SON MƏLUMATLAR

16.08.2018

Info Post

“Ermənilər indiki dövrdə milli varlıqlarını Səlcuqlu və Osmanlı Türklərinə borcludur. Bizanslılara və ya digər Avropalılara qalsaydı erməni adı bugün sadəcə olaraq tarix kitablarında çəkiləcəkdi”

Erməni  tarixçisi Levon Dabağyan

Giriş: Oğuz yurdu - İrəvan - indi Ermənistanın isğalında olan Azərbaycan türklərinin qədim ata-baba məskəni olmusdur. Ancaq son dərəcə həyasız, xain yadelli erməni havadarlarının köməyi ilə təxminən iki əsrə yaxın yeritdikləri soyqırım, terror və deportasiya siyasəti nəticəsində yerli əhalini fəlakətlərə düçar etdi. Onları doğma yurdlarından didərgin saldılar. Rusiyanin Iran və Türkiyə ilə apardığı müharibələrdən sonra ermənilərin axın-axın Zaqafaziyaya gətirilməsi ilə yerli əhalinin müsibəti, qanlı-qadalı günləri başladı.
Hətta iş o yerə çatdı ki,1918-ci ildə ağır ictimai-siyasi şəraitdə heç olmasa o torpaqlarda yaşayan insanlarımızın əmin-amanlığını təmin etmək, münaqişələrə son qoymaq gümanı ilə çıxış yolu olaraq İrəvan şəhərini müvəqqəti olaraq güzəştə getməkdə görülürdü. Lakin yaradılış etibarı ilə xain, hiyləgər və kəmfürsət erməni heç bir şərtə, öhdəliyə əməl etmədən tarixi səhvdən bəhrələndilər. İRƏVANı öz "siyasi mərkəzlərinə" çevirdilər. Qeyd edim ki,bu şəhər 1508-1509-cu illərdə ŞAH İSMAYIL tərəfindən RƏVANQULU xana tikdirilib.
Tarixi arayış: Dilimiz tariximizin şəhadətidir. Bu gün hayların yaşadığı coğrafi ərazi heç vaxt erməniyə aid olmayıb. Bu ərazilər tarix boyu türk yurdu kimi tanınıb və qəbul edilib. Zaman-zaman İrəvandakı yer-yurd, kənd, çay adları erməniləşdirildi. Bu azmış kimi, erməni alimləri indi də ümumən Azərbaycan dilini şübhə altına almağa çalışır, Azər etnosunun fars mənşəli olduğunu sübut etməyə cəhd göstərirlər. Adətən İrəvan sözünü, Rəvanqulu xanın adıyla bağlayırlar. Rəvanqulu xandan 2 min il əvvəl bu şəhər mövcud idi.
İrəvan sözündən başlayım. İrəvan sözü qədim türkcədədir. Amma şəkilçisi türkcə deyil. Ona görə ki, o şəhəri salanlar türk ölkəsində salıblar, amma bu şəhəri salanlar urartululardı. Miladdan öncə 8-ci əsrdə urartulular Araz çayını keçib, Güneydən gəlib İrəvan çuxuru adlanan ərazini zəbt ediblər. Daşların üzərində yazılar qoyublar ki, biz bu düşmən ölkəsini zəbt elədik. Düşmən ölkəsinin də adını Az- ölkəsi kimi verirlər. Yəni Az tayfalarının ölkəsini düşmən ölkəsi hesab edirlər, bu düşmən ölkəsinə gəlib bir neçə qalalar da tikirlər. Bu qalalar sonralar şəhərlərə çevrilir. Məsələn, indiki Artaşatın yerində Argiştixilini şəhərini salırlar. İndiki İrəvan şəhərinin yerində İripuni şəhərini salırlar. Bu qalaları salanlar bayaq dediyim kimi urartulular idi.
Argişti urartuluların şəhərinin adıdır. O vaxt yerli tayfaların dilində İripuni "ər evi, əsgərlər evi" anlamına gəlib çıxır. İrəvan çuxurunun tarixinə nəzər salanda görürük ki, Azəri türklərinin ulu babaları ən qədim vaxtlardan burada yaşayıblar. İrəvan çuxuru adına gəldikdə isə, buna bəzən çuxur-oba, çuxur-sədd də deyiblər. Hətta Urartu qaynaqlarında Quarliki kimi qeyd edilir. Quarliki, çuxur oba, çuxur sədd anlamındadır. Erməni yazılarında bu ərazinin adı çuxur-sakat gedir. Sakat da qədim sak tayfalarının adıyla bağlıdır. Erməni tarixçiləri ilə ziyalıları tez-tez “Böyük Ermənistan!” dövlətindən söhbət açırlar. Ancaq bu dövləti yaradan Haylar deyil, Türk nəsəbli Partlardır. Onu təşkil edən hakim tayfalar da Saklar, Quşanlar, Ağ Hunlardır “Əftalitlər”və bu dövlət E. Q. 256-cı ildən Miladî 214 ilinə kimi davam etmişdir. Sonra Güney Azərbaycanın Urmiya gölündən başlamış Yuxarı Fərat və Kür-Araz məntəqəsini də əhatə edən bölgədə yaşayan tayfalar arasında Türk soylu Lullubilər, Saspirlər Mehranilər, Nigimihlər, Urartular və Turuqqulardan özgə xalqlar da yaşayırdılar ki, onların arasında da Hayların adı çəkilmir.
1655-ci ildə İrəvana gələn Jəan Bəatist Tauvərniə şəhərin qalasında təkcə müsəlmanların yaşadığına işarə etmişdir. 1683-cü ildə bura gələn Fransız səyyahı Jəan Chardin də yazdığı əsərində İrəvan qalasında 800 ailənin yaşadığını və onların tamamının Fars olduğunu qələmə vermişdir ki, səyyah, Anadolu Türklüyü ilə şivə fərqiylə danışan Azərbaycan Türklərini “Fars” zənn etmişdir. Qərbli səyyahların missionerlik vəzifəsini də yerinə yetirdiyini fikirləşsək onun qəsdən həqiqəti yayındırdığını da fikirləşəbilərik; çünkü bölgədə Farslar yaşamayıbdır.
İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi.
Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə Ekaterina II ermənilərin himayə edilməsi barədə əmr imzalayır.
1802-ci ildə çar Aleksandr I H.D.Sisianova yolladığı məktubunda yazırdı: "Hə olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır". IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətiniin həyata keçirilməsində alət rolunu oynadılar.
Toponimlər: Tarixi mənbələrdə qeyd olunur ki, Türk-oğuz yurdu olan Dərələyəz V əsrdən başlayaraq yaşayış məskənlərindən biri olmuşdur. Tarixi arxeoloji qazıntılar zamanı Dərələyəz mahalının torpaq altında qalan şəhər izləri də bunu sübut edir. Dərələyəzin oğuz yurdu olması faktı dəfələrlə sübut olunmuşdur. Bu faktları ermənilər də çox gözəl bilirlər. Qeyd edək ki, oğuz yurdu Dərələyəzin qədimliyini sübut edən milli-mədəniyyət abidələri də mövcuddur. Dərələyəzdəki qoç daşlar, qoyun daş abidələri, at daş abidələri mahalın qədimliyini - oğuz yurdu olduğunu sübut edir.Tədqiqatçı araşdırma nəticəsində sübut edir ki, erməni hansı ağılla Dərələyəz sözünü erməni sözü hesab edə bilər; Bu toponim dilimizə mənsub olan Dərə Ələyəz formasında olmuş, sonra Dərə və Ələyəz sözləri birləşərkən “ə” saitinin biri düşmüşdür. Türk dillərində ala//ələ sözü uca, yüksək mənasını ifadə edir. Dərələyəz sözü uca, yüksək böyük dərələrdə olan kaslar, xəzlər, ğuzlar, oğuzlar, azlar, uzlar mənasındadır (Bax: H.Mirzəyev. Dərələyəz toponimi haqqında bir neçə söz. Dil məsələlərinə dair tematik toplu, №1, Bakı, 1988, s.113-117).
Ermənistan adlanan ölkədə türkdilli Azərbaycanlıların olması şübhə doğurmur. Məsələnin belə bir tərəfi var ki, 1828-1832-ci illərə qədər İrəvan xanlığında azərbaycanlılar əhalinin mütləq çoxluğunu təşkil edirdilər. İrəvan əyalətində azərbaycanlılar (müsəlman) 16.075 ailə, yerli ermənilər 4.428 ailə idi. Lakin 1828-1832-ci illərdə Rusiyanın təhriki və köməyi ilə İrandan və Türkiyədən ermənilərin köçüb gəlmələri bu nisbəti dəyişdirmişdir. Həmin illərdə İrəvan əyalətinə İrandan 4.559 ailə, Türkiyədən 3.674 ailə köçüb gəlmiçdir. 1828-1832-ci illərdə İrəvan əyalətinin kameral təsvirinə görə İrəvan şəhərində əhalinin nisbəti belə idi: azərbaycanlılar 1.807 ailə, yerli ermənilər 567 ailə, gəlmə ermənilər – İrandan 366 ailə, Türkiyədən 11 ailə, İrəvan xanlığı 15 mahaldan ibarətdir. Bu mahalda 1828-32-ci illərdə müsəlmanların, yerli və gəlmə ermənilərin miqdarı aşağıdakı kimi idi: Qırxbulaq mahalında müsəlmanlar 81 ailə, yerli ermənilər 262 ailə və gəlmə ermənilər İrandan 216 ailə, Türkiyədən 38 ailə; Zəngibasan mahalında müsəlmanlar 910 ailə, yerli ermənilər 133 ailə və İrandan gəlmə ermənilər 442 ailə; Qarabasar mahalında müsəlmanlar 753 ailə, yerli ermənilər 34 ailə və İrəvandan gələn ermənilər 1.211 ailə; Şərur mahalında müsəlmanlar 1.305 ailə və İrandan gələn ermənilər 336 ailə; Sürməli mahalında müsəlmanlar 709 ailə, yerli ermənilər 935 ailə, gəlmə ermənilər İrandan 299 ailə, Türkiyədən 261 ailə; Seyidli-Ağsaqallai mahalında müsəlmanlar 311 ailə, yerli ermənilər 560 ailə; Abaran mahalında müsəlmanlar yox idi, yerli ermənilər 11 ailə, gəlmə ermənilər İrandan 330ailə, Türkiyədən 1.116 ailə; Göyçə mahalında müsəlmanlar 999 ailə, yerli ermənilər 15 ailə və Türkiyədən gəlmə ermənilər 1.485 ailə təşkil edirdi.
Irəvan əyalətində gəlmə ermənilərin yerləşdirilməsi iki istiqamətdə gedirdi.
Azərbaycanlılar qovulur və kəndləri ermənilərə verilirdi.
Ermənilər azərbaycanlılarla qarışıq yaşamağa başlayırdılar, kəndlərindən qovulmuş azərbaycanlılar digər əylətlərdə məskən salırdılar.
Sovet Hakimiyyətinə qədər yer adları olduğu kimi qalırdı, lakin 1935-ci ildə Sovet hakimiyyəti dövründə bu adlar qondarma erməni adları ilə əvəzlənməyə başlanmışdır. Erməni tədqiqatçısı G.A.Burnoutyan yazır ki, 1828-32-ci illərdə ermənilərin zəbt etdikləri müsəlman kəndlərinin İrəvan xanlığının mahalları üzrə sayı aşağıdakı kimidir:
Qırxbulaq mahalında – 27 kənd;
Zəngibasar mahalında – 7 kənd;
Şərur və Sürməli mahallarında – 41 kənd;
Dərəçiçək mahalında – 16 kənd;
Göyçə mahalında – 27 kənd var idi.
Onun araşdırmalarına görə cəmi 310 müsəlman kəndinin əhalisi qovulmuşdur. Bu göstərilən faktlar bir daha sübut edir ki, azərbaycanlıların bir hissəsi doğma yurd-yuvalarından qovulmuş, əvəzində buraya ermənilərin köçürülməsi prossesi getmişdir. Bütün bunlar azərbaycanlıların Ermənistandan deportasiyası prosesinin ilkin mərhələsidir. Fərqli tərəfi ondan ibarətdir ki, o zaman deportasiya İranın daxilində gedirdi. Ümumiyyətlə, Çar hökuməti tərəfindən azərbaycanlılarının deportasiyası 1877-1878-ci il Rus-Türk müharibəsi zamanı, 1914-1915-ci il I Dünya Müharibəsi zamanı, 1918-1920-ci il Azərbaycan Cumhuriyyəti dövründə Ermənistandan olan deportasiya, Sovet Hakimiyyəti dövründə 1948-53-cü illərdə də davam etdirilmiş və 1988-ci ildə ermənilərin Azərbaycana hərbi təcavüzü dövründə başa çatdırılmışdır. Ermənilər şimal torpaqlarımızda yerləşdirildikdən sonra ermənilər Qafqazda çarizmin müstəmləkəçilik siyasətinin alətinə çevrilmiş və siyasətin nəticəsində tarixi torpaqlarımızda “ermənistan” yaratmağa nail olmuşlar. Ermənilərin sonrakı məqsədi bu regiondan azərbaycanlı türkünə nifrəti, türk torpaqlarına sahib olmağı hakim ideologiyaya və məqsədlərinə çevirmişlər. İrəvan Quberniyasında azərbaycanlıların yaşadıqları yerlər dəfələrlə talan edilmiş və yandırılmışdır.
Moskvada dövlətin idarəçiliyini aparan möhkəmlənmiş ermənilərin başçılıq etdiyi erməni lobbisinin bu yolda nail olduğu ən böyük mənfur niyyətlərindən biri müharibədən sonra xaricdən gələn erməniləri yerləşdirmək bəhanəsi altında İ.Stalinin dəstəyi ilə dövlət səviyyəsində azərbaycanlılara qarşı həyata keçirilən deportasiya siyasəti olmuşdur.
1921-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirmək istəyinin qarşısını Nəriman Nərimanov alsa da, sonradan onu Moskvaya göndərdikdən sonra 1923-cü ildə ermənilər Dağlıq Qarabağın muxtariyyat verilməsinə nail oldular. Bununla belə onlar heç vaxt Dağlıq Qarabağa yiyələnmək iddialarından əl çəkmir, dəfələrlə bu məsələ haqqında Moskvada məsələ qaldırırdılar, 1945-ci ilin noyabrında Ermənistan K(b)PMK-nın I katibi Q.Arutyunov İ.Stalinə məktubla müraciətdə bildirmişdir: “Dağlıq Qarabağın Ermənistan SSR-lə həmsərhəd olduğunu və iqtisadiyyatı ilə sıx bağlı olduğunu nəzərə alaraq Dağlıq Qarabağ Ermənistan SSR-ə birləşdirilsin”. Bu məktuba adekvat cavab verən Azərbaycanın K(b)PMK-nın I katibi M.C.Bağırov bildirirdi: “Azərbaycan tərəfi Şuşa şəhəri istisna olmaqla bu təklifə etiraz etmir, lakin Ermənistan SSR, Gürcüstan SSR, Dağıstan MSSR-də əsasən azərbaycanlıların yaşadıqları və Azərbaycanın tarixi torpaqları olmuş ərazilər Azərbaycana qaytarılsın (Zəngəzur, İrəvan, Borçalı, Dərbənd)”.
Bundan sonra ermənilər Ermənistanda yaşayan və əsasən Azərbaycanla həmsərhəd rayonlardakı azərbaycanlıları köçürmək üçün başqa bir hiyləyə əl atırlar. Azərbaycanın Muğan-Mil düzlərində pambıq əkilən rayonlarını işçi qüvvəsi ilə təmin etmək bəhanəsi adı altında Ermənistan ərazisindən olan azərbaycanlıları köçürmək və onların yerində xaricdən gələn erməniləri yerləşdirmək təlifi irəli atdılar və nəticədə SSR Nazirlər Soveti 1947-ci il dekabrın 23-də Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığının köçürülməsi haqqında “4083” saylı qərar qəbul etdi. 1948-ci ilin martında SSR Nazirlər Soveti həmin qərara əlavə olaraq ikinci bir qərar da qəbul etdi. 1947-ci il 23 dekabr tarixli qərara əlavə qeyd olan və İ.Stalinin imzaladığı bu ikinci qərarda azərbaycanlıların köçürülməsi ilə əlaqədar tədbirlər planı özünün geniş əksini tapmışdır. 1947-ci il 23 dekabr tarixli qərarın I bəndində göstərilir ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 000 kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün.  Onlardan 10 000 nəfəri 1948-ci ildə, 40 000 nəfəri 1949-cu ildə, 50 000 nəfəri 1950-ci ildə köçürülsün. Bu qərarın tələsik verilməsi səbəbləri 11-ci bənddə tamam açıqlanır. Orada deyilirdi: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq onların başlatdıqları tikililər və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə edilsin”. O zamanki hadisələr sənədlərdə belə xatırlanırdı: Eşalonlarla Kür-Araz ovalığına atılan azərbaycanlılar üçün ən adi yaşayış şəraiti belə yox idi. Onların evlərində yerləşdirilməsi münaqişə yaradırdı. Onlar mal-heyvan tövlələrində, uçuq-sökük dəyələrdə daldalanırdılar. Onların ən adi tələbləri belə ödənilmirdi.
Son nəticə olaraq azərbaycanlıların Ermənistandan qovulması üçün bütün lazımi tədbirlər görüldü. Təkcə bunu qeyd etmək kifayətdir ki, 1948-1953-cü illərdə bu məsələ ilə bağlı Azərbaycan SSR Nazirlər Soveti 12 qərar qəbul etmişdi. 1948-ci ildə 10 584 azərbaycanlı, 1949-cu ildə isə nəzərdə tutulmuş 40 000 nəfərin köçürülməsi yer olmadığı üçün mümkün olmamışdır. Qeyd edək ki, həmin il 15 713 nəfərin köçürülməsi planlaşdırılmışdır. SSR Nazirlər Soveti isə 40 000 nəfərin köçürülməsini tələb edirdi. Respublikanın Nazirlər Sovetinin sədri T.Quliyev İttifaq Hökumətinə məktubda bildirirdi ki, 1949-1950-ci illərdə 90 000 nəfəri köçürmək üçün ən azı 20 000 yaşayış evi lazım gəlir. Bunun üçün 400 milyon manatlıq tikinti-quraşdırma işləri görülməlidir. Belə bir işin öhdəsindən Azərbaycan Respublikası öz gücü ilə 2 il müddətinə gələ bilməz. Buna görə də 1949-cu ildə köçürmə planı 15 000 nəfərə endirmək xahiş olunurdu. Elə həmin ilin dekabrında Moskvaya müraciət edən Azərbaycan SSR Nazirlər Sovetinin sədri respublikanın imkanlarını nəzərə alaraq köçürmə planında dəyişikliklər aparmağı xahiş edir. Belə ki, 1950-ci ildə 15 000, 1951-ci ildə 10 000, 1952-ci ildə 20 000, 1953-cü ildə 20 000, 1954-cü ildə 15 000 nəfərin köçürülməsinə icazə verməyi xahiş edir. Qeyd edək ki, bu köçürmə siyasəti Stalinin ölümünə qədərmütəşəkkil şəkildə getmişdir. 1948-1950-ci illərdə Ermənistan SSR-dən cəmi 34 383 nəfər azərbaycanlı köçürmək mümkün olmuşdur. Ancaq əlimizdə olan rəsmi sənədlərdən görünür ki, bu siyahı Ermənistandan köçürülən və köçürülməyə məcbur edilənlərin tam siyahısı deyildir. Ermənistan SSR başçılarının qərarında göstərildiyindən daha çox azərbaycanlıları müxtəlif yollarla Ermənistandan qovmağa çalışmışlar. Belə bir fakt var ki, ermənilərin yuxarı vəzifəli adamları soydaşlarımız arasında müxtəlif şayiələr yayaraq süni surətdə vahimələr yaradırdılar. Nəticədə minlərlə azərbaycanlı ailəsi nəinki Azərbaycanın rayonlarına, hətta SSRİ-nin başqa respublikalarına qaçmışlar. Azərbaycan SSR NS-nin 5 fevral 1953-cü il tarixli qərarı ilə Kür-Araz ovalığına 1900 ailə köçürülməsi nəzərdə tutulurdu.
Azərbaycan SSR NS-nin qərarının yerinə yetirilməsi vəziyyəti haqqında arayışda 01 oktyabr 1953-cü il vəziyyətinə görə Kür-Araz ovalığına 1898 ailə - 10.072 təsərrüfat köçürüldüyü bildirilir. İ.Stalinin ölümündən sonra Ermənistan SSR-in azərbaycanlıların planlı şəkildə köçürülməsinə son qoyuldusa da, 1988-ci ildə bu proses daha da aktivləşərək azərbaycanlıların Qərbi Azərbaycandan köçürülməsi başa çatdırıldı. Aparılan hesablamalara görə 1948-1953-cü illərdə Respublika üzrə 11.755 köçürülmüş təsərrüfatın 46.6%-i Kür-Araz ovalığında, 6.269-u – 53.4%-i isə ondan kənarlarda yerləşdirilmişdir.

1948-1953-cü illər üzrə Kür-Araz ovalığına köçürülənlər:


    İLLƏR
    KÖÇÜRÜLMƏLƏRİN  SAYI
      TƏSƏRRÜFAT
  NƏFƏR
1948
1952
8054
1949
2789
12697
1950
2907
12932
1951
911
3714
1952
1257
5512
1953
1898
8254
1954
11714
51163
1955
749
3361
1956
207
965

306
1543



CƏMİ:
13030
57039

1949-cu ildə Ermənistan SSR-dən köçürülən azərbaycanlı təsərrüfatların Azərbaycan SSR rayonları üzrə yerləşməsi:

¹
RAYONLAR
TƏSƏRRÜFATLAR
1.
Səlyan
132
2.
Əli-Bayramlı (Şirvan)
431
3.
Sabirabad
111
4.
Puşkin (Biləsuvar)
58
5.
Saatlı
260
6.
Xıllı (Neftçlada qəsəbə)
80
7.
Jdanov ( Beyləqan)
126
8.
Bərdə
45
9.
Mirbəşir (Tərtər)
167
10.
Yevlax
150
11.
Xaldan
77
12.
Göyçay
46
13.
Ucar
111
14.
Kürdəmir
46
15.
Zərdab
93
16.
İmişli
105
CƏMİ:
2038

Sovet İttifaqında gedən yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə- qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi, yandırılması həyata keçirilir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından-Erevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovokan, Gorus, Sisyan, Amasi və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur, ümumilikdə, 216 nəfər qətlə yetirilir. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur - qadın və uşaqlar, yaşlılar, qarlı dağlar aşaraq, dona-dona, itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırlar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur- İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də sonuncu türk kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü.


Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent 

0 коммент.:

Отправить комментарий