Qarabağ təbiətin
bütün gözəlliкlərini
özündə əкs еtdirən gözəl bir diyardır və ən səfalı guşəsi Şuşa şəhəridir.
Hər daşı, hər qarış tоrpağı хalqımızın həyatında baş vеrmiş bir çох tariхi hadisələrin şahidi оlan bu şəhər görənləri valеh еdirdi. Şuşa təкcə cənnət məкanı dеyil, həm də hərbi stratеji əhəmiyyət кəsb еdən bir alınmazlıq, basılmazlıq qalası оlmuşdur. Şuşa dağdan açılan pəncərə, aydınlıq, işıqlıq
paylayan ucalıqdı. Düşmənlərə, yadеllilərə göz dağıydı. Ustad Xan Şuşinskinin yazdığı və
oxuduğu
Şuşanın
dağları başı dumanlı,
Dərdindən
ölməyə çoxdur gümanlı...
Mahnı
sözləri Şuşanın gözəlliyini əks etdirir. Dəniz səviyyəsindən 1300-1600
metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən
biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan
arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar
olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin,
Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir.
Şuşa
Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi
kimi yaranmış və inkişafı etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma
tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk
tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında
məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və
şəfalı olduğu üçün onu "Şuşa"(şüşə – glass) adlandırmışlar.
Şuşa sözü
Azərbaycanda sak türklərinə məxsus ən təmiz anlamda olan etnotoponimdir. Şuşa
sözünün tərkibində iki komponent vardır: “Şu” və “sa”. Sözdə birinci “ş”
səsi sonrakı “s” səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və “Şuşa”
deyimi alınmışdır. Şuşa yaşayış məskəni və Şuşa qalası “şu” sak təyini ilə
yaradılmışdır. Tarixdə Şu qalası, Şu adlı sərkərdə olması (M. Kaşğaridə) məlumdur.
Makedoniyalı İskəndərlə vuruşan igid sərkərdə Şunun özü, etnik-mifik təyin
olduğu üçün bu adın kökləri sak tayfa mənsubiyyəti iləəlaqədardır.
Azərbaycan
yazıçısı Y. B. Çəmənzəminli Qarabağ xanı Pənah xanın soy mənsubiyyəti haqqında
bu fikirdədir ki, bu xanlıq Çingiz xan nəsli ilə bağlıdır. Y. B. Çəmənzəminli
xalq rəvayət və deyimlərinə əsaslanarkən bizim fikrimizlə paralellik təşkil edən
məxrəcə gəlir. Yəni sak türkləri bir tərəfdən Cağatay etnik paralelliyində
çıxış edir. Bu məsələ həm də Qarabağ ərazisində sak türklərinin çoxluq təşkil
edən toponimlər silsiləsinin mövcudluğunu göstərməkdədir.
Azərbaycan
xalqının etnogenezində sak türklərinin iştirakını ən qədim dövlət ənənəsi
dövründən qəbul edən tarixi nişanələri biz göstərdik. Belə məlum oldu ki, şumer-sak
eyniliyi bu etnosların Mesopotomiya ərazisindən Uzaq Şərqə, Qara dənizdən
Hindistana qədər yaşadığı ərazilər olmuşdur. Ərəbşünas alim Niyaz Yaqublu
yazır: “Sözün kök etibarilə əsl ərəb sözü olduğunu söyləmək bir qədər çətinlik
törədir. Çünki sözün ərəb dili üçün xas olan üç samitli kökdən törəyib-törəmədiyi
aydın deyil, fel əsası ikinci babdan (ərəb dilində şərti fel qəlibi) başlayır.
Ərəb dilində birinci babı olmayan fellər və onlardan törəyən sözlərin çox vaxt
alınma söz olduğu barədə fikirlər mövcuddur. Bu baxımdan ərəb kontekstində Şuşa
sözünün (bu söz ərəb dilində “Şuşə” kimi səslənir və “u” səsi uzun sait kimi tələffüz
olunur) izahı mürəkkəbdir. “Şuşa” sözünün ərəb dilində cəsarətlilər, cəsurlar,
qoçaqlar anlamına yaxın mənası var, eyni zamanda bu sözü “kəkil”, “kəvər”,
“qarışıq göyərti” kimi də izah etmək olar. İkinci anlam “təşviş” sözündə əksini
tapıb. Ərəb dilində “ç” səsi olmadığı üçün “Şuşa” sözünün cəsur, qoçaq
anlamının türkcə “çavuş” sözünün şəkildəyişməsindən yarana bildiyini, daha doğrusu,
bu sözün ərəb variantında cəminin ifadəsi olduğunu söyləmək də mümkündür. Bizim
Şuşamızla səsləşən bu yer adlarını türk etimologiyası çərçivəsində də izah etmək
olar. Çünki bu ada eyni zamanda Sibirdəki türklərin yer adlarında rast gəlinir.
Sibirdə Şuşa adlı çay və onun kənarında eyni adlı yaşayış məskəni var. 1744-cü
ildə həmin əraziyə rus kazakları yerləşməyə başlayıb və Şuşenskoye adı da bunun
əsasında formalaşıb”.
Şuşa şəhərinin
adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş
qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Türklərin məskunlaşdığı ən
müxtəlif yerlərdə Şuşa, Şoşu, Şuşi formalarında yaşayış məntəqələri, yer adları
olmuşdur. Bir çox tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc",
"yüksək" olan "şiş" komponenti ilə izah edirlər.
Azərbaycan
türklərinin təşəkkülündə mühüm rol oynamış türk tayfalarından biri də
dondarlardır. Şimali Qafqaz çöllərində dondarları qədim müəlliflər hələ e.ə. V əsrdə
qeyd etmişlər. OnlarınAzərbaycanda (Qafqaz Albaniyasında) məskunlaşma tarixi məlum
deyil. Azərbaycanda bir neçə Dondarlı kəndi və Dondardağ dağı var.
Q.Qeybullayev qeyd edir ki, Şuşa toponimi də dondarların dilinə mənsubdur. II əsr
müəllifi Tatsit Şimali Qafqazda dondarların Şoşu şəhərinin adını çəkir.
Latın dilində "Ş" səsi olmdığına görə, müəllif onu Sosu (əslində
Susu) kimi yazmışdır. XIX əsrin əvvəllərində Qarabağda üç Şuşa (həmçinin Şimali
Qafqazda bir neçə) toponimi məlumdur.
Bəzi mənbələrdə
isə Şuşa adının qədim türk sərkərdəsi Şu-nun (e.ə.344 -334) İskəndərlə vuruşan
səxsin tikdirdiyi “Su” qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi
tədqiq olunur.
Azərbaycanda
yaşayan tayfalar - kutilər, lullular, sular, turukkilər, kassilər, hurrilər və
b. barədə ilkin yazılı daş sənədlər bu dövrə aiddir. Şumer-Akkad mənbələri Azərbaycan
ərazisindəki əsas tayfalar haqqında xeyli mə’lumat saxlamışdır. Lakin bu
tayfaların dili haqqında mə’lumat yox dərəcəsindədir, ona görə də Cənubi Azərbaycanın
və ona qonşu vilayətlərin o dövrkü əhalisinin etnik tərkibi və dil mənsubiyyəti
barədə ziddiyyətli fikirlər vardır. Müxtəlif mənbələrdə kuti, lullubi və kassi
(kaşşu, kassit) dillərindən dövrümüzə bir qrup ad və söz gəlib çatmışdır. Azərbaycan
ərazisində adları qeyd olunan etnoslar o dövrün siyasi həyatında fəal rol
oynamışlar. Ölkəmizin cənub ərazilərindəki qədim aborigenlərin və gəlmə əhalinin
etnik mənsubiyyəti barədə, başlıca olaraq, yazı vasitəsilə mə’lumat ala
bilirik. Yazının isə tarixi azdır. Tarixin yaddaşından əldə edilmiş mə’lumata əsasən
bilirik ki, yazıdan ilk dəfə e.ə. IV-III minilliklərdə şumerlər istifadə etmiş,
sonralar yazını şumerlərdən akkadlar, elamlar, hurrilər, urartlar, qədim
farslar mənimsəmişlər.
E.ə. III-I
minilliklər arasında Urmiya gölünün cənubunda və Zaqroş dağlarında yaşayan
türkdilli əhali içərisində Su tayfası xüsusi fərqlənmişdir. Tayfanın adının
ilkin forması sub/suv şəklində olmuşdur. Söz aydın şəkildə türk dillərindəki
«su» sözüdür. Qədim türk xaqanlığının əsasını qoymuş Aşina tayfasının iki mühüm
əcdad əfsanəsindən biri So adlanır. Əfsanədə deyilir ki, So nəslinin bütün
nümayəndələri «öz səfehlikləri ucbatından» məhv olmuş, yalnız dişi canavarın
dörd nəvəsi öz canını qurtara bilmişdir. Oğlanlardan üçüncü və dördüncüsü Cənubi
Altayda məskən salmış, artıb-çoxalmışlar. N.A.Aristov So nəslini Cənubi
Altaydakı So tayfası ilə, kumanlarla, qırğızlarla əlaqələndirmişdir. Əfsanədən
aydın olur ki, öz keçmişini unudaraq uzaq Ön Asiyadan gəlib bu yerlərə çıxmış
So tayfası hətta öz nəslinin nədən məhv olduğunu da xatırlaya bilmir. Y.Yusifov
yazır: «Qədim qaynaqlarda sular ilə əlaqədar (su tayfası ilə ) bir sıra ifadələr
işlədilmişdir. Məsələn, »Su ölkəsinə mənsub lullu», «Şubar (Subar) ölkəsinə mənsub
lulu». Deməli, lullular və sular qarışıq yaşayırmışlar. Bə’zi hallarda Aratta
ölkəsinin adı «Su ölkəsi» mixi işarələri ilə göstərilmişdir. Deməli, Aratta,
Lullubum və Su ölkəsi Urmiya gölü hövzəsindəki geniş bir ərazinin müxtəlif
adları olmuşlar. Sular da turukki və lullu tayfa birləşmələrinə daxil idilər».
Bəzi
tarixi sənədlərdə yazılır ki, Su tayfaları Miladdan əvvəl XXI-yüzilin ikinci
yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu
çivli yazılarda Laqaçş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim
edilməsi faktı da təsdiq edir. Su tayfaları m.ö 2003-cü ildə Elamlılarla
birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin
sulalənin süqutunda da iştirak etmişdilər.
Hətta
Assuriya charı II Sarqonun da yazılarında onlar barədə müəyyən məlumatlar
verilir və bildirilir ki, "… Urartu insanlari Subi ölkəsinin əhalisini
Mannalı adlandırırlar". Bu isə öz növbəsində eradan əvvəl VIII əsrdə
yaranmış Azərbaycan-Manna dövlətinin bu və ya digər mənada Su tayfaları ilə muəyyən
etnik bağlılıqları olduğunu göstərməkdədir.
Şuşa
qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Qarabağ tarixçilərinin
verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür,
sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib
başa çatdırıldı. Pənah Əli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirmiş,
Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə "Pənahabad",
sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.
1751-ci ildən
sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası
qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi
olmuşdur. ”Qarabağnamə” müəllifləri göstərirlər ki, XVIII əsrin 50-ci illərində
Pənah Əli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən 1751-ci ildə
İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir
aya qədər mühasirədə saxlamışdır. Lakin qalanın möhkəm istehkamları İran şahını
mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə,
1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə
hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. Bu
fakt onu göstərir ki, Şuşanın alınmaz qalaları və bürcləri cəmi bir neçə ay və
il ərzində tikilib başa çata bilməzdi.
Bundan əlavə,
Azərbaycanın görkəmli maarifçiləri A.A. Bakıxanov və F.B. Köçərli öz əsərlərində
Şuşa şəhərinin Pənah xan tərəfindən “təmir və binasının vaqe olmasından” söhbət
açmışlar. Deməli, Şuşa XVIII əsrdə, həm də boş yerdə yox, daha qədim tikililərin
özülü üstündə yenidən bərpa edilmişdir. Şuşanın bir çox köhnə bina və küçələri
Pənahəli xanın dövründə təmir olunmuşdur.
Bununla
yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə
bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl
insan məskəni olmuşdur. R. Burter isə yazır ki, “Şuşidə Qafqazın başqa yerlərində
olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim
Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın
hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir.
Qədim Şuşa
haqqında Azərbaycan SSR Elmlər Akademiyasının 1981-ci ildə nəşr olunmuş “məruzələri”nin
7-ci sayında dərc olunmuş Ə.B.Şükürzadənin “Qarabağ xanlığının şəcərə cədvəli”
məqaləsində deyilir: “Pənah xan monqollar tərəfindən dağıdılmış qədim Şuşanın
yerində 1751-ci ildə yeni şəhər saldı”. Deməli, Şuşa hətta XIII əsrdə də Azərbaycanın
məşhur şəhərlərindən olmuşdur.
Tədqiqatçı
Elçin Əhmədovun araşdırmalarında qeyd edilir ki, Şuşa XVIII əsrin ikinci
yarısında Azərbaycanın qədim şəhərləri sırasında yenidən öz yerini tutmuş, eləcə
də Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən bu
şəhər yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları
miqyasına çıxmış, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını
Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə
sataraq regionda kifayət qədər tanınmış və bununla da böyük şöhrət qazanmışdı.
Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının
möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi.
Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də,
məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.
1903-cu ildə
Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi
ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri
ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri
ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”. Bundan əlavə, “Qafqaz” qəzetinin
icmalçısı 24 may 1868-ci il tarixli şərhində göstərirdi: “Şuşa gündən-günə yox,
saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura
hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə şəhərdə 25 min əhali
yaşadığını cəsarətlə söyləmək olar”. Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi
olan Tiflisdə əhalinin sayı 60776-a, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda
29525-ə, Bakıda isə 14897-ə çatırdı.
1873-cü ildə
Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də
iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin
maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov, “Kavkazski sbornik” kitabının II cild,
457-ci səhifəsində yazırdı: “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir.
O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində
yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür”.
1918-ci
ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin
hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı.
Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri
daha amansız şəkil almışdı.
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı
qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı
günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan
bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı
qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ
keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq
Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində
yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və
törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin
müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan
Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.
Sovet hakimiyyəti
dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı.
PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə
Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi.
Lakin bu qərar 1923-cü il iyulun 7-də həyata keçirilərkən Dağlıq Qarabağ
Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi. Görünür, ermənilər
Azərbaycana qarşı hazırladıqları məkrli palanları Şuşadan həyata keçirməyin heç
də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa şəhəri isə AK(b)P MK
Riyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə
Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi.
Şəhər eyni
adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi.
Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün
Qarabağın mərkəzi statusundan məhrum edildi Lakin Şuşada başlanmış bu dinc
quruculuq işləri uzun çəkmədi. 8 may 1992-ci ildə şəhər erməni vandallarıtərəfindən
işğal edilərkən amansız şəkildə dağıdıldı. Şuşa Azərbaycanın bəlкə də yеganə bölgəsidir кi, bu qədər tariхi şəхsiyyətlər, incəsənət хadimləri yеtişdirib, Azərbaycanın başını uca еdib. Azərbaycan mədəniyyətinə dühalar, tariхi şəхsiyyətlər, incəsənət хadimləri bəхş еtmiş bu şəhər, nə qədər istəsələr də hеç vaхt, hеç bir vəchlə başqa bir millətin оla bilməz. Bu şəhəri özünün adına çıхmağa çalışan hər hansıbir millətin arzusu ürəyində
qalacaqdır. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal еtsələr də, кənd-кəsəкlərinə yalançı adlar qоysalar da, оnu hеç vaхt özününкüləşdirə bilməyəcəкdir.
Hazırda erməni
işğalı altında olan Şuşa azad ediləcəyi günü böyük səbirsizliklə gözləyir.
Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
0 коммент.:
Отправить комментарий