Qarabağ TV yaranan gündən onun ən fəal dəstəkçisi Azərbaycanın peşəkar boks tarixində Avropa çempionluğunu əldə edən ilk boksçumuz Ağəli Alışov olub. Və yeganə Azərbaycanlımızdır ki, Moskvada, Rusiya Xalqlar Dostluğu Universitetində bayram tədbirinin sonunda ermənilərlə insidentdə güllələnib.
Bununla da Moskva şəhərində olan idman kontraktı ləğv olunub, universitetdən qovulub. Universitetdə "Cənub-Qərb Planeti" adı altında tədbirlər keçirilib. Tədbirdə tələbələr və müxtəlif ölkələrdən olan qonaqlar iştirak edib. Toqquşma ermənilərin Azərbaycanın ərazisi olan, Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağın bayrağını qaldırmasından sonra başlayıb. Toqquşmada təxminən 100 nəfər iştirak edib. Hadisənin qarşısını yalnız çoxsaylı polis və OMON əməkdaşlarının müdaxiləsi nəticəsində almaq mümkün olub. Toqquşma nəticəsində dörd azərbaycanlı müxtəlif növ yaralar alıb. Onların arasında ən ağır yara alan - qarın nahiyəsinə güllə dəyən Ağəli Alışov olub. Daha sonra o, əməliyyat olunub.
Bu gün belə qəhrəman və vətənpərvər İNSAN bizimlədir. QARABAĞ TV ilədir. Eşq olsun qardaşımıza. İlk gündən haqq davamızda dəstəyin əsirgəlmir. Bu cürə qardaşlarla biz QARABAĞ TV olduq.
0 коммент.:
Отправить комментарий