SON MƏLUMATLAR

17.08.2018

Info Post
Fotodakı Azərbaycan tarixində bu günə qədər araşdırılmayan bir xanımdır. Tugra xanım Talışinski. Dünya gözəli və Cümhuriyyəti qoruyan xanım. Xanımın atası görkəmli ictimai xadim, Talışxanovlar nəslinin parlaq nümayəndəsi, hüquqşünas, həm də xeyriyyəçi Mir Əsgər xan Talışinskinın qızıdır. İnqlabdan əvvəl 1912-ci ildə Əskər xan Talışinskinin qızı Tugra xanım Tiflisdə kecirilən gözəllik müsabiqəsinin qalibi olur Miss Kafqaz cələnginə və Cənubi Rusiyanın birinci gözəli tituluna sahib olur.Və həmən il S.Peterburqda kecirilən ümümrusiya müsabiqəsində Miss Rusiya adına layiq görülür.
Onun gözəlliyini duyan elitar ailələr ona elçi düşsələr də xanım seçimini Mir Əhməd xan üzərində edir. Onun gözəlliyinə layiq olan bir evdə yaşaması üçün Mir Əhməd xan dünyada analoqu olmayan Lənkəran Xan Sarayını tikdirir. Saray cəmi üç ay müddətində Avropadan dəvət olunan memarlar tərəfindən tikilib. Üç mərtəbədən ibarət olan Xan Evi Lənkəranın ilk çoxmərtəbəli binalarından sayılır.
Firidun bəy Köçərlinin yazdığına görə Tuğra xanım şer də yazmışdır. Hətta bu aşağıdakı iki misranı onun şerlərindən nümunə kimi göstərmişdir:
Tuğra xanımam, aləm ara çünki əzizəm,
Abbasqulu ağa qızı, Zəhraya kənizəm.
Sarayı sevimli xanımı üçün tikdirib ona hədiyyə edən Mirəhməd xan 1916-cı ildə Fransada vəfat edib.
Azərbaycan Cümhuriyyəti qurulanda Tuğra xanım Rusiyadan Azərbaycana qayıdır. 1919-cu ildə başına 10 min igid toplayıb Lənkərana gəlir və Azərbaycan Cümhuriyyəti hakimiyyətinin burada da bərqərar olmasına köməklik göstərir. Lənkaranda Azərbaycan Cümhuriyyəti üçün bütün gücünü ora qoyan Tuğra xanım bolşevik işğalından sonra Bakıya köçüb və sovet quruluşunun sərt üzü ilə qarşılaşmalı olub. Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilir və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılır.Sovet Hakimiyyəti illərində müflüsləşən bu qadın Bakıda Fantaziya hamamında xadiməlik edirmiş. Kasıbçılıq içində Qafqaz gözəli kasıbçılıq içində rəhmətə gedib

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

0 коммент.:

Отправить комментарий