SON MƏLUMATLAR

02.09.2018

Info Post
Hər dəfə Səadət sarayının yanından keçənlər bu binanı tikdirən milyoçu Muxtarov barədə bələdə xəbərsizdilər. Bir çox tarixçilər onun ölümü barədə müxtəlif fikirə malikdilər. Hətta iki versiya var. Biri guya özünü öldürüb bolşeviklərə təslim olmamaq üçün, digəri isə rus zabiti tərəfindən güllələndiyi yazılır.
Əslində Azərbaycanda mesenat sayılan Muxtarovu daşnaklar öldürüb.
Murtuza Muxtarov milyonçu olmaqla yanaşı bizim müasir dillə desək Avtoritet olub. Lotu. Onun Bakı qoçuları ilə dostluğu, gürcü və erməni oğrularının qarşısın alması sayəsində gördüyü işləri gizlədirlər. Daşnakların Bakıda at oynatmasının qarşısın almaq üçün Qoçu Nəcəfqulu, Malbaş Yusif və digər adlı sanlı qoçulara silah və maliyyə yardımı etməsi barədə yəqin ki, az adam bilir.

1920-ci ildə Qızıl Ordu Bakını işğal edən zaman ermənilər ilk olaraq atlarını suvarmaq üçün onun həyətinə girirlər. Onlar bu malikanənin yeni sahibi olduğunu söyləyib, nəzarətçini hədələyirlər. Səs-küyə çölə çıxan Muxtarov xanımı Liza və qulluqçular zirzəmidə gizlədir. (Sonralar Liza xanım Türkiyəyə-İstanbula, ordanda isə Berlinə köçür və ömrünün axırına kimi 1971-ci ilə qədər orada yaşayır.)
Erməni daşnak ona yaxınlşaraq "Ara bu gündən buranın saxibi bizik" deyəndə Muxtarov ilk gülləni onun başına vurur. Səs küyə rus əsgərləri və ermənilər gəlir. Səadət sarayında atışma zamanı iki nəfəri öldürən və birini isə yaralayan Murtuza onları qova bilir saraydan. O, yuxarı qalxan zaman pilləkən arxasında gizlənən erməni güllə ilə onu arxadan vurur. İki güllədən sonra geri qayıdan ruslar onu tapa bilmir. Qulluqçuları yaralı Muxtarov qaçıra bilirlər. Dörd gündən sonra vəfat edir. Yaxınları türk dostlarının köməyi ilə gecə qaranlıqda Onu Əmircanda tikdirdiyi məscidin həyətində gizlicə dəfn edirlər.

0 коммент.:

Отправить комментарий