Azərbaycanın sevdiyim Lənkaran şəhərində Sütəmurdov kəndi var. Bu kəndin caamatı mərd və çox qonaqpərvərdir. Talış qardaşlarımızla azərbaycanlı türklər burda əsrlərdi çiyin çiyinə yaşayıblar. 1918-ci ilin mart ayından Azərbaycan xalqına başlanan erməni terroruna qarşı bu kəndin caamatı sonuna qədər vuruşub. 2 minə yaxın rus-erməni hərbi birliyi Lənkarana hücum çəkib, burda 40 kənddə talançılıq ediblər. Yerli əhaliyə etnik mənsubiyyətindən asılı olmayaraq soyıqırım aktı həyata keçiriblər. Ən çox da zərbəni talış qardaşlarımız alıb. Bu kəndə bir neçə dəfə hücum edən ermənilər kənd sakinlərinin ciddi müqaviməti ilə qarşılaşır. Talışların yerli türklərlə birgə silaha sarılıb erməniləri geri otuzdurmasın görən erməni dəstəsinin başçısı xəbər göndərir ki, bəz bizə ərzaq verin. Çıxaq gedək. Kəndinizdən nümayəndə götürün danışığa gəlin. Bu qırğnların qarşısını almaq üçün danışığa gedən Sütəmurdov kəndinin 13 ağsaqqalı onlara təklif edir ki, çıxın gedin və dinc əhaliyə toxunmayın. Erməni başçısı ilkin olaraq razılıq verir ki, bəs razıyıq. Pul və ərzaq verin. Ağsaqqalar da razılaşır, geri qayıdan zaman gizlincə onları izləyən 5 rus və 9 erməni əsgəri kənd yolunda onları tutur, hamısının başın kəsir, qılıncla tikə-tikə doğrayıb bir yeşikdə torpağa basdırırlar. Ondan sonra kəndə xəbər göndərirlər ki, ə “sizin caamatın hamısı bizim - ermənilərin düşmənidir. Bu torpaqlar ermənilərindir. Salamat qalmağınızı istəyirsinizsə, bu yerləri tərk edib başqa ölkələrə gedin”,– deyə cavab verib...
Talışları başdan ayağa asan ermənilər isti su onların üstünə ataraq : "İslam dinindən dönün, bizim dini qəbul edin, talışlara toxunmayaq"deyirdilər.....
Talışları başdan ayağa asan ermənilər isti su onların üstünə ataraq : "İslam dinindən dönün, bizim dini qəbul edin, talışlara toxunmayaq"deyirdilər.....
0 коммент.:
Отправить комментарий