SON MƏLUMATLAR

27.08.2018

Info Post
1988-ci ildən bu günə qədər Qafqazda iki qonşu dövlət, Ermənistan-Azərbaycan arasında münaqişə davam edir. BMT, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, Dağlıq Qarabağ və ətraf rayonlar olmaqla 20% ərazi itkisi olmasını təsdiq edirlər. Münaqişə başlanan gündən iki dövlət arasında müharibə eyni zamanda virtual dünyada da davam etməkdədir və bu gün Azərbaycan təssüff ki, bu müharibə də uduzmuş vəziyyətdədir.
Dünya mediası, başda Siz olmaqla virtual dünyada müharibə barədə informasiya əldə edərkən, birtərəfli yanaşma göstərir. Daha çox erməni mediasına istinad edirsiz. Biz Azərbaycanda elm və media sahəsində çalışan bir qrup şəxs Qarabağ TV adlı internet televiziyası və analitik sayt yaratmışıq. (http://www.karabakh-tv.org).

Biz komanda olaraq Sizdən xahiş edirik alternativ mənbə olaraq bizim də səsimizi eşidəsiz. Axı münaqişə zamanı birtərəfli yanaşma ədalətsizlikdir. Sizin kimi mühüm bir media qurumu gərək istinad edərkən iki tərəfi də dinləsin.

Bizim məqsədimiz, Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasına dəymiş maddi, mədəni, ekoloji və sosial ziyan barəsində məlumatlar yayımlamaq, eyni zamanda ən son analitik yazılar və videoları oxuculara çatdırmaqdır. Azərbaycan, ingilis, rus, ərəb və digər dillərdə bir portalın İnternet televiziyası səviyyəsində yaradılmasının zəruriyyəti ondan irəli gəlir ki, birincisi, bu cür layihə hələ ki mövcud deyil. Təbii ki, nəticədə Azərbaycan informasiya müharibəsini uduzmuş olur və bunun da səbəblərindən biri də dünyanın sizin kimi nəhəng media qurumlarının bizi eşitməməsidir.  Bizim məqsədimiz nəinki Azərbaycan və xarici qaynaqlardan məlumat toplamaq, eyni zamanda Qarabağ münaqişəsinin regionu fəlakətə sürükləyəcəyini anlayan erməni ekspertlərini də cəlb etməkdir. Əlavə olaraq, saytda Qarabağ münaqişəsini əks etdirən fotoarxivin yığılması nəzərdə tutulur. Qarabağ TV olaraq bizim yalan təbliğata və təqdimata ehtiyacımız yoxdur. Sadəcə bizim TV-yə baxaraq istinad kimi istifadə etməyinizi istəyirik. Son olaraq qeyd edim ki, hər birimiz bunu istəyib istəməməyimizdən asılı olmayaraq, informasiya müharibəsinin iştrakçısıyıq, kimisə qurbandır, kimisə döyüşçü, kiməsə də elə gəlir ki o seyrcidir, amma əslində o çoxdan bu müharibənin qurbanıdır. Biz də bu müharibədə hansıyıq qərarı Siz verin. Ədalətlə yanaşın və ən azından Sizə ünvanladığımızı dərc edin. Son olaraq Amerikanın eks prezidenti Reyqanın sözün xatırlatmaq istəyirəm: "Amerika ədalətli olmalıdır, Amerika ədalətli olmasa böyük olmayacaqdır”. Siz də böyük olun. Ədalətli olun və bizim səsimizi eşidin.

Hörmətlə, Qarabağ TV-nin yaradıcısı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev

zaur.aliyev@gmail.com

0 коммент.:

Отправить комментарий