstəsin ardınca kölgə kimi düşürlər. Lakin onlar Alının yerin müəyyən edib hökmətə xəbər verənə qədər qaçaq öz dəstəsi ilə ordan xeyli uzaqda olur.
1898-1913-cü illər ərzində hökumət və onların atlı dəstələri olan kazaklarla dəfələrlə qanlı döyüşlərə girərək onları ağır məğlubiyyətə uğradan Dəli Alı 1905-ci il hadisələri zamanı azərbaycanlılara qarşı soyqrım törədən ermənilərə divan tutmuşdur. Dəli Alı qaçaqları ilə birgə Gəncənin böyük erməni kəndləri olan Bayan, Çardaqlı, Çaykənd və digər kəndləri işğal edərək qadınlara, uşaqlara, qocalara toxunmadan əli silah tutan ermənilərin hamısını güllə qabağına düzüb. Ermənilərə köməyə gələn yüzlərlə kazak atlıları yaralı və ölü ərazidə buraxaraq geri qaçmağa məcbur olublar. Təkcə “Hacı Məlik” düzündə 2000-ə yaxın erməni öldürülür.
Dəli Alı çox qürurlu adam idi, igidlikdə onu kimsə üstələməsinə imkan verməzdi. Xarakterində nakişilik yox idi deyə yerli əhali onu çox sevirdi. O qədər qoçaq idi ki, rus və gürcü mətbuatı onun haqqında xoş sözlər yazırdı.
Gürcü jurnalisti İrodion Evdoşvili “İveriya” qəzetində çap etdirdiyi “Gözlərimlə gördüyüm” başlıqlı məqaləsində Dəli Alı barəsində yazır: “Yenə bizim idarəçilərimiz barədə bir əlamətdar fakt. Gəncədə mənim gözlərim qarşısında məşhur qaçaq Dəli Alı at oynadırdı. Bu qaçağın ələ keçirilməsi üçün dəfələrlə bir neçə sotnya (yüzlük) kazak və çapar göndərmişik. İndi isə o, şəhərin ortasında onların gözü qarşısında tüfəng atırdı və tatarların önündə gedirdi. Ona heç kəs heç nə deyə bilmirdi”
Rus mətbuatında onun barəsində oxuyan Rusiya imperiyasının sonuncu imperatoru II Nikolay Romanovun qızı Olqa Nikolayevna Dəli Alı barəsində maraqlanır. Olqa Nikolayvna özü hərb, döyüş və silah həvəskarı idi. Qoçaq adamlar barədə məlumat toplayar və onları Çar ordusuna cəlb etmək üçün calışırdı. 1909-cu ilin 11 iyulunda 3-cü Elizavetqrad Qusar İmperator alayının fəxri komandiri təyin edilən Olqa Nikoleyvna vətənini sevən bir xanım idi.
O, mətubatda oxuyur ki, Qafqazda Dəli Alı adlı qoçaq bir şəxs uzun illərdi hökumətə qarşı mübarizə aparır. O, əmisindən xahiş edir ki, Alı barəsində məlumatları və fotosun onda dərhal göndərsin. Əmisi onun sözün yerə salmır və Dəli Alının fotosu ilə yanaşı yerli hökumətin rapor və ərizələrin Çar qızına göndərir. Onun barəsində ətraflı məlumat toplayan Olqa Nikolyevna atasından xahiş edir ki, qaçağı bağışlasın. O atasına məlumat verir ki, Dəli Alı bir soyğunçu deyil, köhnə adətlərə riayət edən, xeyirxahlığı ilə seçilən, ehtiyacı olanlara yardım göstərən və arxasızlara arxa duran bir qəhramandır. Müasir Robin Huddur. Şəhzadə onun əfv olunmasının zəruriliyini dilə gətirir.
Çar II Nikolay sevimli qızının sözün yerə sala bilmir. Yavərinə tapşırıq verir ki, Dəli Alını Peterburqa qonaq kimi dəvət etsin. Romanov sülaləsinin üç yüz illiyi münasibətilə çar höküməti amnistiya haqda fərmana da onun adın əlavə etsinlər. Çarın əmri Peterburqdan knyaz Qalitsin Gəncəyə gəldi. Gəncə qubernatorunun vasitəçiliyilə Gəncəyə yaxın bir yerdə Qalitsin ilə Dəli Alı görüşür. Ona dəvətnaməni təqdim edən Qalitsin çar qızının hədiyyəsi olan qılıncı da ona bağışlayır. Knyaz qeyd edir ki, onun təhülkəsizliyinin təminatçısı knyagina Olqa Nikoleyvna özüdür.
Bu sözlərdən sonra arxayın olan Dəli Alı Peterburqa, çar ailəsinin üç yüz illiyi münasibətilə keçirilən məclisə gedir. Özü ilə müxtəlif hədiyyələr götürən Dəli Alı çar qızı üçün kəlağayı, xalça və gümüz qolbaq aparır. Məclisdə hündür boy, əsl qafqazlı geyimdə və belində “Alımərdi-mərdana, budur girdi meydana” sözləri yazılmış qızıl xəncər olan bu şəxs çoxunun diqqətin cəlb edir. O, Azərbaycandan apardığı hədiyyələri saraya təqdim edir. Dəli Alı Olqa Nikolyevnanın iştirakı ilə çar II Nikolayla görüşür. Onun oturuşu, duruşu və görkəmindən təsirlənən Çar “bir də rus kazaklarını öldürmə" deyərək ona çoxlu hədiyyə verir və qonağı yüksək hörmətlə vətənə yola salmağı yavərinə əmr edir.
Vətənə geri qayıdan Dəli Alı əfv edilməsinə baxmayaraq ermənilərə göz açmağa imkan vermirdi və kəndilərin hüquqların qoruyurdu.
Dəli Alı Kürəkçayın yaxınlığında, Hazırəhmədli kəndində arxadan vurulur. Bir neçə gündən sonra Gəncə xəstəxanasına aparılır və orada vəfat edir. Dəli Alı İmamzadə məzarlığında dəfn olunmuşdur. Dəli Alının Dəli Alının doqquz övladı var idi. Beş oğul, dörd qız. Oğlu Məmməd Məhərrəmov İkinci Dünya müharibəsi zamanı öz qəhramanlığına görə Sovet İttifaqı qəhramanı statusu alıb.
MƏNBƏLƏR:
1. “Tiffliskiy listok” qəzeti 12 mart 1906-cı il (№ 57)
2. “İveriya” 1905, 9 dekabr (№ 222)
3. Gürcüstan Mərkəzi Tarix Arxivi (GMTA), fond 254, siyahı 1
4. “Azərbaycan yurd bilgisi”, № 23, İstanbul, 1933-cü il
5. “Azərbaycan” jurnalı, № 7, 8, 9, 1961-ci il
Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Qarabağ TV
0 коммент.:
Отправить комментарий