Qarabağ…Adın kimi bəxtini
qaraltdıq... Qara
buludlarda boğulmağına göz yumduq... Axı niyə? Yəni bu qədərmi dəyərsizləşdin
vətən? Haylar səni bizdən qan bahasına alıb yurd edir, bizlərsə şəhidlərimizin
ruhunun təhqir olunmasına, əsir qadınlarımızın zorlanmasına göz yumuruq,
yurdumuzun işğalına susqunluğumuzla dəstək veririk. Qarabağın işğalına göz
yuman susan hər bir vətəndaş anasının qarnında doğranan doğulmamış körpələrin
ölümündə günahkardır. Bəli, biz xalq olaraq qisasımızı almırıqsa, axan şəhid
qanlarını yerdə qoyuruqsa demək onların ölümündə məsuliyyət daşıyırıq, mənəvi
olaraq şəhidlərimizi də bizlər öldürürük. Erməni vandalı bir qardaşımızı bir dəfə
vəhşicəsinə öldürüb doğradısa biz hər qisas almadığımız gün şəhid qardaşımıza
qarşı eyni vəhşiliyi etmiş oluruq.
İşğalla ötən hər il şəhidlərimizi,
Mübariz İbrahimovumuzu təhqir edirik. Torpaqlarımızn işğalına barışıb
mübarizə aparmayan hər bir vətəndaşın vicdanı şəhidlərimizin qanına bulaşıb.
Vicdanımızdan bu qanı təmizləməyin tək yolu Qarabağımızı tam olaraq işğaldan
azad etmək şəhidlərimizin qanını yerdə qoymamaqdır. Təsəvvür edək ki, illərdir
bir yerdə yaşadığımız qanımız eyni olan qonşumuzu qatil öldürür evini əlindən
alır və bizim həyətin yarısınıda qatır öz sahəsinə bizsə çəkilib kənara onu izləyir
müdaxilə etmir əksinə hər şeyə razıyıq təki başım sağ olsun mənə dəyməsinlər
deyərək insanlığımıza tüpürürük. Müharibə edib bu biyabırçılığa son qoymaq əvəzinə
ləkələnmiş tariximizi uzadırıq. Bizim torpağımızda özünə saxta tarix yazan 3-5
milynonluq haylar birlik olub bütün dünyada öz xalqının mənafeyini qoruyur xəyallarındakı
“böyük ermənistan”ı qurur 50 milyonluq Azərbaycan xalqı əsrlərlə,illərlə “Böyük
Azərbaycan”ın kiçilməsinə, parçalanmasına qarşı nəinki mübarizə aparır əksinə
ermənilərlə iş birliyi qurur, ortaq olur, dostluğa can atır.
Azərbaycan xalqı bir yumruq
olub,lobbi ,milli hədəf ,milli qeyrət, milli şərəf ətrafında birləşmədikcə hər
zaman əziləcək və özündən çox zəyiflərə boyun əyəcəkdir.Bunu bilirik bəs nəyi
gözləyirik?niyə parçalanırıq? Artıq buna son qoymaq lazımdır. Biz özümüz milli hədəf,
milli şərəf uğrunda birləşməsək, can atmasaq bizdən xalq olan deyil. Kiçikdən-böyüyüə,
kasıbdan-varlıya, fəhlədən-nazirə qədər birlik qardaşlıq zamanıdır.
Bayrağımız,vətənimiz, dövlətçiliyimiz, gələcək nəsillərimizin uğrunda yumruq
olmaq,təbliğat aparmaq və bu müqəddəs borcu - yeni xalq hərəkatı olaraq daim
yaşatmaq, qorumaq və gücləndirmək hər kəsin milli şərəf borcudur. Xalqın
sınmağına,məğlubiyyətlə barışmağına, milli hisslərdən uzaqlaşmasına qarşı hərkəs
ayağa qalxmalıdır .Bunun gələcək zəfərlərə ümüd yerimiz olan Qarabağın
azadlığından keçir. Qarabağ tv sən bizim zəfərimizin başlanğıcısan... ümüd
yerimiz, Qarabağın qan davsı, şəhidlərimizin qisası və milli birliyimizin
başlanğıcını qoyacaq xalq hərəkatısan...Laçında zəfər kadrları çəkmək naminə irəli...Xalqa
uğurlu xeyirli olasan...
0 коммент.:
Отправить комментарий