
Ağdam kimi məmləkətim
Necə çıxdı
Əlimizdən,
Ağdam getdi, millət olmaz
Daha bizdən...
Cabir Novruz
Ağdam haqqında deyilənlər
“...Parlaq bir yaz günü idi, buradan hətta yüz kilometr şimalda ucalan Qafqaz
dağlarının səfalı zirvələri aydın görünürdü. Bu mənzərəni seyr etmək əvəzinə
gözlərim aşağıdakı kiçik Xirosimadan ayrıla bilmirdi... Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən biridir.
WebUrbanist.com
1993-cü ildə ermənilər Ağdamı ələ keçirdikdən sonra bir-bir küçələri və evləri
talayıb daşıdılar. Dağıdılmış evləri qanqal və böyürtkən kolları basıb. Viran
qalmış şəhərə minarədən baxıb, bir daha bu apokalipsisin səbəbləri haqqında
düşündüm...”.
Britaniyalı jurnalist Tomas de Vaal
“Bir vaxtlar britaniyalı jurnalist Tomas de Vaalın kitabında “balaca Xirosima”
deyə bir bənzətmə oxuyanda düşünmüşdüm ki, bu, şişirtmədir. Amma yox,
şişirdilməyib. Ağdam xarabalığa çevrilib və bu, olduqca dəhşətli bir mənzərədir”
Çex jurnalisti Petruşka Şustrova
Ağdam - Azərbaycanın hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla
ərazisinin böyük bir hissəsi erməni işğalı altındadır.Ağdamın indi yalnız 10
kəndi Azərbaycanın nəzarəti altındadır.
İşğal tarixi - 23 iyul 1993-cü il.
Müqəddəsdir vətənimin Ağdamı–
Şəhidlərin suvarılan qanıdır.
Dilləndirər, ovsunlayar adamı,
Ağdam, vallah Qarabağın canıdır...
Tarix uydurulmur, o, yazılır. Yazılmayan səhifələr isə zamanın diqtəsinə uyğun
olaraq ağılla, şüurla araşdırılır, öyrənilir, aşkarlanır…Doğru deyirlər ki, ömür
beşikdən başlanır. «Geniş yolların kökü xırda cığırlardır»-deyənlər yanılmırlar.
Hər birimiz kiçik evlərin astanasından Böyük Vətən dünyasına düşürük. Yollar
bizi «Böyük Dünyaya» apardıqca, balaca Vətən dünyası yadımızdan çıxmır. Bəli,
doğulduğumuz ocağı duymadan, sevmədən,öyrənmədən Böyük Vətənimizi, yurdumuzu,
duya, sevə öyrənə bilmərik. Haralardasa ondan, Vətəndən, yaxşı yer
olub-olmamasının Vətən sevgisinə qətiyyən dəxli yoxdur. Vətəninin, xalqının,
doğulduğu Yurdun tarixi keçmişini bilmək, öyrənmək hər bir Vətən övladı üçün həm
borc və həm də şərəfdir.
Vətən də, millət də, dövlət də torpaqdan başlanır Ağacın barını haradan aldığı
məlumdur. Tarix isə araşdırılmalıdır, ən azı ona görə ki, onun kökləri
müxtəlif istiqamətlərə gedib çıxır. Hər şeyin aydın olması üçün köklərə baxmaq
lazımdır. Bu, həm də vacibdir. Biz millət olaraq əgər yurdumuzun, Vətənimizin
tarixini yaxşı öyrənməsək, bilməsək, onda gələcəkdə də hələ başımıza çox
faciələr, bəlalar gələ bilər. Bilməyəndə isə susuruq. Susanda da düşmənlərimiz
üstümüzə ayaq alırlar.
Aydındır ki, xalqın tarixi kimi, sözün də tarixi var. Bu mə’nada düşünürəm ki,
tarixi-toponimik araşdırmalar keçmiş və ötənlər haqqında olsa da, keçmiş üçün
yox, bu gün üçün, bu günü dərk etmək və sabahlara yol açmaq üçündür. Onu da
unutmamalıyıq ki, HƏQİQƏT bütün kitablardan böyük və ucadır. Bəzən elə olur ki,
kiçicik bir sübut, balaca bir dəlil, adi bir fakt xalqın tarixinin bütöv bir
qaranlıq dövrünü işıqlandırır.
Qarabağ sözü, etimoloji cəhətdən iki hissədən təşkil tapır. Tarix
metodologiyasının onomastik elmi əsasında tədqiq edildikdə qara və bağ
sözlərinin birləşərək yaratdığı bir addır.
Qara, rəng kimi (siyah) mənasını olduğu kimi daşımaqla bərabər qədim Türkcədə
şimalda qalan yer, mərkəzin qüzeyi kimi mənaları da daşıyır. Bu rəng, Türklərdə
min illər boyu qüzeyin simvolu olubdur. Türklərin əfsanəvi xaqanı Oğuz Xan E. Q.
200 ilində Çin xaqanı Kao’nu Pətəng qalası döyüşündə mühasirəyə saldığı vaxt
şimal ordusundakı atların rəngi qara idi. Ordunun atların rənginə görə,
şərqdəkilər qır (göy, mavi), qərbdəkilər ağ, güneydəkilər qonur, qüzeydəkilər
qara şəklində tənzim edilməsi Oğuz Xan zamanında başlamış və bu ənənə yüzillər
boyu davam etmişdir. Miladî 983-985-ci illər arasında Uyğur dövlətinə gedən Çin
elçisi Wanq Yən-t’ê ordunun bu nizam üzrə cərgələnişinin şahidi olmuş və bunu öz
arayışında qeyd etmişdir. Qara rəng, digər tərəfdən qüdrətli, zorlu, güclü
mənalarını da daşıyır. Türklərin, şiddətli keçən qışa qara qış, güclü və
qüdrətli hökmdarlara qara sifətini yaraşdırması (Qara Xaqan “Göytürk xaqanıdır”)
da həmin fikrin məhsuludur.
Məhz qədim türk yurdu Qarabağın gözəl yurdu Ağdam Qafqazın qapısı
adlandırılmışdır.
Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir.
Eyni zamanda Ağdam bu gün xarabazarlıq, viran edilmiş yurddur. Onun 6 mindən çox
şəhidinin ruhu narahatdır. Ruhlar şəhəridir. Orada indi yalnız xaraba binaların
divarları qalıb. Bu xaraba qoyulan şəhərin bizə ehtiyacı olduğu danılmaz bir
faktdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan
Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz
ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi
abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır.
Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji
tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların
yaşayış məskənlərindən biridir.
Bəzi mənbələr bu tarixi Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılmasın
yazırlar. Əslində isə araşdırmaçı Vüqar Tofiqlinin verdiyi məlumat daha
doğrudur, Ağdama şəhər statusu 1828-ci ildə verilib. Belə ki, 1974-cü ildə
Moskva şəhərində SSRİ Ali Sovetinin nəşriyyatında çap edilmiş “SSRİ-nin inzibati
ərazi bölgüsü” kitabındakı məlumatda göstərilir ki, yaşayış məntəqəsi kimi
Ağdama rəsmən 1828-ci ildə şəhər statusunun verilməsi təsdiq edilib.
“Ağdam” sözünün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Onlardan biri
türk qəbilələrinin düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik
yerlərdə kiçik qalalar inşa etməsi və "ağdam" sözünün də qədim türk dilində
"kiçik qala" mənası daşımasıdır. Sonradan "Ağdam" kəlməsinin "işıqlı, ağ bina"
anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini
XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər.
Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks - ağ
imarət idi.
Digər bir versiyaya görə Ağdam sözü Aquen (Aluen) yaşayış məskənin adının
zamanla dəyişmiş formasıdır. Qarabağ tarixinin ən sanballı araşdırmaçılarından
biri Rəşid Göyüşov hesab edir ki, bütün tarix ədəbiyyatında da Aluenin
iidiki Ağdam rayonu ərazisində olduğu göstərilir. Alimləri bu qənaətə gətirən
səbəb budur ki, həmin məclis haqqında məlumat verən orta əsr tarixçiləri
göstərirlər ki, Aluen Bərdənin yaxınlığında idi. Lakin Aluenin dəqiq yeri indiyə
kimi heç kəsə mə'lum deyildir. Bərdə və Ağdam rayonları
ərazisində aparılan axtarışlar nəticəsində mə'lum oldu ki, bu ərazilərdə
Govurqaladan başqa belə bir şəhəri xatırladacaq abidə yoxdur. Digər tərəfdən isə
Aluen məclisindən təxminən 150 il sonra, yə'ni VII əsrdə yaşamış erməni
coğrafiyaşünası Şiraklı Anani Zaqafqaziyaya aid tərtib etdiyi atlasında Aluen
şəhərinin indiki Xaçın çayının orta axarında, onun sol sahilində olduğunu
göstərmişdir ki, bu da haqqında danışdığımız şəhər
xarabalığının yeri ilə uyğun gəlir. Deyilənlərə bunu da əlavə etmək lazımdır ki, Govurqalanın yaxınlığındakı bir ərazi indi də «Əlvənd»
dərəsi adlanır ki, bu da çox güman Aluen sözünün qismən dəyişilmiş
formasıdır.
Aquen (Aluen) yaşayış məskəni X-XI əsrlərə qədər tarix səhnəsində mövcud
olmuşdur və sonralar mənbələrdə nə Şəhərin özü, nə də adı haqqında heç bir
məlumat verilmir. Bu da onunla bağlıdır ki, yuxarıda qeyd etdiyimiz kimi, artıq
şəhər Xaçın çayı sahilində deyil, başqa bir ərazidə, Qarqar çayı yaxınlığında
bina edilmişdir. Artıq şəhərin adı Aquen deyil, Ağdam adlanırdı. Ən maraqlı
cəhətlərdən biri də Aquen sözünün Ağdamla nə vaxt əvəz olunmasıdır. Qeyd etmək
lazımdır ki, həm Aquen, həm də Ağdam toponomik adı türk mənşəli söz olub,
coğrafi məkanla daha sıx bağlıdır. Aquen adının mənşəyi mənsub olduğu Alban
dövlətinin adı ilə eyni kökdən qaynaqlanır. Aquen adındakı “aqu” sözü türk
dillərində “equ”, “eyi” kimi işlənərək, “yaxşı”, “xoş”, “mülayim” mənasını
daşıyır.
Addakı “en” morfımi isə Alban adındakı “ban”, “van” sözləri ilə sinonim olaraq
mənası “məkan”, “yurd” kimi ifadə olunur. Onda bu deyilən sözlərdən belə
nəticəyə gəlmək olar ki, Aquen adının mənası “yaxşı”, “xoş”, “mülayim”, “məkan”,
“yurd” deməkdi.
Ağdam sözünün digər bir mənası „Ağ İnsan“ mənası verir. Bunu məhşur alim, rus
şərqşünası, akademik Vasili Vladimiroviç Bartold təsdiq edir. Ağdam
ərazisində rus alimlərinin apardığı araşdırmalardan sonra Bartold və bir neçə
alimin gəldiyi yekdil qərara görə Ağdam-Ağ Adəm, İlk İnsan mənasın verir və
Ağdam ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Barrtold yazır:
Dünya tarixində ilk dəfə olaraq ən qədim buğdanın Ağdamın Əfətli kəndində
yerləşən Çalağan təpəsindən tapılması bizə bu qərara gəlməyimizə şərait yaratdı.
7 min il yaşı olan Buğdanın bu ərazidə tapılması İlk İnsanın-ADƏMİN burda
yaşamasının bariz nümunəsidir.
Həm İsgəndərin dövründə, həm də onun ölümündən sonra yunan-makedoniyalılar
Yunanıstanın hüdudlarından kənarda da çoxlu sayda yunan şəhərlərinin əsasını
qoydular. Onların bir çoxu hazırda da mövcuddur. Bəzilərinin hətta adı belə
qorunub saxlanılıb. Bu, Misirdəki İsgəndəriyyə və Türkiyədəki İsgəndəron
şəhərləridir. Bu və digər adları daşıyan şəhərlər Makedoniyalı İsgəndərin
ordusunun keçdiyi yerlərdə salınıb. Azərbaycan ərazisinin də yürüşlərə məruz
qaldığından deməli, burada da hər hansısa bir yunan şəhəri salınmalı idi. Ən
maraqlısı isə bu faktın öz təsdiqini tapmasıdır.
Məşhur yunan-Roma coğrafiyaçısı Strabon əsərlərində qeyd edir ki, Xəzər dənizi
yaxınlığındakı dağın ətəyində vitilərin ərazisində enianlar möhkəmlənmiş şəhər
salaraq, onu Enian adlandırdılar. Burada onlar yunan silahlarını, mis qabları və
qəbirləri nümayiş etdirirdilər. Bu fakt Enianın həqiqstən də yunanlar tərəfindən
salındığını sübut edir. Bəlkə də onlar şəhərin əsasını qoyan yunanların və yerli
sakinlərin əcdadlarıdır. Amma enianlar qonşu xalqların yaddaşına elə yerli
əhaliyə verilmiş yunan adı ilə həkk olundu. Vitilər erkən orta əsrlərdəki utilər
və müasir udinlər idi. O zaman onlar Qarabağ düzənliyində məskunlaşmışdılar.
Buradan belə nəticə çıxır ki, Eniana özü də Ağdam rayonu ərazisinə daxil olub. O
qədər də böyük olmayan bir rayonun ərazisində son 20 əsr ərzində coğrafiyaçı və
tarixçilərin diqqətini bu və digər dərəcədə cəlb edən şəhərlər mövcud olub.
Onlardan birincisi Enian adını almış Azərbaycan İsgəndəriyyəsidir. Sonra bu ad
Aluen və ən sonda Yunanla əvəzlənib. Gövürqalanın eradan əvvəl III əsrdən deyil,
eramızın III əsrindən mövcud olması faktı isə onun lazımı səviyyədə
öyrənilməməsi ilə bağlıdır. Bu fakt başqa cür də izah oluna bilər. Orta əsrlərdə
şəhərlərin işğalı zamanı yerli sakinləri qarət edir və öldürürdülər. Buna görə
həmin vaxt şəhər camaatı qaçıb ətrafdakı meşə və çöllərdə gizlənirdilər.
Qoşunlar çıxıb gedəndən sonra isə yerli sakinlər heç də geri qayıtmır,
gizləndikləri yerdə şəhər salıb yaşamağa başlayırdılar. Bundan əlavə, hökmdarlar
da bu və digər səbəbdən şəhər sakinlərini başqa yerlərə köçürürdülər. Bu cür
hadisələrlə tarixdə dönə-dönə qarşılaşmışıq. Məsələn, hazırkı Gəncə Nizaminin
yaşadığı Gəncədən 5 km, Şəmkir isə orta əsrlərin Şəmkirindən 1520 km aralıda
yerləşir.
Beləliklə, deyə bilərik ki, Ağdamın əsası Makedoniyalı İsgəndərin yürüşlərinin
təsadüf etdiyi e.ə. IV-III əsrlərdə qoyulub. Sonradan burada yerli əhali
məskunlaşsa da, qonşu xalqlar üçün yunanların şəhəri kimi qalıb. Eniana
şəhərinin adı da buradan götürülüb. E.ə.III əsrədək şəhər Kiçik Qafqazın qapısı
rolunu oynayıb. Onların zənnincə, IX və X əsrlərdə Beyləqandan Yunan şəhərinədək
olan məsafə 7 fərsəng və ya bir günlük yol olub. Yunandan Bərdəyə qədər olan
məsafə də elə bu qədər olub. 1 fərsəng isə təqribən 7 km-ə bərabərdir. Buradan
belə nəticə çıxır ki, Yunanla Bərdə və Beyləqan birbirindən 50 km (7 km x 7
fərsəng) aralıda yerləşib. Bərdə ilə Beyləqan arasındakı məsafə 100 km, Bərdə
ilə Örənqalanı birləşdirən quru yolun uzunluğu isə 60 km təşkil edib. Amma
ticarət yolları üzərində yerləşən şəhərlər arasındakı məsafə daha dəqiq
hesablanırdı. Bunu Azərbaycanın şəhərləri ilə Yaxın və Orta Şərq arasındakı
məsafələr barədə qeydlər də sübut edir. Odur ki, 14 fərsəngi (100 km) 8,5
fərsəng (60 km) kimi qəbul edib, 40% səhv etmək mümkün deyildi. Bundan əlavə,
iki şəhər arasındakı məsafə indinin özündə də onları birləşdirən yolun uzunluğu
ilə ölçülür. Bunu nəzərə alan tədqiqatçılar Bərdə və Beyləqandan 50 km (7
fərsəng) aralıda axtarışlara başlayırlar. Onlar düşünürlər ki, şəhər Bərdə və
Beyləqandan şərqdə yerləşə bilməzdi. Deməli, söhbət qərb ərazilərdən, Kür
çayının o tayından gedirdi. Kürlə isə ticarət yolu yalnız Bərdədən sonra
kəsişir. Bu müddəaları nəzərə alaraq, arxeoloqlar Yunan şəhərinin məhz Ağdam
ərazisində yerləşməsi qərarına gəlirlər.Maraqlıdır ki, Ağdamda orta əsr şəhər
yerinə bənzər ərazi mövcuddur. Bu, Ağdamdan 18 km şimal-qərbdə Boyəhmədli
kəndindəki Gövürqaladır.
Cənubi Qafqaz xalqları içində ilk əlifbanı məhz Ağdam ərazisində yaşayan yerli
Beniamin Qarqarları yaratmışlar. Danışıq dili əsasında formalaşan ilk Əlifba
Albaniyada danışıq və yazıda istifadə edilmişdir. Bütün bunlar bir şeyi təsdiq
edir ki, bu dövr Albaniyada yazının, maarifin, məktəbin inkişaf etdiyi dövrdür.
«Albaniya tarixi» əsərinə əsasən Urnayrdan sonra Yesvagen hökmdar olmuşdur. Onun
hakimiyyəti dövründə köhnə yazının islahı yolu ilə yeni alban yazısı yaradılır.
Üç Qafqaz xalqının - albanların, gürcülərin və ermənilərin əlifbasının
yaradıcısı Mesrop Maştots hesab edilsə də, mənbələrin müqayisəli təhlili əsas
işin iste’dadlı tərcüməçi sünikli Beniamin tərəfindən yerinə yetirildiyini sübut
edir. Əlifba təzələndikdən sonra Yesvagen uşaqlar üçün xüsusi məktəblər açdırır,
onlara yazı sənətinin sirlərini öyrətmək əmrini verir, hətta dövlət hesabına
onları yaşayış yeri və qidayla da təchiz edir. Dini və dünyəvi əsərlərin siryani
və yunan dillərindən alban dilinə tərcüməsi də bu dövrdə yerinə yetirilməyə
başlayır» Mхitar
Qoşun “Törə bitiyi” kitabında yazılır: alban əlifbası məhz qarqar (qıpçaq) dili
əsasında yaradılıb və bu işdə qarqar Beniaminin böyük rolu var. Qiyasəddin
Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından
qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi olub. Görünür, qədim
Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər
halda, “Kitabi-Dədə Qorqud”da oğuzlarla yanaşı qıpçaqlardan da gen – bol
danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz
faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq – qarqar dili əsasında
yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa
etmişdir. Albanlardan sonra Azərbaycanda geniş ərazilərdə məskunlaşmış əsas
tayfalardan biri qarqarlar idi. Qarqarlar çox qədim etnosdur. Mənbə olmadığından
onların Şimali Qafqazdan Albaniya ərazisinə nə vaxt endiklərini söyləmək
çətindir. Kalankatuklu Moisey qarqarların Makedoniyalı İskəndər dövründən
Albaniyada yaşadığı barədə mə’lumat vermişdir. Lakin qədim türk tayfalarından
olan qarqarlar haqqında e.ə. I minilliyin başlanğıcında yaranmış «İliada»
əsərində mə’lumat vardır: «Homer «İliada»da İdı dağında Qarqar zirvəsinin və
Dardanel boğazından azca aralıdakı Qarqar şəhərinin adlarını çəkir». Antik
mənbələrin, Herodotun, xüsusilə Strabonun amazonların Qafqaz dağlarındakı Keravn
dağlarında yaşaması və baharda (Novruz bayramında) dağlardan enərək Qarqar
düzündə qonşu qəbilə qarqarlarla nəsil artırmaq üçün görüşməsi faktının
açıqlaması isə Keravn (Geranuşe dağı) bugünkü Qarabağımızda olan Qərvənd-Camış
dağının olmasıdır. V.V.Bartold qeyd edir ki: “Qarqarlar eyni adlı qırğız
dastanının əfsanəvi qəhrəmanı Manasın babaları idilər” və qırğız eposu “Manas”ın
qəhrəmanı Manasın xalqı da qarqar və ya qıpçaqlar idi.
Antik mənbələrin, Herodotun, xüsusilə Strabonun amazonların Qafqaz dağlarındakı
Keravn dağlarında yaşaması və baharda (Novruz bayramında) dağlardan enərək
Qarqar düzündə qonşu qəbilə qarqarlarla nəsil artırmaq üçün görüşməsi faktının
açıqlaması isə Keravn (Geranuşe dağı) bugünkü Qarabağımızda olan Qərvənd-Camış
dağının olmasıdır.
Müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin
etnogenezində birbaşa iştirak etmiş ən qədim türk tayfalarından biridir
Sakaların türkmənşəli olduğunu müxtəlif türk xalqlarının tərkibində sak
(saka,şaka) etnonimini daşıyan tayfaların olması da göstərir:hələ 600-603-cü
illərədə Altayda tuvalarda bir tayfa Səkyə ("y" danışıqda əlavə
olnmadır),hazırda qazaxlarda Şaqa,Şaktı,özbəklərdə Şakay və Şekey,qırğızlarda
Sake və Saka,türkmənlərdə Şaklar və Sakar,noqaylarda Şaukay,xakaslarda
Sakay,Saqay,Altay türklərində Sakait və Saqal və s.Bundan başqa yakutların etnik
adının Saxa (sakanın fonetik forması),Xakas etnoniminin Sakas adından ibarət
olması da nəzərə alınmalıdır Azərbaycandakı sakların bir hissəsi isə Yuxarı
Qarabağda məskunlaşmış və onların adı ilə albanların dilində bu ərazi "Art-sak"
adını almışdı.Qədim erməni mənbələrində Artsax kimi yazılan bu toponim türkcə
"art" – dağlıq ərazi,yüksəklik sözündən və sak etnonimindən ibarət olub "Sak
yüksəkliyi",yaxud "sakların dağlıq ərazisi" mənalarını verir. İ.M.Dyakonov e.ə.
III minillikdə Midiyada yaşayan əhalinin başlarına uzun keçə papaq - "tiarı"
qoyduqlarını qeyd edir. Ola bilsin ki, həmin dövrdə keçədən digər geyim dəstləri
də hazırlanıb. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı e.ə.
IV-III əsrlərə aid bir neçə tunc möhür tapılıb. Həmin möhürlərin üzərində olan
insan rəsmlərindəki geyim nisbətən gödək keçə yapıncını xatırladır. Xüsusilə
əlində çomaq, başında şiş papaq və gödək yapıncısı olan təsvir daha
xarakterikdir. Akdamar kilsəsinin çöl divarında Kral Gaqikin də daşqabartmadan
şəkli vardır.
Şəkildə o dövrün türk- etnik qiyafətində, qıyıqgözlü və şişpapaqlı bir qıpçaq
türkü bardaş quraraq oturub. Ən ermənipərəst tariхçi
belə bu adamın erməni olduğunu iddia edə bilməz. Ona görə də, ermənilər bu
məsələni belə izah edirlər ki, guya kral Gaqik Abbasi
хəlifələrindən
asılı olduğu üçün belə geyinmişdir. Yaхşı,
aхı
Abbasi
хəlifələri
heç vaхt
Gaqikin geyindiyi kimi geyinmirdi. Bəs görəsən, Gaqikin geyimi kimin geyimidir?
Burada yenə erməni yalanı ayaq tutub yeriməyə başlayır. Sən demə, Abbasilərin
əmrində olan əsgərlərin hamısı türk əsgərləri olduğu üçün Gaqik də onun
əsgərləri kimi geyinib. Elmlər doktoru Hikmət Babayev yazır: Kilsənin
üzərində çoхlu
sayda şişpapaq qıpçaqların oturduğunu və ibadət etdiyini göstərən daşqabartma
rəsmləri var. Məlum olduğu kimi, qədim yunan mənbələrində qıpçaqların bir başqa
adı şişpapaqlardır. Eyni zamanda, Dağlıq Qarabağda məskunlaşan insanların böyük
əksəriyyəti Qafqaz Albaniyasından və bu yerin əhalisi olan şişpapaq
qıpçaqlardır, hunlardır. Məsələn, Ağdamda Şişpapaqlı kəndi var və bu kəndin
orada olması da yenə də deyilənləri sübut edən bir əsasdır. Ağdam ərazisində
mövcud olan Çıraqlı kəndi qədim siraqlar tayfasinin adi ile baglidir. Bu
tayfanın yaradicisi olan SIRAQ Agdam ərazisində anadan olmuşdur. I Daranin sak
ve massagetlər üzərinə yürüşu zamanı Azərbaycanı fars yürüşündən xilas etməsi hətta Strabonun “Cografiya” əsərində də qeyd edilib. O I
Darani aldadaraq onu Qarabag ərazisindən uzaqlaşdıraraq Gürcüstan
tərəfə aparmış və bununla da sak ve massagetleri xilas etmişdir.
E.ə. I əsrdə yaşamış yunan tarixçi və sərkərdəsi Arrian Arsaq adlı tarixi şəxsiyyət haqqında maraqlı məlumat verir. O, göstərir ki, Arsaq Mərkəzi Asiyada yaşayıb. Onun mənsub olduğu sülalə makedoniyalılara qarşı çıxaraq yadelli işğalçıları ölkədən qovub. Ölkə azad olandan sonra bu
görkəmli sərkərdə öz hakimiyyətini qurub.
Yunan coğrafiyaçısı Strabon da qüdrətli hökmdar olan Arsaq haqqında təxmini də olsa, bir sıra qiymətli məlumatlar
verib. Strabona görə , mənşə etibarı ilə skif olan, dailərin bir hissəsinə yiyələnən və özünü parna adlandıran Arsaq Parfiyaya daxil olaraq, onu
özünə tabe edir. Sonrakı mübarizələrdə o yeni uğurlar qazanaraq Dəclə çayı sahili boyu bütün torpaqlara sahib olur. Antik dövr tarixçisi Plini ( I əsr ) də Strabon kimi arsaq sülaləsinin kökünü dailərlə bağışlayıb.
VIII əsrdə yaşayan Bizans müəllifi Georgi Singel Arsaqın
Tiridat adlı qardaşı olduğunu bildirir .O, göstərir ki, bu qardaşlar Baktriyanın satrapları olub və Makedoniyanın İrandakı canişini Aqafokla qarşı
çıxıblar.
Türk xalqlarının fəxri sayılan Arsaqın tarixi şəxsiyyət, sərkərdə və
dövlət başçısı olması haqqında dövrümüzə əlbəttə, çox az
məlumat gəlib çatmışdır.Arsaq haqqında Roma tarixçisi Pompey
Troq da 44 kitabdan ibarət olan « Filippin tarixi» əsərində məlumat verərək onun Makedoniyalı İskəndər dövründə yaşadıьını
və böyük şöhrətə malik olduьunu
göstərir. Onun mülahizələrinə görə, Arsaq Selevkilərin və baktriyalıların hökmdarı olan Feodot tərəfindən təhlükəni, gözlənilən yürüşü dəf etmək üçün qoşun toplayır. Feodot öləndən
sonra, Arsaq onun oьlu
ilə müqavilə baьlayır
və çox keçmir ki, Selevkə qalib gəlir.
Roma tarixçisinin də verdiyi məlumatdan aydın olur ki, Arsaq qüdrətli bir imperiyanın hökmdarı olub.Amma onun hökmdarlıq illəri
barədə məlumatlar azdır. Umumilikdə bu da məlum olur ki, Arsaq türkdilli Saq (sak) tayfasına məxsus olmuşdur.Bu ada mənbələrdə Arsaq , Ərsaq,
Arşaq və s. formalarda rast gəlirik. Arsaq sözü ”saq igidi”,”saq
kişisi” kimi mənalandırılır.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun baş elmi işçisi, Qorqudşünas alim, fılologiya elmləri
doktoru, əməkdar elm xadimi, Atatürk adına Türk Dil Qurumunun Fəxri üzvü Cəmil
Cəmşidov türk xalqlarının “Dədə Qorqud” dastanını araşdırarkən elmdə səriştə və
təcrübəsi olan bir tədqiqatçı kimi müəyyən edərək, öz elmi əsərlərində sübuta
yetirilmiş nəticəyə gəlibdir ki, İç Oğuz eli Aran-Qarabağda Kür və Araz
çaylarının qovşağında yerləşən torpaqlarda məskunlaşıblar. Bu tarixi torpaqlar
Ağdam bölgəsini tamamilə əhatə edir. Bayandur xanın və Qazan xanın divanları da
burda, Mil-Qarabağ düzənliyində yerləşmişdir (“Kitabı-Dədə Qorqud. Bakı, 1988,
səh 263). İşquzların - İçoğuzlann Qarabağda - Ağdam bölgəsi ərazisində
olduqlarını sübut edən, onların adı ilə bağlı olan yer adlarıdır. Bu adlardan
Ağdam və ətraf bölgələrdə yerləşən Quzanlı və Bala Quzanlı kəndlərini, Quzanlı
arxını və s. göstərmək olar. Ağdamla Füzuli rayonu arsında yerləşən Xocavənd
ərazisində kiçik Qafqaz dağlarının son yumrusu, Qaraçuq dağı var, həmən o "Dədə
Qorqud" dastanın qəhrəmanı Qraçuq çobanın adı ilə bağlıdır Ordan aşağı Nərgiz
təpəsi deyilən yer var, Qaraçuq çoban rəvayətə görə orda dəfn olunub.
Dastanda adı çəkilən Bayat boyu elə Qarabağ ellərinin əsas boylarından biridir.
«Yer haqqı», «Göy haqqı, «Bu Günəşə kor baxım yalan deyirəmsə», «And olsun bu
suyun salavatına», «And olsun bu suyun üzünə», «And olsun bu axar suya», «Bu
işıq haqqı», «Bərəkətə and olsun», «Çörək haqqı», «Ocaq haqqı», «And olsun
anamın (atamın) üz qoyduğu torpağa»., «O işıq gözümü töksün ki», «And olsun
səninlə kəsdiyim duz-çörəyə», «Anamın südü haqqı» kimi andlar Azərbaycanda ancaq
Ağdam caamatı arasında qalıb. Bu andlar Oğuz türklərinin andı idi və bunun bizdə
qalması bir daha Oğuz tayfasının Ağdam ərazisində yerlşədiyin göstərir.
Bu gün düşmən haylar Ağdamın adın dəyişib Akna qoyublar. Araşdırmalarıma
münasibət bildirən tarixçilər deyirlər ki, «Akna» kəlməsini ermənilər bir çox
etnonim və toponimlər kimi, «özəlləşdirməyə» çalışırlar.
Avrasiya Tarix və Etnoqrafiya Tədqiqatları Assosiasiyasının eksperti Sultanbek
Aroşoltov yazışmamzda bildirdi ki, «Akna» sözünün ermənilərnə heç bir aidiyyatı
yoxdur: «Akna bir çox xalqlarda ilahə, tanrı adıdır. Məsələn, eskimos
mifologiasında Akna kəlməsinin mənası «ana»dır. Eskimoslar üçün "Akna" analıq və
bərəkətin qadın ruhudur. Qədim Şumerin tanrılar panteonunda Kanna baş tanrı
Mardukun arvadlarından biri, bərəkət və bolluq ilahəsi idi. Mayya
mifologiyasında Akna analıq və doğuş tanrısı idisə, qədim Lidiyada Akna
insanlara ruzi və bəxtəvərlik bəxş edən tanrı idi. Ermənilərin Akna kəlməsini
«özəlləşdirmə»ləri tarix baxımından bəsit davranış, yolverilməz oğurluq sayıla
bilər».
İlk dəfə Ağdam bir ərazi kimi öz adını ərəb tarixçilərinin 1357-ci ildə
yazdıqları “Səyahtnəmə” kitabında çəkilib və ərəb səyyahları bu ərazidən keçən
zaman 1147-ci ilə aid qəbrstanlıqda araşdırma aparandan sonra Ağdamın dünyanın
ən qədim yaşayış məskənlərindən biri olduğun yazırlar. Orta əsr mənbələri,
xüsusilə də ərəb çoğrafiyaşünas və səyyahlarının qeydləri sayəsində Azərbaycanın
bir çox orta əsr şəhərlərinin adları dövrümüzədək gəlib çatıb. Həmin mənbələrdən
məlum olur ki, o zaman səyyahlar həm də ticarətlə məşğul olurdular. Buna görə də
onların coğrafi qeydləri tacirlər üçün nəzərdə tutulurdu. Odur ki, həmin yazılı
mənbələrdə üstünlük daha çox ticarət yollarına və onların keçdiyi şəhərlərə
verilir, yaşayış məntəqələri arasındakı məsafələr göstərilirdi.
Ağdamda orta əsr şəhər yerinə bənzər ərazi mövcuddur. Bu, Ağdamdan 18 km
şimal-qərbdə Boyəhmədli kəndindəki Gövürqaladır. Ötən əsrin 50-60-cı illərində
azərbaycanlı arxeoloq Rəhim Vahidov burada qazıntılar həyata keçirir. Nəticədə
eramızın III-X əsrlərində mövcud olmuş şəhərin qalıqları aşkarlanır. Maraqlıdır
ki, Yunan şəhəri də eramızın IX-X əsrlərinə aid edilir. Onun adı Təbrizdən
Tbilisiyə gedən ticarət yolu üzərindəki əhəmiyyətli məntəqə kimi xatırlanır.
Ərəb tarixçisi Əl-Bəlazuri Yunanın adını Beyləqanla birgə 744cü ildə Xilafətə
qarşı üsyana dəstək verən şəhərlər sırasında xatırladır.
Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan memarlıq abidələri var.
Ağdam şəhərinin şimal – qərbində - Xındırıstan kəndində yerləşən Üzərlik təpə
abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı –
Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki
Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı
Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası
və sair memarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq
edir. Tariximizin sirdaşı, ev ünvanı olan bu abidələr Ağdamın keçmişinin
qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq verir.
1936-cı ildə Almaniyadan Bakıya tədqiqat qrupu gəlib. Məqsəd Qarabağda yaşayan
insanların genetik kodun öyrənmək idi. Ağdam-Şuşada aparılan genetik
araşdırmadan sonra belə bir nəticə əldə edilir:
1. Xəstəliklərə dözümlü, kövrək immunitetlər
2. Bu genlərin sahibləri əsla qorxaq olmurlar
3. Onlar tez aldanır, tez inanır və tez də qəzəblənirlər
4. Cəsur və Əyilməzdilər
Son olaraq qeyd edək ki, Ermənistanın o zamankı prezidenti Ter-Petrosyanın
1992-ci ildə Moskva televiziyasına verdiyi müsahibə (tapşırıq):
- Ağdam məni çox narahat edir.
Elə bu çıxışdan az keçmişdi ki, Ağdam işğal olundu. Qarabağa köçürülmüş
ermənilərin ən çox qorxduqları, ehtiyat elədikləri Ağdam. Davakar, dəliqanlı
cavanları ilə seçilən Ağdam - Qarabağın danışan dili, oxuyan ürəyi, vuran əli.
Ağdam indi ərazisinin 20 faizinə sığınıb, 1094 kvadrat kilometrlik ərazisinin
247 kvadrat kilometrində (ümumi ərazisinin 22.6 faizi) Ağdamın 60 min sakini
məskunlaşıb. Qalan 100 min nəfər isə respublikanın 58 rayonunda müvəqqəti
sığınacaq tapıb. Işğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi,
10 kolxozu, 2 sənaye, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə
obyekti düşmən əlinə keçib.
1993-cü il iyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı qüvvələrin qeyd
şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini
özündə əks etdirən 853 saylı Qətnamə qəbul etmişdir.
Bu faktlar bizə bunu deməyə əsas verir ki, Ağdam bir şəhər kimi artıq 2,5 min
ildən çoxdur ki, mövcuddur.
Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
0 коммент.:
Отправить комментарий