
Hüseyn Cavid sepsisdən – iki ayağının pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabrın 5-də gecə saat 22:30-da Sibirdə dünyasını dəyişdi. Cavidin son günlərini keçirdiyi islah əmək düşərgəsinin rəhbərləri Şemmel və Çıvayan soyadlı NKVD kapitanları idi. Azərbaycanda Hüseyn Cavidin ölümü haqqında qeydiyyat 1948-ci ol martın 31-də aparılıb, ölüm şəhadətnaməsi isə 1948-ci il mayın 4-də ailəsinə verilib.Ölüm tarixi dəqiq göstərilsə də, vafat etdiyi yer bildirilməyib. Şairin dəfnində Məhbus Əlillər Evində olan dustaq azərbaycanlılar iştirak edib və onlar da Cavidi üzü qibləyə dəfn ediblər. Şevçenko kəndinində məzarlıqda dəfn edilir.
Şəhadətnamə Caparidze rayonunun VVAQ bürosu tərəfindən təqdim olunub. Hüseyn Cavid 1982ci il noyabrın 3-də doğulub boya-başa çatdığı, gənclik illərini keçirdiyi Naxçıvan şəhərində son mənzilə yola salındı… Məzar üstü məqbərə isə 1996 ci ildə tikilib.
Fotoda Hüseyn Cavidin adsız məzarı:
Repressiya illərinin qurbanı olan 59 saylı məhbusun məzarıdır...
Zaur Əliyev, dosent
0 коммент.:
Отправить комментарий