SON MƏLUMATLAR

16.08.2018

Info Post


II Dünya Müharibəsi barədə bu günə qədər tam ətraflı tarixi faktlar ortaya qoyulmayıb. Bu gün arxivlər açıldıqca illər boyu bizlərə söylənən əfsanələrin yalan olduğunu görürük. Belə yalanlardan ən böyüyü isə sovet tarixşünaslığında ermənilərin II dünya müharibəsində SSRİ-yə “sədaqət”ləri ilə bağlıdır. Əslində isə hadisələr tam başqa istiqamətdə cərəyan edib. SSRİ ordusunda və Almanların əsir düşən sovet əsgərləri üçün yaratdıqları legionlarda ermənilər casus rolunu oynamışlar. 1938-ci ildə Almaniyada güclənən faşizm ideologiyası ilə erməni daşnak ideologiyası bir-birinə yaxın olduğu üçün onlar arasında əməkdaşlıq barədə danışıqlar gedirdi. Faşist Almaniyasının əsas siyasi füqurlarından biri olan Himmlerin əsas hədəfi Bakının neft mədənləri idi. O, hazırlanan planda SSRİ-nin enerji gücünün yalnız Bakı olacağını bilirdi və buna görə də buradakı mədənləri partlatmaq məqsədini güdürdü. 1941-ci ildə Alman ordusuna əsir düşmüş 6 nəfər erməni əsgəri müvafiq hazırlıqdan sonra 1942-ci ilin payız günlərinin birində paraşut vasitəsilə Azərbaycan ərazisinə endirilmişdi. (Azərbaycanın Siyasi Partiyalarının və İctimai hərəkatlarının Dövlət arxivi, fond 1, bölmə 153. İş 222) Onlar da az sonra Xanlarda, Dəstəfurda və Bakıda həbs edilmişdilər

Alman arxivlərində (ASNB RA) 1966 sənədin 23342 cild 1 fəsil, 40-42 səhifəsində yazılır:
“Qafqaz ərazisində casusluq edilməsi üçün Drastamat Kanayanla (və ya General Dro) əməkdaşlıq edilsin. Ona müvafiq tapşırıqlar verilsin və lazımınca mükafatlandırılsın”.

 Həmin sənədin ardınca Dronun Almanlara cavabı qeyd edilir:
“Hücumla əlaqədar əmr alındı. Paraşütlə endirmə etməklə vəzifələndirilən Erməni Krım qrupunu və agentlərini yanımızda aparmağımızın lazım olub-olmadığını bildirmənizi xahiş edərəm”.

Bu sənəd bir daha sübut edir ki, hələ müharibədən öncə ermənilər Qafqazın strateji nöqtələri, Bakı neft mədənləri barədə ətraflı məlumatları almanlara göndərirdilər.
Hələ İkinci dünya müharibəsi başlanana qədər Almaniya rəhbərliyi erməni mühacirlərə  "arilər qaçqın" statusu vermişlər. Berlində ermənilərin üçün xüsusi qəzet onların ana dilində nəşr olunurdu.  Həftəlik  "Ermənistan" və "Vətən" qəzeti nəşr edilirdi Berlində.  1930-cı illərin ortalarında  "Daşnaksütyun"  ilə  Üçüncü Reyx rəhbərliyi ilə əlaqə quruldu. Erməni terrorçu təşkilatlarının rəhbərlərinin reyxfürer Adolf Hitler və onun komandanlığı altında erməni ordusunu yaratmaq, həmçinin erməni zənginlərinin milyonlarla maliyyə vəsaitini faşistlərin xəzinəsinə köçürmək istəyi barədə xahişlərinə baxmayaraq ermənilərə diqqət verilmirdi.

DOSYE: Fəlsəfə doktoru Qafar Çaxmaqlı yazır: Njde, yəni Ter – Harutyunyan almanların Berlində yaratdığı “Erməni Milli Şurasnın” üzvü olaraq xaricdə yaşayan ermənilərin arasında SSRİ – yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. Bu məlumatlar və bir sıra digər sənədlərəsasən  2 noyabr 1944 cü ildə Qaregin Ter – Harutyunyan həbs edilərək istintaqa cəlb edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter – Harutyunyan 1908- ci ildən 1937 -ci ilə qədər Daşnaksütyun partiyasının üzvü olub, 1918 ci ildə daşnak hökuməti tərəfindən, millətçi hərbi hissələr yaratmaq məqsədi ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurda silahlı güvvələırin komandanı, 1921- ci ildən isə baş naziri olaraq, sovet ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır. Onun əmri ilə bir sıra kommunist və qırmızı ordunun mənsubları həbs olunmuş və güllələnmişdir.Həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqlabi əhval ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür.
Bundan sonra Harutyunyan alman kəşviyyatçısı mayor Drumyun göstərişi ilə, 1942 ci ilin payızında Berlində olmuşdur. Özünün köməkçisi olan Asatryan Hayk (“Smerş” tərəfindən həbs olunmuşdur) vasitəsilə, Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə qöndərmişdir, burada onlar Xoxenbande kəndində yerləşən kəşviyat-təxribat məktəbində təlim keçərək Krıma qöndərilmişdilər, onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşviyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi, alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar üsyan qaldırmalı idilər.
 
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində “Xalq Daxili İşlər Komissarlığının Rostov vilayəti üzrə İdarəsinin 7/17 nömrəli xidməti məruzəsindən SSRİ XDİK-in 4-cü idarəsinə” adlı sənəddə yazılır “1942-ci ilin avqustunda “Rostov Don şəhərinin işğalı dövründə şəhərə general Dronun başçılıq etdiyi bir qrup erməni millətçisi gəlib. Qrupa Hitler tərəfindən Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqaz millətlərindən könüllülər legionu təşkil etmək səlahiyyəti verilib. Alman qoşunlarının Cənubi Qafqaza müdaxiləsi zamanı bu legion Ermənistanı bolşeviklərdən azad etməli idi. Dronun qrupunun Rostov Donda olduğu müddətdə təqribən 100 min nəfərlik legion yaradılıb”


Ermənilər bütün gücləri ilə Hitleri dəstəkləmişlər. Hətta Yəhudilərin soyqırımında da böyük rolları olmuşdur. Erməni generalı Karekin Nezhdeh Erməni Tsegagron təşkilatını qurdu. Sadəcə bu təşkilat vasitəsilə gənc Ermənilər faşist SS təşkilatına və digər elit Alman hərbi qüvvələrinə iştirak ediblər. Almaniyada və Fransada yaşayan bir çox Erməni 58-ci panzer ittifaqlarına və Wehrmachtın 10-cu ordusuna girmişdilər. Erməni İnqilabçı Federasiyasının liderləri Alman kəşfiyyatı ilə çox sıx münasibətdə idi.
Xrisator  Valker “The Survivat of a nation” adlı kitabının 357-ci səhifəsində yazır:
“Ermənilər Hitlerin əmrini yerinə yetirmək üçün 30.000 adamdan ibarət qoşun yaratmış, bunları dəstələr halında 2-ci Dünya müharibəsinə çıxartmışdılar, müvəqqəti erməni hökuməti qurublarmış, Bverlin Radiosundan yararlanırlarmış. 19, 20, 21 Avqust 1936-cı il tarixli Hayastan qəzetində yəhudilərin “Zəhərli və xroniki bir xəstəlik” olduqlarını yazmış və Hitlerin xilaskar “qurtarıcı” olduğunu ifadə etmişdilər. Mənə elə gəlir ki, Adolf Hitlerə faşist olmağı Mussolini yox, ermənilər və onların papazları-patriqləri - vazqenləri öyrətmişdirlər.”

Rusiya Dövlət Fondunun Arxivində Ф.Р-9401. İp. 2. D 65. L adlı sənədin 162-163-səhifələrində  Daxili işlər xalq komissarı məktub Beriyanın Stalinə yazdığı məktubda qeyd edilir: “Alman ordusu tərəfindən yaradılan Erməni legionu  casusluq və pozuculuq işləri üçün Qırmızı Ordunun arxa cəbhəsində bir neçə erməni komitələri yaradıb.  Müstəqil Ermənistanın təbliği istiqamətində iş apardılar. Almaniya "hərbi ehtiyaclara" vəsait toplamaq  üçün dünyada yaşayan ermənilər vəsait toplayırlar.” Erməni legionu İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx tərəfindən döyüşən və ermənilərdən təşkil olunmuş piyada birləşməsi olaraq 1941 və 1944-cü illər ərzində 808, 809, 810, 811 və 812 adlı birləşmələrlə döyüşlərdə iştirak etmişdilər.
Almanlara digər legionerlər arasında baş verənləri çatdıran casus erməni legionunun andı belə idi:
“Tanrı və Adolf Hitler qarşısında and içirəm ki, alman dövlətinə və erməni torpağına sadiq olacağam. Son damla qanıma kimi nasional-sosializm ideyaları uğrunda bolşeviklərə və imperialistlərə qarşı mübarizə aparacağam”.

1941-ci ilin ortalarından 1944-cü ilin sentyabrına qədər Ermənilər Türkiyədə və bütün Yaxın Şərqdə faşist Alman kəşfiyyatı ilə çox yaxın əməkdaşlıq etdilər. Erməni gizli agentləri Alman təbliğatını aparır və Yəhudiləri təqib edərək yaxalanmaları üçün faşistlərə yardım edirdidlər.

Nasist Partiyasının başda gələn ideoloqlarından olan  Alfred Rozenberq, 1926-1936-cı illər arasında Şərqşünaslıq İnstitutunun başında olan Doktor Artaşes Abegyanı Ermənilərin antropologiyanı və tarixini tədqiq etmək üçün bir komitə yaratmağı  tapşırmışdı.
Türkiyədə casus ermənilərin Rozenberqə  hazırladığı təkliflərdə yazılırdı ki, Türkiyə II dünya müharibəsində Almanlara ona görə yaxınlıq edir ki,  müharibədən sonra Azərbaycanla birləşib Böyük Turan yaratsınlar. Bu planın qarşısının alınması üçün onlar Türkiyə və Azərbaycan arasında bufer dövlət “Böyük Ermənistan” yaradılmasını zəruri hesab edirlər.


 1942-ci ildə çoxsaylı erməni gənci səfərbər edilərək faşistlərin müharibə cəhdlərinin fəal müdafiəçilərinə çevrildi. Suren Bez-zadyan Paykar Hoassank ("işıqlı" mənasını verir) adlanan Erməni Milli Sosialist Hərəkatmı yaradaraq ona başçılıq etdi. Bu təşkilat bütün Avropada və Türkiyədə yaşayan gənc ermənilər arasında məşhurlaşdı.
2006-cı ildə Moskvada, Bıstrov nəşr evində çap olunan E. Abramyanın ”Abverdə Qafqazlılar” adlı kitabında yazılır:

“Alman Reichının himayəsi altında Ermənistan bütün gücü ilə  Yaxın Şərqdə Alman təsirini möhkəmləndirməyə çalışmaq məcburiyyətindədir. Bu baxımdan Erməni Milli Komitəsi, keçmişdə Rusiya və İngiltərənin Ermənilərə yaşatdığı acı xəyal qırıqlığına və dəhşətli fəlakətlərə işarə etməyi zəruri görür".

Müəllif bizimi diqqətimizi çəkən çox maraqlı bir məqama  kitabınında toxunur:

“Nasist Almaniyası Daşnaklara  bütün bu xidmətlərinin qarşılığında da Qarabağı, Nahcivanı və Axalkələ bölgəsinin bir hissəsini söz vermişdir. Həmçinin müharibə zamanı Qarabağ bölgəsinə Daşnakları yerli xalqı Sovet hakimiyyətinə qarşı qaldırmaq üçün xüsusi hərbi qrupları və xüsusi desantlar göndərilmişdir”

1942-ci ilin sonlarında bu təşkilat Erməni Milli Şurası ilə birləşdi. Nəticədə II dünya müharibəsində erməni batalyonları çoxsaylı yəhudilərin qırılmasında əsas rollardan birini oynamışlar. Bu batalyonun əsgərləri keçmiş erməni hərbi vərdişlərini özündə saxlayan xüsusi tapşırıqları yerinə yetirirdi. Erməni əsgərlərinin çoxundan yenicə tutulmuş və istila edilmiş torpaqlarda polis birləşmələri kimi istifadə olunurdu. Erməni əsgərlərinə casusluq edərək almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi. Bir dəfə çoxsaylı adamlar ələ keçirilmişdi, ermənilər onları bir yerə toplayaraq milyonlarla yəhudinin kütləvi surətdə qətlə yetirildiyi bədnam konslagerə icra etdilər.

Erməni əsgərlərinin çoxundan yenicə tutulmuş və istila edilmiş torpaqlarda polis birləşmələri kimi istifadə olunurdu. Erməni əsgərlərinə casusluq edərək almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi. Çoxsaylı adamların ələ keçirildiyi zamanda ermənilər onları bir yerə toplayaraq milyonlarla yəhudinin kütləvi surətdə qətlə yetirilməsini bədnam konslagerə icra etdirdilər. Samuel Vimz əsərində yazır ki, Almanlarla görüşən daşnaklar əllərində sənədlərlə sübut etməyə çalışırdılar ki, “Qafqazın bir hissəsi və Türkiyənin qərb hissəsinin 95 faizi erməni əhalisindən ibarətdir və onlar müstəqillik əldə etsələr Hitlerin sadiq qulları olacaqlar”.
 Erməni Komitəsi adlanan qurum isə dünya ermənilərinə yazdığı müraciətdə deyirdi:
“Alman Reyxinin himayəsi altındakı Ermənistan gücləri daxilində Yaxın Şərqdə Alman təsirini gücləndirməyə çalışmaq məcburiyyətindədir. Onlar İngiltərə və Rusiyaya daha inanmalı deyillər və almanları özlərinə hami saymalıdırlar”.

Müraciətin sonunda belə bir sonluq yazılır:

“Yəhudilər fanatik milliyyətçi və irqçiliyin doqmatikləridir; onlar yaşadıqları yerlərdə, irqlərinin davamını təmin etmək üçün dünya vətəndaşı rollarına girirlər. Eynilə ingilislərin başqa ölkələri işğal üçün döyüş gəmilərini istifadə etdikləri kimi, yəhudilər də silah olaraq beynəlxalq hüququ və kommunizmi istifadə edirlər”

 “Ermənistanın yəhudi icması İkinci Dünya Müharibəsi zamanı Vermaxtın tərkibindəki 2000 nəfərlik erməni legionunun qəddarlığını və satqınlığını heç vaxt unutmayıb”. Bu açıqlama ilə İsrail eksperti Arye Qut Amerika yəhudi diasporunun ən populyar “Algemeiner” (“The Algemeiner") qəzetində çıxış edib.
Yəhudi bloqgeri İsrael Barouk “Times if İsrael” qəzetində dərc olunan məqaləsində yazıb. O, II Dünya Müharibəsində 20 mindən çox erməni əsilli nasistin yəhudi soyqırımında iştirak etdiyini söyləyərək, 1930-cu illərdə ermənilərin Amerikada dərc olunan “Hairenik” qəzetinin Hitler rejiminə tam dəstək verdiyini qeyd edib. Ermənistan şərqi Avropada anti-semitizmin ən güclü olduğu ölkədir, bütün Avropada isə üçüncü yerdə qərarlaşır: “2014-cü ilin sorğularına görə, Ermənistanda yetkin yaşda olan 2,2 milyon nəfərdən 1,3 milyonu anti-semit əhval ruhiyyəlidir”.

"Modus Vivendi" Ermənistanda yerləşən mərkəzin sədri Ara Papyan yazır ki, 1915-ci ildə ermənilərə qarşı soyqrımı yəhudilərin planı əsasında olub.
1604-cü ildən bu günə qədər ermənilərin bu günə düşməsinin səbəbi yəhudilərdi və onlar 1918-ci ildə Azərbaycanı işğal etməyimizin qarşısın aldılar. Bizdə II dünya müharibəsində qisasımızı aldıq (www.armeniaonline.ru)

 1 Yəhudilər erməni şəhəri və qədim erməni torpağı olan Bizansın məhv edilməsini təşkil ediblər
 2. 1604-1605-ci İllərdə ingilis kəşfiyyatı vasitəsilə yəhudilər  Şah Abbasa təsir edib  İran və Əfqanıstan 700 min erməninin deportasiya və məhv edilməsinə səbəb olublar.
 3 1915-ci İldə yəhudilərə xidmət edən Gənc Türklər və Tələt paşa Türkiyədə ermənilərə soyqrımı onların olanı üzrə həyata keçiriblər
 4. 1918-ci İldə yəhudilər  Bakı və Qarabağın ermənilərdən alınmasına və onlara qarşı döyüşlərin keçirilməsinin baiskarları idilər.
 5 Bu gün də yəhudilər Azərbaycanı silahlandırıb Ermənistana qarşı qoyurlar.


“Ayrenik” qəzeti 1939-cu ilin iyul ayında yazırdı: “Əgər Almaniya ilə Yaponiya Sovet İttifaqına hücum etsələr, Daşnaksütyun Sovet İttifaqının düşmənləri sırasında olacaq”. Daşnak fırıldaqçılarını Avropanın hər yerindən, erməni alimin yazdığı kimi, Dronu Rumıniyadan, Njdeni Bolqarıstandan, Gülxandanyanı, Papazyanı, Xatisyanı, Baqdasaryanı Fransadan və Ter-Tovmasyanı Belçikadan Berlinə toplayan qüvvə nə idi

19 Avqust 1906-cu ildə  qəzetdə belə bir məqalə dərc edilib:

“Xroniki xəstəlik kimi dərin köklər salmış bu zəhərli elementləri (Yəhudiləri) başa düşmək bəzən çətin olur. Bu adamlar (faşistlər) onları anlamaq üçün məlum olmayan üsullara əl atanda isə edənlərə dərhal inqilabçılıq deyilir. Cərrahiyyədə əməliyyat zamanı qanın axması təbiidir. Bu vəziyyətdə diktatorluq xilaskar rolunda görülməlidir.” (I./W-Gru d. SS „Armenien“ mit 1. - 4. Schwadron və  II./W-Gru d. SS „Armenien“ mit 5. - 8. Schwadro)



Ermənilər 1915-ci il hadisələrindən Osmanlı müsəlmanlarını deyil, İttihad Tərəqqi quran Yəhudiləri ittiham edirlər. Belə ki, bir çox Erməni ziyalısı bu barədə qəti əmindilər. Ermənistanın ən qədim şairi Gabudikyanın 2006-cı ildə Milliyyət qəzetinə verdiyi bir müsahibə əsnasında eyni icmadan olan Arşak Sarkisyan Tələt Paşa, Gənc Türklər və erməni soyqırım üçün bunları deyir; "Tələt Paşa, Yəhudidi. Türklərlə Ermənilərin arasını vurdular. Türklər soyqırım etməzdilər. Amma Gənc türklərin  hamısı Yəhudilər  idi". (Ece Temelkuran, Bizim Ruhumuz Var, Xırda Xanım, Milliyyət - 17 May 2006)

Erməni tarixçi Raymond Kevorkianda (Erməni Soyqırımı) adlı kitabında 1915 hadisələrini təşkil edən Gənc Türklərin Yəhudi dönməsi olduqlarını və Ermənilərə qarşı soyqırımı istəyənlərin yəhudidən dönmə  olduğunu bildirir. Raymond Kevorkian, The Armenian Genocide: A Complete History, Newyork, Published in 2011, I.B. Tauris, p. 47.


Ermənilərin casusluq fəaliyyəti üçün "Aynxait Şturm" qrupu yaradılmış idi ki, onlar sovet ordusunda arxadan zərbə vurmağın yolların axtarmaqla yanaşı əsir düşənlər içində yəhudiləri aşkar etməli idilər. Bu qrupla yanaşı 106 saylı oberqrup yaradılmış idi ki, Stepanyan və Sərkisyan adlı iki erməni ora rəhbərlik edirdi.

1942-ci ilin dekabrında General Dro və erməni yazıçısı Qaro Gevorkyan, Henrix Himmlerin qəbulunda olur və ona pastor Lepsiusun "Erməni xalqının ölümcül yürüşü" kitabını təqdim edirlər. Himmlerin və General Dronun çağırışı ilə 30 minə qədər erməni alman ordusuna qatılır və döyüşlərdə iştirak edir. Müharibənin sonuna yaxın Qareqin Njde Stalinə ünvanladığı məktubda General Dro barədə bu sözləri yazır:
"Mən vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim."


Son olaraq qeyd edim ki, Hitler SSRİ-nin işğalından sonra Ermənistan SSR-yə müstəqillik verilməsi barədə ermənilərin xahişini rədd edərək onlara belə cavab vermişdir: “Üç dəfə xəyanət edənlər (Çar Rusiyası, Osmanlı imperiyası və SSRİ-yə qarşı) dördüncü dəfə də xəyanət edəcəklər!”
Və daha maraqlı bir fakt, II dünya müharibəsindən sonra yeganə erməni legionu idi ki, onları SSRİ-yə qaytarmadılar. Biri də cəza almadı. Əksinə sayı 200 mindən çox olan legionrlərimizin taleyi daha acınacaqlı oldu.



Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

0 коммент.:

Отправить комментарий