Bu gün TV və bəzi mediada Ağdamda olan şəhidlər
barəsində ürək bulandırıcı məlumatlar yayırlar. Guya Ağdamda şəhid olan
insanların sayı 983 nəfərdir. Və bunun nə məqsədlə, kimlər tərəfindən edilməsi
qaranlıqdır. Ağdamlı şəhidlərin sayının qəsdən və qərəzli şəkildə azaldıması,
onların ruhuna edilən ən böyük hörmətsizlikdir. AZTV-də bu rəqəmin səslənməsi ən
azından mərhum Heydər Əliyevin "Ağdam 5500 nəfərdən çox şəhid verib"
sözlərini heçə saymaqdır. Mərhum Heydər Əliyev Qarabağ müharibəsi zamanı çıxış
edərkən Ağdamı xüsusi vurğulayırdı ki, məhz Ağdam ən çox şəhid verən rayondur.
Birinci və ikinci şəhidlər xiyabanına gedən
olsa görər ki, məzarları orda olan şəhidlərimizin əksəriyyətinin üstündə
Ağdamda anadan olub sözü yazılıb.
İndi isə rəsmi faktlarla danışaq:
1) Azərbaycanın Qarabağda verdiyi ilk şəhidləri
Əsgəranda ermənilər tərəfindən öldürülən Əli Hacıyev və Bəxtiyar Quliyevdir.
2) Ağdamın işğaldan öncə əhalisinin sayı 167
mindən çox idi
3) Ağdamda 167 mindən çox əhalinin ən azı 27
mini döyüşlərdə iştirak edirdi
4) Ağdamın müdafiəsində iştirak edən döyüşçülərin
ən gənci 14 ən yaşlısı isə 76-78 yaş civarında idi.
5) Ağdamda olan və ermənilərə qarşı döyüşən dəstlər
- 836 saylı Ağdam özünü müdafiə alayı - komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı polkovnik-leytenant Şirin Mirzəyev
- 868 saylı Qatır Məmməd adına Ağdam özünü müafiə batalyonu- komandir Yaqub Rzayev
- 845 saylı Eldar Bağırov adına Ağdam özünü müdafiə batalyonu- komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırov
- 859 saylı Ağdam mühəndis-istehkam batalyonu- komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı Asif Məhərrəmov
- 18112 saylı batalyon - komandir Xudu Xuduyev
- 44060 saylı batalyon - komandir Camal Əhmədov
- Kötəl batalyonu - komandir Ərşad Nadirov
- Qiyaslı batalyonu - komandir Ədalət Zeynalov
- 20 Yanvar batalyonu - komandir Məmməd Məmmədov
- Papravənd rotası - komandir Həsən Sarıyev
Bu batalyonlar 1992-ci ilin Avqust ayında 708 saylı briqadaya daxil
edildi. Əlavə olaraq Ağdam rayonunda 1992-ci ildə komandir Mətləb Mustafayev
Milli Qəhraman Allahverdi Bağırov adına Artilleriya divizionu yaratmışdı və
onun müavini Tofiq Uğurluyev idi. Sonralar Mətləb Mustafayev "Fədailər"
dəstəsinin komandiri olduğuna görə Artilleriya Divizionunun komandiri Milli Qəhramanımız
Elbrus Allahverdiyev oldu. Bu batalyonlardan başqa aşağıda adı keçən Ağdamın
polis dəsətələri də (DİN) Qarabağ savaşında iştirak edirdi. Ağdam polis batalyonu
- komandir Faiq Baxşəliyevdə öz dəstəsi ilə ermənilərə qarşı savaşırdı.Hər dəstədə
minimum 100 maksimum 500 nəfər könüllülər
var idi. Onların da əksəriyyətin Ağdamlılar
təşkil edirdi.
Bu böyük dəstələrdən başqa hər kəndə könüllülərdən barət bölüklər var
idi ki, onların tərkbində ən azı 50-70 nəfər
yerli sakin var idi.
Ağdama edilən son hücumda ən azı 7500-dək
hərbçi, 70-ə qədər tank, 100-ən çox digər zirehli texnika, 5 artilleriya divizionu, bir vertolyot eskadrliyası
(10 Mİ-24 helikopteri) iştiak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş
ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda 43 gün gedən ağır
döyüşlərdə günə ən azı 20-30 əsgərimiz şəhid olurdu. Ağdamın işğalına üç gün
qalmış isə ən azı 700 nəfər şəhid olmuşdur döyüşlər zamanı.
1993-cü ilin statisikasında Ağdam
uğrunda 5897 nəfər Ağdamlı döyüşçünün şəhid olması qeyd edilirdi. 1994-cü ildə bu rəqəm 6321 nəfər olaraq elan
edildi. Amma müharibə daam edirdi atəşəksə baxmayaraq və şəhidlərin sayı bu rəqəmlə
dayanmırdı. 1998-ci ildə rəsmi 6822 nəfər qeyd edildi şəhid sayı.
Ağdamdan olan Azərbaycan Milli Qəhrəmanları da aşağıdakılardır.
Şirin Mizəyev, Asif Məhərrəmov (Fred), Allahverdi Bağırov, Yelmar
Edilov, Əlabbas İsgəndərov, Faiq Ağayev (milli qəhrəman), Muxtar Qasımov, Hidayət
Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev, İxtiyar Qasımov,
Rövşən Hüseynov (milli qəhrəman), Canpolad Rzayev, Nadir Əliyev (milli qəhrəman),
Rövşən Əkbərov
Çox yazmaq olar, lakin Ağdam və Ağdamlıları incitməyin. Bizi incitsəz
də şəhidlərə dəyməyin. Onları siyasətə qurban etməyin
Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
0 коммент.:
Отправить комментарий