
İmperatriça Anna İoanovna (1730-1740) I
Pyotrun qohumu olsa da Gizli yığıncağın məxvi əməliyyatı nəticəsində demək olar
ki, taxta oturdulur. Annanın qohumu VI İvan (1740-1741) onun vəsiyyəti ilə
taxta oturur. I Pyotrun doğma qızı Yelizaveta Petrovna isə yalnız 1741-ci ildə
noyabrın 24-dən 25-ə keçən gecədə saray çevrilişi zamanı taxta oturur.
"Vəsiyyatnamə" oyunu rusların müharibə ilə bağlı
siyasətlərinə xalqın dəstəyin almaq idi. Çünki Pyotr Rusların tarixi şəxsiyyət
saydığı yeganə çarlardan idi. Bu barədə geniş yazmağa ehtiyac yoxdur. Və
maraqlıdır ki, "vəsiyyatnamə " deyilən saxta sənədin ilk versiyasına
Osmanlı-Səfəvi qarışdurması yazılmışdır. İran adı əsla orda 1828-ə qədər
olmayıb. Osmanlı ilə Səfəvi dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla
pozmaq deyəndə də süni-şiə məsələsin ortaya atan Rus ideoloqları Osmanlını
Avropadan ayırmaq üçün bu saxta sənədi ortaya atdılar.
Rusiya və Avropa tarixindən
xəbəri olanlar bu “vəsiyyətnamə”nin hansı səbəbdən və nə məqsədlə yazıldığını
yaxşı bilirlər. I Pyotr heç vaxt nə “İstanbul”, nə də
“Konstantinopol” sözünü işlətməyib; o, bu şəhəri “Tsarqrad” adlandırıb, bütün
yazılarında belədir.
Əsas hədəf isə....Səfəvi-Osmanlı, Azərbaycan Türkiyə
yaxınlaşmasının qarşısın alaraq, birlik ideyaların məhv olunmasıdır
Və ən maraqlısı budur ki, Türkiyədə Pyotrun "vəsiyyətnaməmsini
erməni mediası və nəşr evləri yaydırır
Dosent Zaur Əliyev
0 коммент.:
Отправить комментарий