SON MƏLUMATLAR

25.08.2018

Info Post

1916-cı ilin 23-26 mayında Peterburq yaxınlığındakı Petroqradda “Ümumrusiya erməni qurultayı” keçirildi ki, burada Rusiyanın 60 yaşayış məntəqəsindən 150 erməni nümayəndəsi müxtəlif məsələlər ətrafında müzakirələr apardılar. Qurultayda 97 siyasi-ictimai-təşkilatlardan çıxış edənlərdən heç kəs 1,5 milyon erməninin öldürülməsindən danışmadı.

1917-ci ilin may ayının əvvəllərində İrəvan şəhərində də bir yığıncaq, belə deyək ki, “ermənilərin birinci qurultayı” keçirildi. Onun gündəliyindəki 10 məsələdən heç biri “erməni soyqırımı”na aid deyildi, məruzə və çıxışlarda da bu barədə danışılmamışdır (halbuki “qırğın” olanla qurultay keçirilən yerlərin ara məsafələri 25-35 kilometr idi). Digər bir tədbir 6-sı oktyabr 1917-ci ildə Tiflis şəhərində oldu. “Ümumerməni qurultayı” işə başladı və bir neçə gün davam elədi ( Tiflislə “1,5 milyon erməni qırılan” məsafə 40-45 kilometr uzaqlıqda idi). Bu qurultayda da “erməni soyqırımı” barədə bir nəfər belə danışmadı. Əksinə ermənilər gürcü və azərbaycanlılara qarşı bəzi tələblər irəli çəkdilər. Qurultay nümayəndələri birgə bəyanat verdilərki, onu Aramais Yerznkyan oxudu: “ ... ermənilər susa bilməzlər ki, Bakı türklərə, Tiflis Gürcüstana qalsın. Erməni xalqı buna icazə veribdirmi? Demokratiya imkan verməməlidir ki, Bakı, ya Tiflis bir millətə qismət olsun, bu şəhərlər başqa millətlərə də mənsub olmalıdır... Biz tələblərimizi aydınlaşdırmaqla bərabər, tələblərimizə nail olmalıyıq...” .

Bu gün isə qondarma soyqırımla bağlı iddialar irəli sürülür, çünki ermənilərin pulu və Türkiyədən "alınması" nəzərdə tutulan təzminat Kilsə üçün önəmlidir. 24 aprel isə ermənilərin Şousudur. 1965-ci ildə uydurma erməni soyqırımının 50 illiyini keçirərkən ermənilər açıq-açığına bəyan edirdilər ki, 40 milyard ABŞ dolları dəyərində pul toplamışlar. İldən ilə bu məbləğ artır. Demək ermənilərin soyqırım iddialarının kökündə PUL-PUL-PUL durur.

Sabah isə növbəti erməni ŞOU-sudur...
24 aprel ermənilərin törətdiyi qırğınlardan sonra, Osmanlı hökumətinin aldığı inzibati tədbirlə “Daşnak”, “Hınçak”, “Ramgavardır”, “Veragöz” kimi erməni cəmiyyətlərini bağlayaraq, rəhbərlərini həbs etdiyi bir tarixdir. O vaxt bu işlə əlaqədar 235 erməni lideri həbs olundu. Ermənilər hər 24 apreldə dünyanı öz eyiblərini, cinayətlərini örtmək üçün aldadır.

30 may 1915-ci ildə “Köçürmə və daşınma” ("Sövq və yaşayış" ) qanunu qanununu məcburən çıxarıb, Osmanlı dövləti, bu qanunu çıxarmaq məcburiyyətində idi. Burada millət, din məfhumu yoxdur, yəni erməni sözü keçmir, yunan, alban, ərəb kəlməsi yoxdur. Birbaşa dövlətin sahib olduğu, bu qəsəbə və kəndlərdə müsəlman əhalini qətlə yetirən dəstələr, qanuna tabe etdirilmişdir".sadəcə ermənilərə deyil, Osmanlı dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edənlərə tətbiq olunmuşdur. Eləcədə də Türkmənçay müqaviləsində erməni sözü yoxdur....Sehirli rus, ingilis, fransız barmağı ilə ora yazılan erməni adı isə zəncirdə duran itə yal atmaqdır...

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

0 коммент.:

Отправить комментарий